Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-316/2020 26.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında nəzərdə tutulmuş stajın, Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş stajın, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək ABZ-də fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək X4 X5 sexində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazax rayonlararsı Təsərrüfathesablı ixtisaslaşdırılmış şöbənin Qazax sahəsində və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin idarədə heyvandarlıq fermalarına texniki qulluq üzrə çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının arxiv arayışlarını nəzərə almadan 8-9 il sığorta stajı yaranır. Hazırda təqdim etdiyi arayışlar da nəzərə alınsa cəmi 25 il sosial sığorta stajı yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının əmək kitabçasında nəzərdə tutulmuş stajın, Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş stajın, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək ABZ-də fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək X4 X5 sexində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazax rayonlararsı Təsərrüfathesablı ixtisaslaşdırılmış şöbənin Qazax sahəsində və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin idarədə heyvandarlıq fermalarına texniki qulluq üzrə çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbində qeyd etdiyi müddətlər (Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş stajı, arxiv arayışları və əmək kitabçasında qeyd olunan iş stajı) nəzərə alındıqda ümumilikdə 22 il 08 ay 11 gün sığorta stajı yaranmış olur. Hətta onun hərbi xidmət illəri nəzərə alındıqda belə onun 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə iddiaçının qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı iddiaçının əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-316/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-316/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver