Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-314/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı xx.xx.2014-cü il tarixdə 06 saylı qəbzlə DSMF-nin Gədəbəy rayon şöbəsinə ödədiyi 29,90 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla hüquqnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə 06 saylı qəbzlə DSMF-nin Gədəbəy rayon şöbəsinə ödədiyi 29,90 manat məbləğində dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin əsl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və xx.xx.2014-cü il tarixdə 06 saylı qəbzlə DSMF-nin Gədəbəy rayon şöbəsinə ödədiyi 29,90 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla hüquqnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. II. Prosessual məsələlər
4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edirlər.
6. 07.02.2025-ci il tarixdə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-27112/2025 nömrəli ərizəsi məhkəməyə daxil olmuşdur.
7. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, A.X2 xx.xx.2025-ci il tarixli 3-17-1/2- N-586/2025 nömrəli qərarına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Cavabdehin nümayəndəsi X3 iclas zamanı vəsatəti müdafiə edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini bildirməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. İddiaçı məhkəmə iclasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə razılaşdığını və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırma hissəsi:
10. Məhkəmə cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-27112/2025 nömrəli vəsatətini və ona əlavə edilmiş əmək pensiyası təyin edilməsi haqqında qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, iddiaçının tələbi xx.xx.2014-cü il tarixdə 06 saylı qəbzlə DSMF-nin Gədəbəy rayon şöbəsinə ödədiyi 29,90 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla hüquqnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-N-586/2025 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir.
13. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
14. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı xx.xx.2014-cü il tarixdə 06 saylı qəbzlə DSMF-nin Gədəbəy rayon şöbəsinə ödədiyi 29,90 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla hüquqnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva