Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-310/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evinin (ev və torpaq) ona məxsus ½ hissəsinin ayrıca daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1977-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 80 kv.m yaşayış, 81,2 kv.m köməkçi sahədən ibarət bağ evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən **********46-11301 reyestr nömrəli bağ evin texniki pasportu xx.xx.2008ci il tarixdə tərtib edilmişdir. X7 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 228 nömrəli qeyd aparılmışdır. X2 xx.xx.2023-cü il tarixdə 3M-259 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən əri X3 miras qalan payı iddiaçı və üçüncü şəxsə bərabər payla bağışlamışdır. xx.xx.2023-cü il tarixli, 2V-274 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı və üçüncü şəxs X5 vərəsələridir. Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 161,2 kv.m olan bağ evi – **********46-11301 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının və üçüncü şəxsin ½ payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin evin sxematik bölgüsünün aparılmasına köməklik göstərilməsi məqsədilə ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş müayinə aktı zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ölçüsü – 0,04 ha, yaşayış sahəsinin ölçüsü 161,2 kv.m-dir. Fərdi yaşayış evinin qarşısından 805 metr məsafədən 6 kv-luq YGEX keçir. xx.xx.2007-ci ildə qəbul aktında və xx.xx.2008-ci ildə 001973 nömrəli çıxarışda fərdi yaşayış evi tikili “A” kimi vahid bina olaraq qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10129/2023 nömrəli məktubla bildirmişdir ki, Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evi tikili “A” vahid bir əmlakdır, bölünməsi konstruktiv cəhətdən mümkün deyildir. Bu səbəbdən bölgü hazırlanması mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evinin sxematik bölgüsünün aparılması”nı xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evinin (ev və torpaq) ona məxsus ½ hissəsinin ayrıca daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclası zamanı iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin ona məxsus ½ hissəsinin ayrıca daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ½ hissəsi mülkiyyətində olan Gəncə şəhəri, Avtozavod yolu, “Farforist” bağçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən evin sxematik bölgüsünün aparılmasını xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı qeyd edir ki, bölünməli olan mənzil özlüyündə iki hissədən ibarətdir və onun hər hissəsinin öz qapısı vardır. Cavabdeh tərəfindən əmlakın bölgüsünün aparılmasının mümkünsüzlüyü barədə qeyd etdikləri tamamilə əsassızdır. Cavabdeh orqan tərəfindən verilmş məktubdan görünür ki, o əmlakın bölgüsünün aparılmasının mümkünsüzlüyü barədə hem bir arqument göstərməmiş, həmin əmlaka baxış keçirilməmiş və onun bölgüsünün aparılmasının mümkünsüzlüyü yoxlanılmamışdır. Halbuki, qeyd edilən əmlakın bölünməsi faktiki olaraq mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13363/2024 nömrəli etirazında imtina əsaslarını təkrarlamış və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadstrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Təlimatın 5.12-ci bəndinə Mülki Məcəllənin 146.2, 152.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 9, 11, 12.1-ci, Mənzil Məcəlləsinin 13.2-ci maddələrinə və cavabdehin Əsasnaməsinin 3.1.22-ci bəndinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul edərək iddianın təmin olunmasını xahiş etmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10/6021 nömrəli ekspert rəyinə əsasən Gəncə şəhəri, Avtozavod yolu, «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evinin və torpağın İddiaçı məxsus olan 1/2 hissənin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış torpağ sahəsi faktiki (bolünmüş) vəziyyətdə saxlanılmalıdır. Ekspert rəyin tədqiqat hissəsində qeyd etmişdir ki, mübahisəli evin 3,4,8, və 9 saylı tikililəri yaşayış, 1,2,5,6,7 və 10 saylı tikililəri yardımçı tikililər olduğu müəyyən olunur. Əgər nəzərə alınsa ki, mübahisəli evlərinin ümumi sahəsi 192,4 m2, o cümlədən 85,5m2 yaşayış sahəsi və 106,9m2 yardımçı sahə təşkil edir ki, bu zaman 1/2 və 1/2 hissələrə hesablamalar üzrə aşağıdakı kimi müəyyən olunur: Ümumi sahə üzrə 1/2 hissə yaşayış sahəsi üzrə yardımçı sahəsi üzrə - 96,2 m2 (192,4:2) - 42,7 m2 (85,5:2) - 53,4 m2 (106,9:2) Ekspert tərəfindən qeyd olunur ki, evlərin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bununla bağlı qeyd olunur ki, tədqiq olunan yaşayış evlərinin planlı yerləşmələrini, faktiki olaraq tərəflərin arasında yaşayış evinin bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin biri birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylarına uyğun şəkildə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bolünmüş) vəziyyətdə saxlanılmalıdır. Məhkəmə araşdırmasının predmetini MH seriyalı, ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, AZ-İ seriyalı, 469965 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10129 nömrəli imtinası, daşınmaz əmlakın texniki pasportu, miras payın bağışlanması müqaviləsinin surəti, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 0416/2024 nömrəli məktubla təqdim edilmiş əmlaka dair arxiv sənədləri və icraat matriallarının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 13363/2023 nömrəli etirazı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6021 nömrəli ekspert rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Gəncə şəhəri, Avtozavod yolu, «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə- 1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evi (sonradan-mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə iddiaçıya və üçüncü şəxsə məxsus olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonrahüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İddiaçının payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması səlahiyyəti cavabdehə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə 2.1-ci bənddə qeyd edilmişdir ki, nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: 2.1.4. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat; 2.1.15. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı... Həmçinin 2.7-ci bəndə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə verilir. Normanın məzmununa görə daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mübahisəli əmlakdan payın ayrılmasının mümkünlüyü bağlı keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin 3,4,8, və 9 saylı tikililəri yaşayış, 1,2,5,6,7 və 10 saylı tikililəri yardımçı tikililər olduğu müəyyən olunur. Əgər nəzərə alınsa ki, mübahisəli evlərinin ümumi sahəsi 192,4 m2, o cümlədən 85,5m2 yaşayış sahəsi və 106,9m2 yardımçı sahə təşkil edir ki, bu zaman 1/2 və 1/2 hissələrə hesablamalar üzrə aşağıdakı kimi müəyyən olunur: Ümumi sahə üzrə 1/2 hissə yaşayış sahəsi üzrə yardımçı sahəsi üzrə - 96,2 m2 (192,4:2) - 42,7 m2 (85,5:2) - 53,4 m2 (106,9:2) Ekspert tərəfindən qeyd olunur ki, evlərin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bununla bağlı qeyd olunur ki, tədqiq olunan yaşayış evlərinin planlı yerləşmələrini, faktiki olaraq tərəflərin arasında yaşayış evinin bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin biri birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylarına uyğun şəkildə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bolünmüş) vəziyyətdə saxlanılmalıdır. Gəncə şəhəri, Avtozavod yolu, «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış evinin və torpağın İddiaçı məxsus olan 1/2 hissənin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən fərdi yaşayış torpağ sahəsi faktiki (bolünmüş) vəziyyətdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspert rəyinə istinadən mübahisəsi gedən fərdi yaşayış evinin naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hazırda isə, cavabdeh tərəfindən belə bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, Gəncə şəhəri, Avtozavod yolu, «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçıya məxsus hissədə ayrıca daşınmaz əmlak kimi ayrıca qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Avtozavod yolu, «Favoritst» bagçılıq yoldaşlığı, məhəllə-1, sahə 36A ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissədə ayrıca daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X1, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-310/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-310/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver