Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3159/2024 20.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı Ələstan qızının iştirakı ilə, iddiaçılar İddiaçı Ələstan qızı, X6, X11 (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Samux rayonu Sərkar bələdiyyəsi) qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən iddiaçılara (şəhadətnamədə ad və soyadlarında texniki səhvlər vardır) 0,08 hektar torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2005-ci il tarixdə JN-618F nömrəli, 50700048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi sertifikatdan görünür ki, 841,7 kv.m həyətyanı torpaq sahəsinin 65,7 kv.m yaşayış evi, 776,0 kv.m əkin sahəsidir. Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli arayışına əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixdə 106 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-618F, kod-50700048 saylı şəhadətnamədə İddiaçı Ələsgər qızının ata adı (düzgün forması Ələstan), X1 və ata adı (düzgün formada X14), X2 (düzgün formada Qasımov) texniki səhv olaraq yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-854/2023 nömrəli məktubuna əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı aşkar edilməmişdir. MMC tərəfindən məhkəməyə təqdim edilmiş Samux rayon Aqrar İslahat Komissiyasının sədri X19 tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının əlyazma nüsxəsinə əsasən iddiaçıların qanuni istifadəsində 0,12 ha həyətyanı sahə vardır, xəritədə nömrəsi 618-dir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının elektron nüsxəsindən görünür ki, iddiaçıların mülkiyyətinə 0,0842 ha torpaq sahəsi verilmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 363 nömrəli arxiv arayışına əsasən Sərkar kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabda xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Ələstan qızı ailə başçısı kimi, ailə üzvləri qızı – xx.xx.1980-ci il təvəllüdlü X7, nəvəsi – xx.xx.2000-ci il təvəllüdlü X17 qeyd edilmişdir. Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli arayışına əsasən iddiaçıların istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı Ələstan qızının etibarnamə üzrə nümayəndəsi X10 torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2236/2023 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, həmçinin faktiki torpaq sahəsi üzərində mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı Ələstan qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Samux rayon Sərkar kəndində faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi”ni xahiş etmişdir. Daha sonra İddiaçı Ələstan qızı, X8, X17 ərizə ilə məhkəməyə müraciət edərək birgə iddiaçı kimi qeyd olunmalarını xahiş etmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-136/2024 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı Ələstan qızı, X5 və X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı "faktiki istifadədə olan 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizəsi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-136/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilmiş, Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı Ələstan qızı, X6 və X11 mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. X4 xx.xx.2024-cü il tarixli, 2-1(14)-361/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-136/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir. X4 xx.xx.2024-cü il tarixli, 2-1(14)-361/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-136/2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(114)-3159/2024 nömrəli inzibati iş üzrə iddia tələbləri ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılması, iddiaçılar İddiaçı Ələstan qızı, X6, X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iş İddiaçı Ələstan qızı, X6, X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işdən ayrıca icraata ayrılması qərara alınmışdır. Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışnda qeyd edilmişdir ki, İddiaçı Ələstan qızının Samux rayon Sərkar kənd İcra nümayəndəliyinin 1996-2000-ci illərin 02 №li təsərrüfatbaşına kitabında aşağıdakı ailə tərkibi və torpaq sahəsi qeydə alınmışdır: 1. İddiaçı Ələstan qızı ailə/başcısı 2. Qızı - X7 3. Nəvəsi - X17 ;torpaq sahəsi 0,12 ha. xx.xx.2023-cü il tarixli Samux rayonu Sərkar bələdiyyəsinin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı Ələstan qızına, həqiqətən onun ailəsinin istifadəsində 0,12 ha torpaq sahəsi vardır, Sərkar kəndində həyatyanı torpaq sahələri sənədləşdirilərkən səhvən onun mülkiyyətinə 0,12 ha deyil 0,08 ha həyətyanı torpaq sahəsi sənədləşdirilmişdir, Onun istifadəsində olan həyətyanı torpaq sahəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi yoxdur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı Ələstan qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq onların birgə iddiaçı kimi qəbul edilməsini və Samux rayonu , Sərkar kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, iddiaçıların daha əvvəl 0,12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını tələb etsə də, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-136/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi Samux rayonu , Sərkar kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. xx.xx.2023-cü il tarixli Samux rayonu Sərkar bələdiyyəsinin arayışında qeyd edilmişdir ki, İddiaçı Ələstan qızının və ailəsinin istifadəsində 0,12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 841,7 kv.m hissəsinə iddiaçıların mülkiyyət hüququ tanınmışdır və iddiaçılar yerdə qalan 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Belə olan halda iddiaçılar hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı Ələstan qızı, X6, X11 Samux rayonu, Sərkar kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3159/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3159/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver