Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3147/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “müşahidə kamera görüntüsünün verilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ərizədə göstərilən müşahidə kamerası görüntüsünün verilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehndə müvəqqəti saxlama yerində 3 saylı kamerada saxlanılarkən xx.xx.2024-cü il tarixində həmin şöbənin müstəntiqi onu nalayiq ifadələrlə, alçaldıcı hərəkətlərlə təhqir etmişdir. Bundan sonra o, həmin kamerada yerləşən videomüşahidə görüntülərinin ona verilməsi ilə bağlı ərizə ilə cavabdeh quruma müraciət etsə də onun ərizəsi icra edilməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktub və iddiaçının ərizəsindən görünür ki, 2 saylı İstintaq Təcridxanasında saxlanılan İddiaçı barəsində Cavabdeh tərəfindən istintaq aparılmaqla iddiaçı hazırda polis şöbəsinin hesabındadır. İddiaçı tələb etdiyi müşahidə kamerasının videogürüntüsü də həmin istintaqla bağlı iddiaçının Cavabdeh müvəqqəti saxlama yerində saxlanılarkən çəkilmiş görüntüdür. Məhkəmə hesab edir ki, İddiaçı müşahidə kamera görüntüsünün verilməsi ilə əlaqədar tələbi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə (3.2.1) və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə (3.2.2) şamil olunmur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 7.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müddəalarına görə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlı məsələlərə dair iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, cinayət prosesini həyata keçirən orqanın cinayətprosessual fəaliyyətlə bağlı hərəkətləri və qərarlarının mübahisələndirilməsi inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə aid deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 11 və 17-ci bəndinlərinə əsasən, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə (cinayət prosesini həyata keçirən orqanın şəxslərinin) təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı müşahidə kamera görüntüsünün verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-cü maddələrinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “müşahidə kamera görüntüsünün verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3147/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3147/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver