Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3105/2024 05.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun vəkil olan nümayəndəsi X13 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Mənzil-Kommunal X3) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-R- 476//8/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokol əsasənda qəbul edilmiş 136.4 saylı qərarı ilə rayon idarə, müəssisə və təşkilatlarının müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin qərarlarının təsdiq edilməsi və siyahıya (Vətəndaşlara təzə tikilmiş və boşalmış evlərin mənzillərinin verilməsi haqqında) əsasən vətəndaşlara mənzil verilərək adlarına order yazılması qərara alınmışdır. Həmin siyahıda 12-ci sırada müharibə əlili X8 adına Gəncə şəhəri, 3-cü mikrorayon, ev 12B ünvanında yerləşən 5 nömrəli mənzil qeyd olunmuşdur. Qeyd: X18 Fililaında mühafizə olunan Kirovabad Şəhər X16 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1988-ci il üzrə mövcud orderləri yoxlanılmış, qeyd olunan ünvana dair X6 adına order aşkar olunmamışdır. Həmçinin bildirilir ki, filialda mühafizə olunan Gəncə Rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolunun 136.4 saylı qərarına əlavə olunmuş siyahıda X6 ata adı Yunis kimi yazılmışdır, lakin filialda mühafizə olunan Gəncə Şəhər X16 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Trestinin arxiv fondunun qeyd olunan ünvanda yerləşən həmin mənzilin 1993-cü il üzrə kirayəşinlərin şəxsi hesab vərəqində mənzil sahibi X14 qeyd olunmuşdur. Gəncə Şəhər X16 İcraiyyə Komitəsinin 1993-cü il üzrə kirayəçinlərin şəxsi hesab kitabından çıxarışa əsasən Gəncə Şəhər X16 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Trestinin 1993-cü il 5 nömrəli MİS üzrə kirayəşinlərin şəxsi hesab kitabında 3-cü mirkorayon, ev 12B, mənzil 5-də yaşayan X6 adına 754 saylı şəxsi hesab vərəqi açılmışdır. Mənzilin yaşayış sahəsi 39,6 kv.m, ailə tərkibi aşağıdakılardan ibarətdir: Abbas – oğlu, Aygün – gəlini, Dinarə – nəvə, Rza – nəvə və Eldəniz – oğlu.
2. Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderinə əsasən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 12B ünvanında yerləşən 5 nömrəli mənzil X6 və ailə üzvləri X17 (oğlu), İddiaçı (oğlu) və X4 (gəlini) daimi istifadələrinə verilmişdir.
3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 361 nömrəli sərəncamı ilə mənzil sahibi X6 ölümü il əlaqədar Gəncə şəhəri, 3-cü mikrorayon, 12B saylı binanın yaşayış sahəsi 39,6 kv.m olan 3 otaqlı 5 saylı mənzilinin şəxsi hesab vərəqəsinin mərhum X6 adından oğlu İddiaçı adına keçirilməsi qərara alınmışdır. Sərəncamda ailə tərkibinin aşağıdakı 4 nəfərdən ibarət olması qeyd edilmişdir: 1) İddiaçı – özü; 2) X9 – arvadı; 3) X15 – qızı; 4) X20 – oğlu.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışlarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1962-ci il təvəllüdlü X9 və xx.xx.1991-ci il təvəllüdlü X7 şəhəri, 3-cü mikrorayon, ev 12B, mənzil 5 ünvanında pasport qeydiyyatındadırlar.
5. X9 və X20 xx.xx.2024-cü il tarixli ərizələrində qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
6. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4039/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Dövlət X10 xx.xx.2024-cü il tarixli 3- 48-DA-4F/2-R-476//8/2024 nömrəli arayışına əsasən mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənəd mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
7. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X3nin xx.xx.2024-cü il tarixli M-711 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, 3cü mikrorayon, 12B nömrəli binanın 5 nömrəli mənzili Dövlət Mənzil Fonduna məxsusdur, Birliyin balansına aiddir.
8. Gəncə şəhər Mənzil-Kommunal X3nin xx.xx.2024-cü il tarixli **********577 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi İddiaçı adınadır və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X20 – oğlu. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun və ailəsinin qeydiyyatda olmaqla yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi və qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə rayon X16 İcarəyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı protokolu əsasında qəbul edilmiş 136.4 saylı qərarı ilə "Vətəndaşlara mənzil verilməsi haqqında rayon İdarə, müəssisə və təşkilatların müdiriyəti və həmkarlar ittifaqı komitəsinin qərarlarını və RİK-in mənzil-məişət komissiyalarının rəyini nəzərə alraq Gəncə rayon XDŞ-ni İcrayyə Komitəsi qərarları təsdiq edərək, siyahıya əsasən vətəndaşlara mənzil verilərək adlarına order yazılmasını qərara almışdır". Vətəndaşlara təzə tikilmiş və boşaldılmış evlərin mənzillərinin verilməsi haqqında siyahıdan çıxarışda mərhum X2nın adı 12-ci sırada göstərilmişdir. Siyahıda anasının ata adı səhv olaraq Abbas yox, Yunis göstərilmişdir, ancaq digər sənədlərdə, orderdə düz, yəni "Abbas" qızı qeyd olunmuşdur. Gəncə rayon X12 İcariyyə Komitəsinin qərarı əsasında X2nın adına 156 saylı, xx.xx.1988-ci il tarixli order verilərək, ünvan 4 ünvanında yerləşən mənzil anasının və ailə üzvlərinin daimi istifadələrinə verilmişdir. X2 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Gəncə şəhər İHB-nin adına Ərizə ilə müraciət edərək ailəliklə qeydiyyatda olduqları və faktiki yaşadıqları 3-cü mikrorayon, bina 12 B saylı binanın 5 saylı mənzilin şəxsi hesab vərəqəsinin mənzil sahibi-X2nın ölümü ilə əlaqədar onun adına keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İHB-nin 361 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ünvan 5 ünvanında olan mənzilin şəxsi hesab vərəqəsi onun adına keçmişdir. Hal-hazırda həmin mənzildə o, arvadı X9, oğlu X20 qeydiyatda olmaqla yaşayırlar. Həmin məzilə çıxarış almaq üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixli cavabında mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənədin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilməsini bildirmişdir. Hesab edir ki, cavabdehin cavabı absurd və qanunsuzdur və ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Mənzil Kommunal X3 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı, iddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
20. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 6).
22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. İddiaçı və onun vəkil olan nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
24. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-R- 476//8/2024 nömrəli arxiv arayışı; - Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderi; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 361 nömrəli sərəncamı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışları; - xx.xx.2024-cü il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4039/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X3nin xx.xx.2024-cü il tarixli M-711 nömrəli cavab məktubu; - Gəncə şəhər Mənzil-Kommunal X3nin xx.xx.2024-cü il tarixli **********577 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarış.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderinə əsasən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 12B ünvanında yerləşən 5 nömrəli mənzil X6 və ailə üzvləri X17 (oğlu), İddiaçı (oğlu) və X4 (gəlini) daimi istifadələrinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 361 nömrəli sərəncamı ilə mənzil sahibi X6 ölümü ilə əlaqədar Gəncə şəhəri, 3-cü mikrorayon, 12B saylı binanın yaşayış sahəsi 39,6 kv.m olan 3 otaqlı 5 saylı mənzilinin şəxsi hesab vərəqəsinin mərhum X6 adından oğlu İddiaçı adına keçirilmişdir. İddiaçı və ailə üzvləri 1988-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşayışlar.
28. Hazırda mənzil dövlət mənzil fonduna məxsus olmaqla, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X3nin balansındadır.
29. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-33/2-4039/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Dövlət X10 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-R-476//8/2024 nömrəli arayışına əsasən mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənəd mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
30. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
32. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Maddə 73. Azərbaycan SSR-in və digər müttəfiq respublikanın ərazilərində yerləşən evlərdə yaşayış sahəsinin dəyişdirilməsi Dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir.
33. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
34. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
35. Hazırkı işdə də Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderinə əsasən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 12B ünvanında yerləşən 5 nömrəli mənzil X6 və ailə üzvləri X17 (oğlu), İddiaçı (oğlu) və X4 (gəlini) daimi istifadələrinə verilmişdir.
36. Həmçinin, Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderinin iddiaçıda olan əsl nüsxəsi məhkəməyə təqdim edilmişdir ki, orada da ailə üzvləri kimi X17 (oğlu), İddiaçı (oğlu) və X4 (gəlini) adları qeyd edilmişdir.
37. Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 361 nömrəli sərəncamı ilə mənzil sahibi X6 ölümü ilə əlaqədar Gəncə şəhəri, 3-cü mikrorayon, 12B saylı binanın yaşayış sahəsi 39,6 kv.m olan 3 otaqlı 5 saylı mənzilinin şəxsi hesab vərəqəsi mərhum X6 adından oğlu İddiaçı adına keçirilmişdir
38. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Dövlət X10 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-R-476//8/2024 nömrəli arayışına əsasən mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənədin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığını əsas gətirsə də, Gəncə rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 156 nömrəli orderində İddiaçı adı qeyd edilmişdir ki, bu da onun özəlləşdirmə hüququ olan şəxs olduğuna dəlalət edir.
39. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan mənzilin özəlləşdirilməsi üçün əsas sənəd olan orderdə iddiaçının adının qeyd edilməsinə və bununla da mənzili özəlləşdirmə hüququ olan şəxs olmasına, habelə qanunda nəzərdə tutulmuş hüquqi sənədinin olmasına baxmayaraq, Dövlət X10 xx.xx.2024-cü il tarixli 3-48- DA-4F/2-R-476//8/2024 nömrəli arayışına əsasən mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənədin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığını əsas gətirərək, mənzil üzərində iddiaçının hüquqlarının qeydiyyatından imtinası əsaslı və qanuni olmamışdır.
40. Həmçinin, müəyyən edilir ki, sözügedən mənzildə iddiaçı birlikdə qeydiyyatda olan və yaşayan ailə üzvləri X9 və X20 xx.xx.2024-cü il tarixli ərizələrində Gəncə şəhəri, 3cü mikrorayon, bina 12B ünvanında yerləşən 5 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.
41. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
42. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
43. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
44. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
45. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin İddiaçı adına özəlləşdirilməklə, onun həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva