Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3184/2024 03.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Hüseyn qızının Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Hüseyn qızının Cavabdehnə qarşı üçüncü şəxslərin X1 və X2 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Hüseyn qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin X1 və X2 ona məxsus ünvan 1 barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən evin mülkiyyət hüququ mənə məxsusdur.Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da var.Cavabdehlər mənim evimə girib orada xeyli müddətdir ki, qeydiyyatsız yaşayırlar.Dəfələrlə cavabdehlərin mənim evimi tərk etmələri barədə tələblər etsəm də,onlar mənim evimi tərk etmirlər. Həmçinin qeyd edirəm ki,cavabdehlər ünvan 3 ünvanında yerləşən evin üzərində vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. xx-xx-2021-ci il tarixli iş № 2(044)-275/2021 saylı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə (sədrlik edən hakim X5) cavabdehlərin iddia tələbi təmin edilməmişdir. Odur ki,məndə məcbur qalıb cavabdehlərin mənim evimdən çıxarılmaları üçün məhkəməyə müraciət edir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, məhkəməyə daxil olmuş hazırkı iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı, belə ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş iddia ərizəsinin Məmmədova Nahidə tərəfindən imzalansa da, iddiaçı tərəfindən nümayəndəyə verilmiş xx.xx.2023-cü il tarixli AR-İll № 007526 nömrəli etibarnamədə hazırkı inzibati iş üzrə iddia ərizəsinin imzalanması, habelə Azərbaycan Respublikası MPM-nin 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin etibar edilməsinin öz əksini tapmadığı bildirilməklə, məhkəməyə səlahiyyəti olan şəxs tərəfindən imzalanmış iddia ərizəsinin təqdim edilməsi təklif edilmiş və bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş və xətaların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
6. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsini səlahiyyətsiz şəxs X3 imzalamışdır.
7. İPM-in 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM) görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
9. MPM-in 19-cu maddəsinin “Qeyd” hissəsinə görə isə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.
10. Göründüyü kimi, iddia ərizəsi iddiaçının özü və ya onun qanunda nəzərdə qaydada səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməmişdir.
11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2024cü il tarixdə sərəncam göndərilərək, məhkəməyə daxil olmuş hazırkı iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı, belə ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş iddia ərizəsinin Məmmədova Nahidə tərəfindən imzalansa da, iddiaçı tərəfindən nümayəndəyə verilmiş xx.xx.2023-cü il tarixli AR-İll № 007526 nömrəli etibarnamədə hazırkı inzibati iş üzrə iddia ərizəsinin imzalanması, habelə Azərbaycan Respublikası MPM-nin 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin etibar edilməsinin öz əksini tapmadığı bildirilməklə, məhkəməyə səlahiyyəti olan şəxs tərəfindən imzalanmış iddia ərizəsinin təqdim edilməsi təklif edilmiş və bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmiş və xətaların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
12. Lakin sərəncamla müəyyən edilmiş müddət başa çatsa da, iddiaçı tərəfindən sərəncamın tələbləri yerinə yetirilməmişdir.
13. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva