Məhkəmə qərarları › İş №2-1(114)-3150/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3150/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3150/2023 19.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əri kapitan X2 “şəhid” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum əri kapitan X3 2011-ci ildən leytenant rütbəsində Tovuz rayonunun Əlibəyli kəndində yerləşən hərbi hissədə ön cəbhədə xidmətə başlamışdır.Əri 2020-ci ildə qrup komandiri kimi 2-ci Qarabağ müharibəsində iştirak etmiş və “Kəlbəcərin azad olunmasına görə” medalla təltif edilmişdir. Əri 2021-ci ilin iyun ayında döyüş şəraitində olan Kəlbəcər rayonu Alagöllər ərazisində yuxarı komandanlığın tapşırığı əsasında xidməti zamanı, Böyük Alagöl adlanan göldə hərbi qulluqçu Eşqin Məmmədovun qayıqda qışqıraraq kömək istədiyini eşidib gölə atılmış və Eşqin Məmmədova tərəf üzmüşdür. Göldə suyun soyuq olması nəticəsində qanın donması nəticəsində hərəkəti itirərək suda boğulmuşdur. əri kapitan X2 “şəhid” statusunun verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müracitindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin məhkəmədə iştirakının təmin etməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin məhəməyə göndərdiyi iddia ərizəsinə xx.xx.2023-cü il tarixli 3-25-4/2- 4194/2023 nömrəli etiraz ərizəsindən görünür ki, cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, kapitan X1 vəfat etməsi döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 082324 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə “təbii su hövzəsində boğulma və sudabatma” səbəbindən ölmüşdür. - işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ 190466 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, X3 ilə Rzayeva(Fərzəliyeva) Tünzalə Tapdıq qızı arasında bağlanmış nikah xx.xx.2005-ci il tarixli 275 saylı qeyd ilə qeydə alınmışdır. -- işə əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti. -işə əlavə edilmiş Gəncə Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 39c-21nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, kapitan X3 yuxarı komandanlıq tərəfindən qadağan edilməsin baxmayaraq icazəsiz olaraq şəxsi heyəti özü ilə icazəsiz olaraq Böyük Alagöl adlanan su hövzəsinə aparmış və orada balıq ovu ilə məşğul olmuşdur. Həmin vaxt ona Böyük Alagölə gedilməsi ilə bağlı yuxarı komandanlıq tərərfindən hər hansı tapşırıq verilməmiş, o, taborda ondan başqa komandir heyətinin olmamasından istifadə etməklə su hövzəsinə yollanmış, göldə qayıqda qalan hərbi qulluqçuları sahilə gətirmək üçün onlara tərəf üzərkən ehtiyatsızlıqdan boğularaq ölmüşdür. Göstərilənlərə əsasən N saylı hərbi hissənin hərbi qulluqçusu kapitan X1 ölməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-F-62xx-xx/2023 nömrəli məktubundan görünür ki, mərhum kapitan X3 17 iyun 2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl su hövzəsində qayıqda qalan hərbi qulluqçular sahilə gətirmək üçün onlara tərəf üzərkən ehtiyatsızlıqdan suda boğularaq həlak olduğundan, onun vəfatı döyüş tapşırığının və ya dpyüş təminatı ilə bağlı tapşırıqlar yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmadığından, ona “şəhid” statusunun verilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum kapitan X3 yuxarı komandanlıq tərəfindən qadağan edilməsin baxmayaraq icazəsiz olaraq şəxsi heyəti özü ilə icazəsiz olaraq Böyük Alagöl adlanan su hövzəsinə aparmış və orada balıq ovu ilə məşğul olmuşdur. Həmin vaxt ona Böyük Alagölə gedilməsi ilə bağlı yuxarı komandanlıq tərərfindən hər hansı tapşırıq verilməmiş, o, taborda ondan başqa komandir heyətinin olmamasından istifadə etməklə su hövzəsinə yollanmış, göldə qayıqda qalan hərbi qulluqçuları sahilə gətirmək üçün onlara tərəf üzərkən ehtiyatsızlıqdan boğularaq ölmüşdür. İddiaçı mərhum kapitan X2 şəhid statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum kapitan X3 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, yuxarı komandanlıq tərəfindən qadağan edilməsin baxmayaraq icazəsiz olaraq şəxsi heyəti özü ilə icazəsiz olaraq Böyük Alagöl adlanan su hövzəsinə aparmış və orada balıq ovu ilə məşğul olmuşdur. Həmin vaxt ona Böyük Alagölə gedilməsi ilə bağlı yuxarı komandanlıq tərərfindən hər hansı tapşırıq verilməmiş, o, taborda ondan başqa komandir heyətinin olmamasından istifadə etməklə su hövzəsinə yollanmış, göldə qayıqda qalan hərbi qulluqçuları sahilə gətirmək üçün onlara tərəf üzərkən ehtiyatsızlıqdan boğularaq ölmüşdür. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar