Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-317/2024 12.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın qeyd hissəsinin ləğvi, həmin qərar üzrə yaşa görə müavinətdən tutulmaların aparılmasının qadağan olunması və həmin qərar üzrə tutulmuş məbləğlərin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli 25-936 nömrəli qərarın qeyd hissəsinin ləğv edilməsi, həmin qərar üzrə yaşa görə müavinətdən tutulmaların aparılmasının qadağan olunması və həmin qərar üzrə tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixədək pensiya ödənişi davam etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən müddətsiz təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, tələb olunan 25 il sığorta stajı və xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış PSK olmadığı üçün pensiya işi ləğv edilir. Tərtər rayon Peşə Məktəbində sığorta stajı qarşılıqlı yoxlanılarkən 1993, 1996, 1997, 2000-ci illərdə tam, 1990-cı ildə isə qismən əmək haqqı hesablandığı məlum olmuşdur. Cəmi artıq ödənilmiş 8602,23 manat məbləğ nəzərə alınsın.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 25936 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və müavinətin məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən müddətsiz 180 manat müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixli dövr üzrə yaşa görə əmək pensiyası üzrə ödənilmiş artıqvermə vətəndaşa məlumat verilməklə yaşa görə müavinətdən tutulsun.
4. İddiaçı qərarın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-93363/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Ona xx.xx.2019-cu il tarixindən 25 il sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı Qarabağ regional filialının xx.xx.2022-ci il tarixl aktına əsasən Tərtər rayon Peşə Məktəbindəki xx.xx.1990-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1995-ci il tarixində 1 ay, 1996-cı il ərzində, 1997-ci il tarixində 10 ay, 2000-ci il tarixində 4 ay adına əmək haqqı hesablanmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 22 il 8 ay 26 gün) ona 25 il sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşa görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən olunmuşdur. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyası hüququ olmadığı üçün əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırıldığından xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövrlər üzrə artıq ödəmə ilə bağlı qərarın ləğv edilməsi və ya dəyişdirilməsi mümkün hesab olunmur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq pensiya hüququ olmadığı üçün sizə xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manat müəyyən edilmişdir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-198915/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 3-17-1/3-77909/2023 nömrəli xx.xx.2023-cü il tarixli xidməti məktubuna əsasən bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyası üzrə (Tərtər rayonu üzrə pensiya işi 610476 nömrəli) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 8602,23 (səkkiz min altı yüz iki manat, iyirmi üç qəpik) manat məbləğində artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4470,00 manat İddiaçı yaşa görə sosial müavinət işindən (Tərtər rayonu üzrə pensiya işi 900715 nömrəli) tutularaq bərpa edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq artıqalma məbləği 4132,23 (dörd min bir yüz otuz iki manat, iyirmi üç qəpik) manat təşkil edir və tutulma qanunamüvafiq qaydada davam etdirilir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-93363/2023 nömrəli qərarın ləğv edilməsi, müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın qanunsuz hesab edilməsi xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, onun xx.xx.1976-xx.xx.1979-cu il tarixədək X1 Texnikomunda təhsil almışdır. xx.xx.1990-xx.xx.2000-ci il tarixə kimi Tərtər rayon Peşə məktəbində işləmişdir. 2019-cu ildən əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2019-cu il tarixdən 268 manatla yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiyanı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək almışdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-93363/2023 nömrəli inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Cavabdeh tərəfindən onun 1995-ci ildə 1 ay, 1996-cı il ərzində, 1997-cil tarixində 10 ay və 2000-ci il tarixində 4 ay əmək haqqı hesablanmadığı və həmçinin xx.xx.2006-xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün, xx.xx.2022-ci il tarixdən ona təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. 2022-ci ildən ona sosial pensiya təyin edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-M-93363/2023-nömrəli qərar qəbul edərək 2019-cu ildən 2022-ci il tarixədək 4200.12 manat artıq ödəməni qeyd edərək, həmin məbləğin bölünərək 10 %-la onun sosial pensiyasından tutularaq DSMF-nin hesabına köçürülməsini qeyd etmişdir. Lakin cavabdeh onun işlədiyi xx.xx.1990-xx.xx.2000-ci il müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 93363/2023 nömrəli qərarı qəbul etmir və onun məhkəmə qaydasında ləğv edilməsini müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kim müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulmasınını qadağan edilməsi və tutulmuş 26.90 manat vəsaitin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 25-936 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və həmin qərar üzrə yaşa görə müavinətdən tutulmaların aparılmasının qadağan olunması, həmin qərar üzrə tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Tərtər rayonu, Bayandur kəndi) verilmişdir və Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
22. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli və Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 25936 nömrəli qərarları; - Pensiya təyinatı Alt Sistemindən çıxarış; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından əldə edilmiş pensiya işi üzrə icraat materialları; - Məhkəmənin sorğusuna Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/3-1-198915/2023 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixədək pensiya ödənişi davam etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən müddətsiz təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, tələb olunan 25 il sığorta stajı və xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış PSK olmadığı üçün pensiya işi ləğv edilir. Tərtər rayon Peşə Məktəbində sığorta stajı qarşılıqlı yoxlanılarkən 1993, 1996, 1997, 2000-ci illərdə tam, 1990-cı ildə isə qismən əmək haqqı hesablandığı məlum olmuşdur. Cəmi artıq ödənilmiş 8602,23 manat məbləğ nəzərə alınsın. Həmçinin, cavabdehin Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 25936 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və müavinətin məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən müddətsiz 180 manat müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixli dövr üzrə yaşa görə əmək pensiyası üzrə ödənilmiş artıqvermə vətəndaşa məlumat verilməklə yaşa görə müavinətdən tutulsun. Həmin qərarın nəticəsində artıq ödənilmiş vəsaitdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4470,00 manat İddiaçı yaşa görə sosial müavinət işindən tutularaq bərpa edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq artıqalma məbləği 4132,23 (dörd min bir yüz otuz iki manat, iyirmi üç qəpik) manat təşkil etmişdir və tutulma qanunamüvafiq qaydada davam etdirilir.
26. İddiaçı hazırda cavabdeh orqanın tutma ilə bağlı hərəkətlərini mübahisələndirərək, göstərmişdir ki, əlillik təyinatı və pensiya üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.
27. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
28. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
29. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
30. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
31. Hazırkı iş üzrə də iddiaçının yaşa görə sosial müavinətdindən tutma həyata keçirilərkən iddiaçının razılığının alınması halı müəyyən edilmir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
33. Digər tərəfdən, sadalanan normalardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.
34. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.
35. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 25936 nömrəli qərarının qeyd hissədində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixli dövr üzrə yaşa görə əmək pensiyası üzrə ödənilmiş artıqvermənin vətəndaşa məlumat verilməklə yaşa görə müavinətdən tutulması göstərilmiş və iddiaçının yaşa görə sosial müavinətindən müəyyən məbləğdə vəsait tutulmuşdur.
36. Ona görə də, həmin qərarın qeyd hissəsi ləğv edilməli, artıq ödəmə kimi müəyyən olunmuş 8602,23 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulması cavabdehə qadağan edilməli və tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 25936 nömrəli qərarının qeyd hissəsi ləğv edilsin. Artıq ödəmə kim müəyyən olunmuş 8602,23 manat vəsaitin İddiaçı aylıq yaşa görə sosial müavinət məbləğindən tutulması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. Əmək pensiyasından tutulmuş vəsaitin İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva