Məhkəmə qərarları › İş №2-1(114)-3156/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3156/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3156/2025 15.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “faktın müəyyən edilərək stajın müəyyən edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “faktın müəyyən edilərək stajın müəyyən edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 27.04.1975-ci il tarixli, ******* nömrəli hərbi bilet İddiaçı məxsusdur; - 13.03.1981-ci il tarixli, 599258 nömərli diplom İddiaçı məxsusdur; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Goranboy rayon X5 Hissəsinə xx.xx.2014-cü il tarixli, 227 nömrəli arayışa əsasən, həqiqətən 1999-cu il tarixdə “Həzi Aslanov” adına kolxozun inzibati binasında yanğın hadisəsi baş vermiş, nəticədə bina və sənədlər yanaraq məhv olmuşdur; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-45-15RA/2-133-i/1/2024 nömrəli arayışa əsasən, Goranboy rayonu Həzi Aslanov adına kolxozun mühasibatlıq sənədləri baş vermiş yanğın nəticəsində tamamilə məhv olduğu üçün heç bir sənəd mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-292216/2024 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 3 il 9 ay 28 gün təşkil edir. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir;

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-15-RA-2-040/2025 nömrəli məktuba əsasən, həqiqətən 1999-cu ildə Ağamalıoğlu kənd “Həzi Aslanov” adına kolxozun inzibati binasında yanğın hadisəsi baş vermiş, nəticədə bina və sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən də, İddiaçı 1972-1975-ci və 1996-1999-cu illərdə “Həzi Aslanov" adına kolxozda işləməsi barədə sənədlərin - işə girmə, işdən azad edilmə, məzuniyyət verilməsi barədə əmirlərin təsdiqlənmiş surəti və həmin illərədə aldığı əmək haqqı barədə məlumatların göndərilməsi qeyri-münkündür.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 70981/2025 nömrəli “məhkəmə sərəncamının icra edilməsi haqqında” məktuba əsasən, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 3 il 9 ay 28 gün sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli arayışında vətəndaşın 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma İcarə İdarəsində iş stajı barədə sorğusuna cavab olaraq sözügedən təşkilatın arxiv sənədlərinin təhvil verilmədiyi bildirilmişdir. Həmçinin, vətəndaşın təqdim etdiyi Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışında Həzi Aslanov adına kolxozun mühasibatlıq sənədlərinin yanğın nəticəsində məhv olduğundan arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, M.İsmaılovun xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra onun sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-92722/2024 nömrəli “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır, müavinət alır.

4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-460//1/2025 nömrəli məktuba əsasən, Gəncə (Kirovabad) SMD Təmir Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri X11 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7885/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, dövlət reyestrində Gəncə SMD Təmir Tikinri Quraşdırma Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3/2-7690/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, Xidmətin arxivində ünvan 3 ünvanında yerləşən Təmir Tikinti quraşdırma icarə idarəsinin özəlləşdirilməsi barədə sənədlərdə İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında aşkar edilmişdir.

7. Cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sisteminə elektron kabinet vasitəsi ilə yüklənmiş xx.xx.2024-cü il tarixli, 13-5-3/2-0051/2024 nömrəli arayışa əsasən, Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsi İşçinin S.A.A.: İddiaçı

İşlədiyi tarix Sex, şöbə, sahə Peşə, vəzifə Dərəcə Əsas

xx.xx.1977 xx.xx.1977 X17 Transportyorçu 2 297 saylı əmr xx.xx.1978 xx.xx.1978 X17 Bunkerçi 2 127 saylı əmr xx.xx.1978 xx.xx.1978 X17 Transportyorçu 2 295 saylı əmr

xx.xx.1979-cu ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr 487, xx.xx.1979-cu il.

8. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3/2-13123/125 nömrəli “məlumatların təqdim edilməsi barədə” məktuba əsasən, Gəncə Təmir Tikinti-Quraşdırma İcarə Tikinti İdarəsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 754 nömrəli sərəncamı ilə özəlləşdirməyə açıq elan edilmiş və xx.xx.1997-ci il tarixdə keçirilmiş hərracda İddiaçı adının da qeyd edildiyi əmək kollektivi tərəfindən özəlləşdirilmişdir.

9. Goranboy Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(045)-418/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş 2(045)-418/2025 nömrəli mülki işin materiallarına əsasən, xx.xx.2025-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçası X3 və digər əmək kitabçası X1 məxsusdur.

10. İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə əirəzni müdafiə edərək, onun 1972-ci ilin aprel ayından1975-ci ilin may ayınadək H.Aslanov adına kolxozda, 1979-1996-cı illərdə isə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində fəhlə və 1996-1999-cu illərdə H.Aslanov adına kolxozda işləmə faktının müəyyən edilərək 25 il sığorta stajının təsdiq edilməsinə və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə pensiyaya çıxmaq üçün Gəncə regional “Asan xidmət” mərkəzinə ərizə ilə müraciət etmiş, ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən əmək fəaliyyəti dövrlərinin, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddəti də nəzərə almaqla cəmi sığorta stajının 3 il 9 ay 28 gün təşkil etdiyini və ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyini (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğunu) bildirərək yaşa görə əmək pensiyasının təyin edilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmiş və “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ olduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, onun 1972-ci ilin aprel ayından 1975-ci ilin may ayı və 1996-1999-cu illərdə H.Aslanov adına kolxozda və 1979-1996-cı illərdə isə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində fəhlə işləməyi faktının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Həmin illərin arxiv sənədlərinin saxlanılmaması Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-45-15RA/2-133- 1/1/2024-cü il tarixli arxiv arayışı, Goranboy rayon X7 Hissəsinin xx.xx.2024-cü il tarixli 227 saylı arayışı və Dövlət X4 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-1-2409/1/2023 saylı məktubda qeyd edilmişdir. İddiaçı bildirir ki, qeyd edilən illərdə işləməyini onunla birlikdə işləmiş şahidlər X2 və X9 təsdiq edə bilər.

12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara, habelə Azərbaycan Aliminum ASC-nin təqdim etdiyi 09 aprel 2024-cü il tarixli, 13-5-3/2- 0061/2024 nömrəli arayışa əsasən əmək fəaliyyəti dövrləri, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 3 il 9 ay 28 gün təşkil edir. Nəzərə çatdırılmışdır ki, bu staj sadəcə iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi dövrlərin onun ümumi sosial sığorta stajına daxil edilməsi isə tərəflərindən mümkün olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində 1972-ci ilin aprel ayından 1975-ci ilin may ayınadək və 1996-1999-cu illərdə H.Aslanov adına kolxozunda işlədiyini iddia edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli, 175 saylı qərarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının hesablanması zamanı diqqət yetirilən ünsürlərdən biri də kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənəd (kolxozçunun əmək kitabçasıdır (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə). Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı sözügedən Həzi Aslanov adına kolxozda işləməsi barədə əmək kitabçasında hər hansı bir qeyd və ya hər hansı bir kolxoz əmək kitabçası mövcud deyildir. Habelə, Goranboy rayon Dövlət Arxivinin 03 oktyabr 2024-cü il tarixli arayışında Həzi Aslanov adına kolxozun mühasibatlıq sənədlərinin baş vermiş yanğın nəticəsində arxivə təhvil verilmədiyi bildirilmişdir. Bu fakt həmçinin iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin xx.xx.2014-cü il tarixli, 227 nömrəli arayışı ilə təsdiq edilmişdir. Beləliklə, iddiaçı M.X10 adına kolxozda işləməsi barədə işə daxilolma və işdən azad edilmə əmrləri, sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri habelə həmin dövrdə kolxozda minimum əmək iştirak normasının neçə gün (ay) olması barədə heç bir məlumatın olmaması və ya əmək kitabçasında qeyd olmaması səbəbilə həmin dövrü iddiaçının sosial sığorta stajına əlavə etmək mümkün deyildir. İddiaçı iddia ərizəsində 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində işlədiyini iddia edir. Azərbaycan Respublikasının Dövlət X4 30 dekabr 2023-cü il tarixli arayışına əsasən, sözügedən təşkilatın arxiv sənədlərinin Filiala təhvil verilmədiyi qeyd olunmuşdur. Bir daha göründüyü kimi, iddiaçının iş stajını təsdiq edən heç bir məlumat olmadığından həmin dövrün onun sosial sığorta stajına daxil etməsi mümkün deyildir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati icraat qaydasında baxılması yolverilməzdir. Belə ki, iş stajının faktının müəyyən edilməsi inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmadığından iddiaçı M. İsmayılovun belə ərizə ilə məhkəməyə müraciət etmək hüququ da birmənalı olaraq mövcud deyildir. X15 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Lakin PAS-a baxış keçirilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta staji və pensiya kapitalı mövcud deyildir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş, iş materiallarında olan əmək kitabçalarının aid olduğu şəxslərin onun iş yoldaşları olduqlarını və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza oxşar izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə I.Ümumi qaydalar

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. II. Əmək stajını təsdiq edən sənədlər

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X12) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. Hazırkı işdə müəyyən edilir ki, iddiaçının əsas marağı onun işlədiyi illərinin fakt olaraq təsdiq edilməsi və işlədiyi illərə görə pensiya təyinatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

23. Məhkəmə hesab edir ki, iddiaçının tələbi hüquqi cəhətdən əsassızdır və cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. Cavadbeh öz imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüz olmuşdur.

24. İlkin olaraq qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı 3 il 9 ay 28 gün olmaqla hesab qəbul edilir. Əsas mübahisələndirilən məsələ isə iddiaçının 1972-ci il aprel-1975-ci il may və 1996-1999-cu illərdə “Həzi Aslanov” adına kolxozda və 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində fəhlə olaraq işlədiyi illərdir.

25. Məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi müəssisələrə münasibətdə göndərilən sorğulara əsasən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məktubunda 1999-cu ildə Ağamalıoğlu kənd “Həzi Aslanov” adına kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyini, nəticədə bina və sənədlərin yanaraq məhv olduğu qeyd edilmişdir. Habelə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2025-ci il tarixli məktubunda Gəncə (Kirovabad) SMD Təmir Tikinti Quraşdırma İdarəsinin arxiv sənədlərinin X11 filialına təhvil verilmədiyini və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda dövlət reyestrində Gəncə SMD Təmir Tikinri Quraşdırma Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı qeyd edilmişdir.

26. Qeyd etmək lazımdır ki, iddiaçının əsas marağı onun müəyyən dövrlər üzrə işləmə faktının təsdiq edilərək əmək pensiyasının təyin edilməsidir. Lakin iddiaçı tərəfindən 1972-ci il aprel-1975-ci il may və 1996-1999-cu illərdə “Həzi Aslanov” adına kolxozda və 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində işləməsinə dair hər hansı sənəd (əmək kitabçası, arayış yaxud digər) məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən verilmiş soruğulara cavabda iddiaçının iddia etdiyi illərdə işləməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən müvafiq sərəncam göndərilərək hüquqi yardım göndərilmiş, lakin iddiaçı tərəfindən sərəncamın qəbul edilməsinə baxmayaraq ona əməl edilməmişdir.

27. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

28. Hazırkı iş üzrə iddiaçının 1972-ci il aprel-1975-ci il may və 1996-1999-cu illərdə “Həzi Aslanov” adına kolxozda və 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində işlədiyi illərə dair əmək kitabçası, əmrlər, əmək haqqı cədvəlləri və arxiv arayışı mövcud deyildir.

29. Qanunvericiliyin tələblərinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

30. Bununla da cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən edilmir.

31. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

33. Həmçinin məhkəmə iddiaçının 1972-ci il aprel-1975-ci il may və 1996-1999-cu illərdə “Həzi Aslanov” adına kolxozda və 1979-1996-cı illərdə Gəncə SMD Təmir Tikinti Quraşdırma idarəsində işləməsi hüquqi faktının müəyyən edilməsi ilə bağlı yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ vardır.

18. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraat qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.

19. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “faktın müəyyən edilərək stajın müəyyən edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “faktın müəyyən edilərək stajın müəyyən edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar