Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3178/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabd eh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı ünvan 1 ünvanda yerləşən mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şamxor Rayon XD SİK-nin 07 mart 1990-cı il tarixli, 5 nömrəli sərəncamına əsasən, Şamxor şəhəri, Kommunist küçəsində yerləşən 282 nömrəli mənzil (sonradan Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 212, mənzil 2) 5 nəfər ailə üzvü olmaqla İddiaçı ayrılmış, bu barədə ona həmin mənzilə dair xx.xx.1990-cı il tarixli, 26 nömrəli order verilmişdir. İddiaçı sözügedən mənzili öz adına özəlləşdirərək xx.xx.1998-ci il tarixli, 126 nömrəli qeydiyyat vəsiqəsi almış, daha sonra mənzili Şəmkir rayon 2 saylı Dövlət notariat kontorunun xx.xx.1998-ci il tarixli, K-3M-64 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Daha sonra Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 58 nömrəli sərəncamı əsasında Şəmkir şəhəri, Ə.Cavad küçəsi, ev 6 ünvanında yerləşən yaşayış evi iddiaçıya ayrılmış, bu barədə ona xx.xx.2009-cu il tarixli, 1 nömrəli order verilərək həmin tarixdə nümunəvi müqavilə bağlanılmışdır. İddiaçı Şəmkir şəhəri, Ə.Cavad küçəsi ünvanında yerləşən 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir şəhəri ərazisində yerləşən, mənzil üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatı ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, birinci dəfə Şəmkir Rayon İcra Hakimiyyətinin (Şamxor XD SİK) 07 mart 1990-cı il tarixli, 26 nömrəli Order əsasında ünvan 4, 2-ci mənzili "Mənzilləri özəlləşdirmə Komissiyasının" xx.xx.1998-ci il tarixli 20 saylı iclas protokolunun qərarı ilə özəlləşdirilərək, mülkiyyət hüququna dair iddiaçının adına sənədləşdirilmişdir. Eyni zamanda, ikinci dəfə müraciət edilən Şəmkir şəhəri Ə.Cavad küçəsi bina 6, mənzil 1-ə dair Şəmkir Rayon İcra Hakimiyyətinin 19 mart 2009-cu il tarixli, 58 nömrəli sərəncamına əsasən 1 nömrəli Orderi verilmişdir. Həmin Orderə əsasən mənzilin özəlləşdirilməsinə baxıldı və Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Bu səbəbdən də, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının ikinci dəfə özəlləşdirmə hüququ olmadığı üçün ərizənin icrası mümkün olmamışdır İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir şəhəri, Ə.Cavad küçəsi, ev 6 ünvanda yerləşən mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən, 5 otaq, yaşayış sahəsi 78.50 kv.m , köməkçi sahəsi 44.00 kv.m olan evdə yaşayırlar. Həmin ev 19 mart 2009-cu il tarixli, 1 saylı Order əsasında Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyətinin 19 mart 2009-cu il tarixli, 58 nörməli sərəncamı əsasında onun istifadəsinə verilmişdir. Həmin ev iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin yeganə yaşayış sahəsidir. Onların yaşadığı evdən başqa mülkiyyətində heç bir həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. O, hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin 19 mart 2009-cu il tarixli, 1 saylı Orderi əsasında istifadəsinə verilmiş evə mülkiyyət hüququna dair sənəd almaq istəyir. Bununla bağlı cavabdehə müraciət etmiş olsa da, əvvəllər 07 mart 1990-cı il tarixli, 26 nömrəli Order əsasında istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzili özəlləşdirərək, adına mülkiyyət hüququna dair sənəd aldığından hazırki yaşadığı mənzili özəlləşdirməkdən imtina etmişlər. Halbuki, bu ev onun yeganə yaşayış sahəsidir. Bundan başqa mənzili yoxdur. O, ailə üzvləri ilə birlikdə daimi yaşadığı və yeganə yaşayış sahəsi olan evin mülkiyyətinə verilməsini istəyir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəli ünvanda qeydiyyatda olan və orderdə adı çəkilən X7, X5, X8, habelə balans saxlayıcı Şəmkir şəhər Mənzil İstismar Hissəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər iddiaya qarşı münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Forma-2 arayışı, X2, X6, X4 notariat qaydada təsdiq edilmiş ərizələri, Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 1 nömrəli orderin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli imtinası, elektron sorğu sistemindən çıxarışlar, cavabdehin xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubu, xx.xx.1990-cı il tarixli, 26 nömrəli orderin təsdiqlənmiş surəti, xx.xx.1998-ci il tarixli, 41 nömrəli arayışın təsdiqlənmiş surəti, xx.xx.1998-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surəti, nümunəvi müqavilənin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 8.0.11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir. İstinad olunan normalara görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin normalara görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Bununla yanaşı, qeyd olunan qanunvericiliyin imperativ xarakter daşıyan müddəalarına əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçı 07 mart 1990-cı il tarixli, 26 nömrəli Order əsasında ona verilmiş ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzili "Mənzilləri özəlləşdirmə Komissiyasının" xx.xx.1998-ci il tarixli 20 saylı iclas protokolunun qərarı ilə özəlləşdirmiş, daha sonra həmin mənzili başqa şəxsə satmışdır. Göründüyü kimi, iddiaçının dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yeni mənzil kirayə müqaviləsinin bağlanması iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları baxımından iddiaçı dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik deyildir. Cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı ünvan 1 ünvanda yerləşən mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3178/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3178/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver