Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3145/2024 19.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə və digərlərinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə inzibati akt qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun sürücülük vəsiqəsinin müddəti bitdiyindən o, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, lakin onun tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. Səbəb kimi isə iddiaçının adına cərimələr olduğundan sürücülük vəsiqəsinin dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(114)-3145/2024 nömrəli qərardadı ilə iddiaçının Gəncə şəhər Prokurorunun böyük köməkçisi X2 üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(114)-3145/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşin halları AB N 538656 nömrəli xx.xx.2013-cü il tarixli İddiaçı məxsus Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.2023-cü il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, müraciət edənin 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində, Gəncə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində olarkən cərimə öhdəliyinin olmasına görə sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsi və ona qarşı qanunazidd hərəkətlərə, kobudluğa yol verilməsi barədə araşdırma aparılmış və qanunazidd hərəkətlərə yol verilməsi hallarının müəyyən edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 03 iyul 2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarına əsasən, İddiaçı dair 12 oktyabr 2021-ci il tarixdən Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən İXP *** ** ** nömrəli qərarsız protokol tərtib edilmiş və bu barədə DİN-in MİS-də görsənməkdədir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı dair müxtəlif tarixlərdə inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə təyin olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin 11 iyul 2024-cü il tarixli məktubuna əsasən, İddiaçı barəsində ödənilməmiş yol hərəkəti əleyhinə olan inzibati cərimələrin qərarları aşağıdakılardır: 1) 09.03.2019-cu il tarixli 809446 №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 20 AZN məbləğində; 2) 09.03.2019-cu il tarixli 810347 №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 3) 25.04.2019-cu il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 20 AZN məbləğində; 4) 14.10.2019-cu il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 5) 25.10.2019-cu il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 20 AZN məbləğində; 6) 10.11.2019-cu il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 10 AZN məbləğində; 7) 14.03.2020-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 8) 19.07.2020-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 40 AZN məbləğində; 9) 24.08.2020-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 10) 26.01.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 11) 28.01.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 12) xx.xx.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 13) 23.07.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 14) 30.07.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 15) 17.08.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 16) 07.09.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 17) 07.10.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 18) 20.11.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 60 AZN məbləğində; 19) 17.12.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 20) 17.12.2021-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində; 21) xx.xx.2022-ci il tarixli ******* №-li elektron qərar ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 50 AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 3(044)- 942/2021 nömrəli qərardadı ilə xx.xx.2021-ci il tarixli ******* №-li elektron qərar üzrə cəriməni ödəməməsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 12 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Gəncə ŞBPİ-nin X7 Şöbəsinə geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 3(125)-523/2022 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli ******* №-li elektron qərar üzrə cəriməni ödəməməsinə görə İXP ******* nömrəli 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması Vİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. Vİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia üzrə iddiaçının hüquqi marağı sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən vəsiqənin dəyişdirilməsidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun sürücülük vəsiqəsinin dəyişdirilməsini müəyyən 35-ci maddəsinin Vİ bəndinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri onun etibarlıq müddətinin qurtarmasıdır. Vİİ bəndinə görə, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Qeyd olunan normanın mənasına görə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənilmədikdə sürücülük vəsiqəsinin dəyişdirilməsi həyata keçirilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2019-2022-ci illərdə barəsində elektron qərar tərtib edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə cərimə edilmişdir. Həmin qərarlar hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin qərarlar üzrə cərimələri ödəməmişdir. Məhkəmə tərəfindən həmin qərarlar üzrə cərimələrin icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi də müəyyən edilməmişdir. Belə olduqda isə sürücülük vəsiqəsinin dəyişdirilməsi mümkün deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3145/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3145/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver