Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3152/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “qərarın ləğvi” tələbinə dair işə məhkəmə binasında məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi: Cavabdeh icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 673/2021 nömrəli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş icraat materiallarına əsasən borculunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il il tarixli qərarı ilə Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 1 mənzil 39-da yaşayan İddiaçı məcburi qaydada Cavabdehnə gətirilməsini qərara almışdır. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh icra məmuru X4 “borclunun məcburi gətirilməsi” haqqında barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)-673/2021 saylı qətnaməsinə əsasən ondan 100.000 manatın tutularaq X1 ödənilməsi qət edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. Qeyd olunan işin icrası Cavabdeh icra məmuru X4 icraatındadır. İcra məmuruna onun bütün əlaqə məlumatları, daimi yaşayış yeri məlumdur, icra məmuru onunla mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlayır və o, tez-tez icra məmurunun yanında olur. O, heç vaxt icra məmurunun çağırışından yayınmamışdır. Hazırkı pul mübahisəsi üzrə o, Gəncə şəhər Məhkəməsində kredit müqaviləsinin etibarsızlığı ilə iddia qaldırmış və həmin iddia da məhkəmə icraatındadır. İddiaçı bununla bağlı məhkəmə bildirişini icra məmuru Nazim Məmmədova təqdim edərək qeyd olunan iddia üzrə işə baxılıb yekun qərar çıxana kimi icra işinin icraatının dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən icra işinin icraatı davam etdirilərək barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəməyə daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh icra məmuru Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 673/2021 nömrəli icra sənədinə əsasən icraata başlamış və həmin icraat üzrə borclu olan İddiaçı məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İddiaçı Cavabdeh icra məmurunun qeyd olunan məcburi gətirilməsi haqqında qərarından narazı qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı ərizə üzrə İddiaçı Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən icra məmurunun apardığı icraat çərçivəsində qəbul edilmiş qərarın ləğvini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə mübahisələndirilməsi mümkün deyildir. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən qətnamənin icrası qaydasında baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti inzibati orqanlara aid edilsə də, bu xidmətin icra qurumlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçı icra sənədinə əsasən icraat üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədini vermiş, qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3152/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3152/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver