Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3180/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4y qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı X4y qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsinə əsasən X4y qızının iddiası təmin edilmiş, X4y qızına ünvan 1 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququna dair sənədlərin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli izah barədə qərardadına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli 15/2585 nömrəli ərizəsi təmin edilmiş, ünvan 1 ev 20 saylı ünvanda 400.0 kv.m torpaq sahəsində yerləşən, sahəsi 22.5 kv.m zirzəmidən, 1-ci mərtəbədə sahəsi 22.4 kv.m, 20.4 kv.m olan iki yaşayış otağından, sahəsi 16.8 kv.m, 45.4 kv.m olan anbardan, sahəsi 14.8 kv.m dəhlizdən, sahəsi 2.9 kv.m ayaq yolundan, sahəsi 2.1 kv.m hamam dəhlizindən, sahəsi 3.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 141.9 kv.m qaraj-açıq sahədən, sahəsi 27.1 kv.m mətbəxdən, sahəsi 46.2 kv.m çardaqdan, 2-ci mərtəbə sahəsi 2.0.8 kv.m, 21.2 kv.m, 44.8 kv.m, 45 kv.m, 21.8 kv.m, 23.0 kv.m olan yaşayış otaqlarından, sahəsi 19.6 kv.m mətbəxdən, sahəsi 28 kv.m holldan, sahəsi 4.0 kv.m, 10.1 kv.m dəhlizdən, sahəsi 2.5 kv.m ayaq yolundan, sahəsi 2 kv.m hamamın dəhlizindən, sahəsi 4.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 56.8 kv.m örtülü eyvandan ibarət olan “A” literli fərdi yaşayış evinə X1 mülkiyyət hüququnun tanınması və həmin fərdi yaşayış evinin dövlət reyestrində onun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və texniki Pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qeyd edilmişdir.
3. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)- 5266/2015 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadə) iddiaçı "xxxx" ASC-nin cavabdeh X4y qızına qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4y qızından əsas borc üzrə 94009,56 manat, faiz üzrə 5004,9 manat, cərimə məbləği üzrə 1680,38 manat olmaqla, cəmi 100694,84 manat borc məbləği və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekaya dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 manat tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş X4y qızının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 saylı mənzil yönəldilməsi, mənzilin açıq hərracda satılmaqla, əldə olunan vəsait hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 160650 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(104)-319/2016 nömrəli qətnaməsi ilə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-2747/2016 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 2034/2018 nömrəli (hakim F.A.Mirabov) qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4y qızına qarşı daşınmaz əmlakın boşaldılaraq iddiaçıya verilməsi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilməsi və cavabdehin pasport qeydiyyatından çıxarılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X4y qızının ünvan 2-də olan istifadə hüququnun itirilməsi, cavabdehin evdən məcburi çıxarılması, evin boşaldılaraq iddiaçı banka təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 7575/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Abdullayeva X3 şəhəri, Kəpəz rayonu, DOS-101, ev 20 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinin təmin edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərin araşdırılması zamanı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)-364/09 nömrəli qətnaməsi və xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadı icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101 ünvanında yerləşən 20 nömrəli ev üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012 tarixli, **********06-05101-093001 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Həmin mənzilə dair ilkin sənəd Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 1288 nömrəli order olmuşdur. Mənzilin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid, hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadında 400.0 kv.m torpaq sahəsində yerləşən evin qeydiyyata alınması qeyd olunmuşdur. Həmçinin, ünvan 2 ünvanında yerləşən mənzilin hal-hazırda "xxxx" ASC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********03 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırılma zamanı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)-364/09 nömrəli qətnaməsi və xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadının icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101 ünvanında yerləşən 20 nömrəli ev üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli **********06-05101-093001 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Həmin mənzilə dair ilkin sənəd Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 1288 nömrəli order olmuşdur. Mənzilin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid, hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadında 400.0 kv.m torpaq sahəsində yerləşən evin qeydiyyata alınması qeyd olunmuşdur. Bununla yanaşı, ünvan 2 ünvanında yerləşən mənzilin hal-hazırda "xxxx" ASC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli **********40 nömrəli cavab məktubu ünvanlanmışdır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli 823 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, DOS 101 hərbi şəhərciyin ərazisindəki bina və qurğular Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır və açıq tipli hərbi şəhərcikdir.
9. Məhkəmənin sorğusuna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-364/2009 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı X4y qızının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşının alınması və cavabdehin üzərinə ona məxsus evə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün sənədləşmənin aparılması vəzifəsinin qoyulmasına dair iddia ərizəsi üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsi xx.xx.2009-cu il tarixdə qanuni qüvvəyə minmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı X4y qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02 mart 2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi vəzifəsi DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmçinin, qanunvericiliyə əsasən, evin yerləşdiyi 400 kv.m torpaq sahəsinin də onun şəxsi mülkiyyətində olması qətnamədə təsbit edilmişdir. Cavabdehin qətnaməyə izah verilməsi barədə ərizəsinə əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi 22 sentyabr 2011-ci il tarixli 2(044)-172/11 saylı qərardadı ilə əmlaklara mülkiyyət hüququnun qeydə alınması və bu hüququ təsdiq edən reyestrdən çıxarışın verilməsinə dair siyahıda evin yerləşdiyi 400 kv.m ölçüdə torpaq sahəsi də qeyd olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktları düzgün icra edilməmiş və nəticə etibarilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququ reyestrdə qeydə alınmamış və bu hüquqa dair müvafiq çıxarış verilməmişdir. İnzibati qanunvericiliyin tələblərinə uyğun olaraq, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının düzgün icra edilməsi, habelə xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin reyestrdə qeydə alınaraq çıxarış verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə verdiyi xx.xx.2022-ci il tarixli **********40 saylı cavab məktubunda heç bir sübut və dəlil təqdim etmədən qeyd olunan torpaq sahəsinin üçüncü şəxsin timsalında dövlət mülkiyyətinə aid olduğunu bildirmişdir. Yəni Azərbaycan Respublikasının adından çıxarılan və qanuni qüvvəyə minərək icrası məcburi olan məhkəmə qətnaməsini cavabdeh əhəmiyyətsiz bir kağız parçası hesab edərək imtina vermişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-435/2023 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddiaçı X4y qızının cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-427/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-435/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 14-cü bəndi).
15. Üçüncü şəxs "xxxx" ASC-nin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X2 şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsində yerləşən Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzili ipoteka ilə yüklü etməklə "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixdə illik faiz dərəcəsi 16% olmaqla 130000 manat məbləğində kredit götürmüşdür. Lamiyə Abdullayeva üzərinə düşən öhdəliyi icra etmədiyindən Bank məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X4y qızından əsas borc 94009,56 manat, faiz üzrə 5004,90 manat, cərimə məbləği üzrə 1680,38 manat olmaqla, cəmi 100694,84 manat borc məbləği və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekaya dair bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat tutularaq iddiası "xxxx" ASC-nə ödənilməsi, tutmanın X4y qızının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq əldə olunan vəsait hesabına tələb edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 160 650 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə X4y qızının apelyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2016-cı il tarixli qərarı ilə X4y qızının kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS- 101, 20 nömrəli mənzil hərracda "xxxx" ASC tərəfindən əldə edilərək, bu barədə protokol və müqavilə imzalanaraq, mülkiyyət hüququ DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzilin mülkiyyətiçisi kimi "xxxx" ASC X4y qızı mənzili boşaldıb təhvil vermədiyindən, ona qarşı məhkəmədə iddia qaldıraraq əmlakın boşaldılaraq iddiaçıya verilməsi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilməsi və cavabdehin pasport qeydiyyatından çıxarılması xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X4y qızının Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzildən istifadə hüququnun itirilməsi, Lamiyə Abdullayevanın həmin mənzildən məcburi qaydada mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi ilə X4y qızının apelyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı ilə X4y qızının kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk öncə qeyd olunmalıdır ki, hazırkı iddia üzrə iddiaçı X4y qızının məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsinin üzərində yerləşən Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzilin mülkiyyətiçisi "xxxx" ASC-dir. Göründüyü kimi, Lamiyə Abdullayevanın nə torpaq sahəsi, nə də ki, həmin torpaq sahəsi üzərində yerləşən mənzillə bağlı hər hansı hüququ yoxdur. İddiaçının iddia ərizəsində istinad etdiyi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2009-cu il tarixli 2-044-364/2009 saylı qətnaməsi ilə yalnız Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 nömrəli mənzilin X4y qızının mülkiyyət hüququ tanınmış və mülkiyyət hüququna dair sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Daha sonra həmin mənzili yuxarıda qeyd edilən qaydada "xxxx" ASC əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin X4y qızma ünvanlanmış müraciətindən də görünür ki, Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsi dövlət mülkiyyətinə aid hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsindədir. Torpaq sahəsi üzərində Lamiyə Abdullayevanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. III. Prosessual məsələlər
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
18. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs "xxxx" ASC isə məhkəməyə ərizə ünvanlayaraq şifahi məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
21. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
22. Hazırda iddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsinə və xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadına əsasən ünvan 6 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.
23. Halbuki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2- 044-364/2009 nömrəli qətnaməsi ilə yalnız ünvan 6 ünvanda yerləşən 20 saylı mənzilə dair X4y qızının mülkiyyət hüququ tanınmış və mülkiyyət hüququna dair sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Daha sonra məhkəmə xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadı ilə həmin qətnaməyə “ünvan 1 ev 20 saylı ünvanda 400.0 kv.m torpaq sahəsində yerləşən, sahəsi 22.5 kv.m zirzəmidən, 1-ci mərtəbədə sahəsi 22.4 kv.m, 20.4 kv.m olan iki yaşayış otağından, sahəsi 16.8 kv.m, 45.4 kv.m olan anbardan, sahəsi 14.8 kv.m dəhlizdən, sahəsi 2.9 kv.m ayaq yolundan, sahəsi 2.1 kv.m hamam dəhlizindən, sahəsi 3.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 141.9 kv.m qaraj-açıq sahədən, sahəsi 27.1 kv.m mətbəxdən, sahəsi 46.2 kv.m çardaqdan, 2-ci mərtəbə sahəsi 2.0.8 kv.m, 21.2 kv.m, 44.8 kv.m, 45 kv.m, 21.8 kv.m, 23.0 kv.m olan yaşayış otaqlarından, sahəsi 19.6 kv.m mətbəxdən, sahəsi 28 kv.m holldan, sahəsi 4.0 kv.m, 10.1 kv.m dəhlizdən, sahəsi 2.5 kv.m ayaq yolundan, sahəsi 2 kv.m hamamın dəhlizindən, sahəsi 4.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 56.8 kv.m örtülü eyvandan ibarət olan “A” literli fərdi yaşayış evinə X1 mülkiyyət hüququnun tanınması və həmin fərdi yaşayış evinin dövlət reyestrində onun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və texniki Pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilsin” formasında izah vermişdir.
24. Yəni, izah barədə olan həmin qərardadda 400.0 kv.m torpaq sahəsinin qeyd edilməsi məhz X1 mülkiyyət hüququnun tanınması qət edilən evin hüquqi ünvanının, tikililərin və yerləşdiyi torpaq sahəsinin ölçüsünün, adının qeyd edilməsi olmuşdur. Nə sözügedən qətnamədə, nə də həmin qərardadda (hansı ki, qərardad qətnamədə qeyd edilməyən hər hansı tələbin göstərilməsi və qət edilməsi ilə bağlı ola da bilməzdi, məhkəmə qətnamənin məzmununu dəyişdirmədən qətnaməyə izah verir) 400 kv.m torpaq torpaq sahəsi ilə bağlı heç bir təmin edilmiş tələb olmamış və torpaq üzərində iddiaçının hüququnun qeydə alınması barədə qeyd aparılmamışdır.
25. Digər tərəfdən, məhkəmə qətnaməsi ilə iddiaçının adına qeydə alınmış ünvan 1 ev 20 saylı ünvanda yerləşən ev iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyinin təminatı kimi ipoteka predmeti olaraq məhkəmə qətnaməsi əsasında hərracda satılaraq, borcun ödənilməsinə realizə olunmuş və yenə də məhkəmə qətnaməsi əsasında iddiaçı həmin evi boşaldaraq, yeni mülkiyyətçi "xxxx" ASC-yə təhvil vermişdir.
26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
27. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
28. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
29. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
30. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və sorğulara cavab məktubları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, DOS 101 hərbi şəhərciyin ərazisindəki bina və qurğular Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır və açıq tipli hərbi şəhərcikdir.
31. Həmçinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil hazırda xüsusi mülkiyyət hüquqi ilə "xxxx" ASC-nin məxsusdur.
32. Hazırda iddiaçı X4y qızının nə torpaq sahəsi, nə də həmin torpaq sahəsi üzərində yerləşən mənzillə bağlı hər hansı hüquqları yoxdur. Belə ki, torpaq sahəsi dövlət mülkiyyətinə aid hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir, torpaq sahəsi üzərində yerləşən mənzil isə xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin mülkiyyətinə aiddir.
33. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı yalnız Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsinə və xx.xx.2011-ci il tarixli 2(044)-172/11 nömrəli qərardadına əsasən ünvan 6 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir ki, yuxarıda qeyd edilənlərə əsasən onun bu barədə tələb hüququnun olmaması müəyyən edilmişdir.
34. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Məhkəmə qeyd edir ki, X4y qızının sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva