Məhkəmə qərarları › İş №2-1(114)-3185/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3185/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3185/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və əmək pensiyasının yenidən hesablanması barədə 01 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərin ondan tutulmasının cavabdehə qadağan edilməsi və ondan tutulmuş 1530.68 manat məbləğin ona geri qaytarılması, əmək pensiyasının yenidən hesablandığı 01 iyul 2017-ci il tarixdən sonra 6 il işləyərək 01 iyul 2023-cü il tarixədək toplanmış pensiya kapitalı əsasında və 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdeh orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindən müəyyən edilir ki: - DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı pensiyasının yığım hissəsi xx.xx.2017-ci il tarixdə 35.93 manatdan 95.12 manata çatdırılmışdır. - İddiaçı pensiyası xx.xx.2017-ci il tarixdə yenidən hesablanmışdır. - DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2017-ci il tarixli sərəncamı ilə pensiya məbləği 516.37 manat müəyyən edilmişdir. - İddiaçı iki iş yerində - "xxxx" MMC və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında (xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək) işləmişdir. - O, YAP Gəncə şəhər təşkilatından işdən azad olması ilə bağlı xx.xx.2022-ci il cavabdeh orqana müraciət etmiş və ona məktubla (məktubun tarix və nömrə rekvizitləri məlum deyil) pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən edildiyi, bu barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********73 nömrəli qərara əsasən İddiaçı pensiyası işdən azad olma səbəbi ilə yenidən hesablanaraq, 15117.55 manat pensiya kapitalı əsasında 900.36 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya artıq ödənilmişdir. Artıq vermə məbləği – 2846.26. - İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə yenidən baxılmasını xahiş etmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/1-B-67703/2023 nömrəli qərara əsasən İddiaçı pensiyası (1051.82 manat) 37.3.1-ci maddəyə əsasən yenidən hesablanaraq, 23266.13 manat pensiya kapitalı əsasında 807.49 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeriolan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya artıq ödənilmişdir. Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırıldı. Artıq vermə məbləği – 4924.34.

2. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-171/2-B-105686/2023 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdən ona yaşa görə əmək pensiyası hesablanmışdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5306.40 manat Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 18150.48 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) 511.76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 596.71 manata, xx.xx.2021-ci il tarixindən 664.74 manata, xx.xx.2022-ci il tarixindən 687.34 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 704.00 manata, eyni zamanda 29.1-ci maddəyə uyğun olaraq 807.49 manata çatdırılmışdır. xx.xx.2023-cü il tarixli müraciət zamanı xx.xx.2022-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv əmək müqaviləsi: (əlavə) Azərbaycan Texnologiya Universiteti MMC) əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablandığı məlum olmuşdur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir.

3. Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-203210/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 1-79739/2023 nömrəli xidməti məktubuna əsasən bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeri olan və onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə aparılmış hesablama nəticəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək İddiaçı pensiyanın artıq ödənildiyi məlum olmuş və Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırılmışdır. X3 əsasən İddiaçı xx.xx.2017-xx.xx.2022-ci il tarixə də artıq ödənilmiş 3088.43 manat məbləğində vəsait aşkar edilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixə aşkar edilmiş artıq ödənilmiş vəsait xx.xx.2017-xx.xx.2022-ci il tarixə olan artıq ödənilmiş vəsaitlə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əvəzləşdirilməklə yekun olaraq, xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 4924.34 manat artıq ödənilmiş vəsait qeydə alınmışdır. X3 daxil edilən məlumatlar əsasında xx.xx.2022-ci il tarixindən 90.04 manat olmaqla İddiaçı əmək pensiyasından tutulmalar həyata keçirilir. Əmək pensiyasından aparılan tutulma nəticəsində 1350.60 manat bərpa edilmiş, xx.xx.2023-cü il tarixə qalıq borc 3573.74 manat təşkil edir. II. Məhkəmədə icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödəməyə yol vermiş işçi məsuliyyətə cəlb edilməklə, onun pensiyasından tutulmaya dair “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 72.1 və 73-cü maddələrinə əsasən barəsində qəbul edilmiş həmin qərarın dayandırılmasını xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 03-171/2-B- 165686/2023 saylı məktubuna əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı onun pensiya məbləğində artıq ödəniş faktı aşkar edilmişdir. Artıq ödəmənin kim tərəfindən edilməsi, neçə faiz, nə qədər məbləğ və nə vaxta kimi ödənilməsi ona aydın deyil. Ölkə prezidentinin sərəncamına əsasən artıq ödəmə məsələsinə amnistiya verilməsinə baxmayaraq, ondan hələ də pul tutulur. Xahişi budur ki, artıq ödəməyə yol vermiş işçi məsuliyyətə cəlb olunmaqla pensiyasından tutulma dayandırılsın.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 1 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutmaların aparılmasının dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 1 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutmaların aparılmasının dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və əmək pensiyasının yenidən hesablanması barədə 01 may 2023-cü il tarixli 3- 17-1/1-B-67703/2023 nömrəli qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərin ondan tutulmasının cavabdehə qadağan edilməsi və ondan tutulmuş 1530.68 manat məbləğin ona geri qaytarılması, əmək pensiyasının yenidən hesablandığı 01 iyul 2017-ci il tarixdən sonra 6 il işləyərək 01 iyul 2023-cü il tarixədək toplanmış pensiya kapitalı əsasında və 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdehin orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

11. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında, həm də 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Belə ki, cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və əmək pensiyasının yenidən hesablanması barədə 01 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarlarının ləğv edilməsi tələbi mübahisələndirmə, həmin qərarlar əsasında artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərin ondan tutulmasının cavabdehə qadağan edilməsi və ondan tutulmuş 1530.68 manat məbləğin ona geri qaytarılması tələbi öhdəliyin icrası, əmək pensiyasının yenidən hesablandığı 01 iyul 2017-ci il tarixdən sonra 6 il işləyərək 01 iyul 2023-cü il tarixədək toplanmış pensiya kapitalı əsasında və 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdehin orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi isə məcburetmə iddia növlərinə aiddir.

12. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

13. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.

15. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 25 may 2022-ci il tarixli **********3 nömrəli və 01 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarlarının iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız iddiaçının xx.xx.2023-cü il tarixli müraciətindən sonra ona xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı da həmin məktubu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın mübahiisələndirmə, öhdəliyin icrası və məcburetmə haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

22. Etiraz Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-171/2-B-105686/2023 nömrəli məktubda göstərilənlərlə (bu qərarın 6-cı bəndi) əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş artıq ödəmə hər ay 90.04 manat olmaqla iddiaçının pensiyasından tutulmaqdadır.

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, YAP Gəncə şəhər təşkilatından işdən azad olunan zaman Azərbaycan Texnologiya Universitetində işləməyə davam edirdi, hazırda da həmin Universitetdə işləyir. 2023-cü ilin yanvar ayından pensiyasını əskik almağa başlamış və bu zaman şifahi qaydada bunun səbəbini soruşduqda, ona pensiyasından tutulma olduğunu bildirmişlər. Daha sonra 2023-cü ili mart ayında yenidən tutulma məsələsinə baxılması çün müraciət etsə də, pensiyasından tutulma dayandırılmamışdır. Hər ay pensiyasından 90.04 manat əskik alır. 2023-cü ilin sentyabr və oktyabr aylarında da tutma aparılmışdır.

25. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

26. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının pensiyasından tutulma ilə bağlı ayrıca qərar qəbul edilməmiş, artıq ödəmə yenidən hesablama zamanı aşkar edildiyi üçün əmək pensiyasının yenidən hesablanması barədə qərarın qeyd hissəsində göstərilmiş və həmin qeydə əsasən tutma həyata keçirilmişdir. Tutma zamanı iddiaçının razılığı alınmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindəki sənədlər; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-171/2-B-105686/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-203210/2023 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iki iş yerində - "xxxx" MMC və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında işləmişdir. O xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, xx.xx.2022-ci il tarixdə YAP Gəncə şəhər təşkilatından işdən azad olması ilə bağlı əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş və cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********73 nömrəli qərarına əsasən İddiaçı pensiyası işdən azad olma səbəbi ilə yenidən hesablanaraq, 15117.55 manat pensiya kapitalı əsasında 900.36 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2846.26 manat məbləğində pensiya artıq ödənilmişdir.

30. Bundan sonra, İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə yenidən baxılmasını xahiş etmiş və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərara əsasən İddiaçı pensiyası (1051.82 manat) 37.3.1-ci maddəyə əsasən yenidən hesablanaraq, 807.49 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeriolan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırılmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4924.34 manat məbləğində pensiya artıq ödənilmişdir.

31. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

32. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə işlədiyi iki iş yerindən biri olan YAP Gəncə şəhər təşkilatından işdən azad olması ilə bağlı müraciət etmiş, cavabdeh orqan isə iddiaçının digər aktiv əmək müqaviləsi əsasında "xxxx" MMC-də işləməsini nəzərə almadan, işdən azad olması əsası ilə topladığı 15117.55 manat pensiya kapitalı əsasında əmək pensiyasını yenidən hesablamışdır.

33. Hansı ki, iddiaçı bununla bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş olsa belə, cavabdeh orqan onun "xxxx" MMC-də işlədiyinə görə, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməməsini, habelə əmək pensiyasının yenidən hesablandığı xx.xx.2017-ci il tarixdən 6 il keçməməsini əsas gətirməklə, onun pensiyasını yenidən hesablamaqdan imtina etməli idi.

34. Lakin cavabdeh orqan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********73 nömrəli qərarla həm iddiaçının əmək pensiyasını yenidən hesablamış, həm də bu zaman xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınaraq, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2846.26 manat məbləğində artıq ödəmə olmasını müəyyən etmiş və artıq ödəməni xx.xx.2022-ci il tarixdən pensiyaçının razılığı və bu barədə məhkəmə qərarı olmadan tutmağa başlamışdır.

35. Bütün bunlara baxmayaraq, İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciətindən sonra cavabdeh orqan xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/1-B-67703/2023 nömrəli qərar qəbul edərək, İddiaçı pensiyasını yenidən hesablayaraq, 807.49 manat məbləğində müəyyən etmişdir. Və yenə həmin qərarla xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeriolan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmasını (özünün təqsirli davranışı nəticəsində) müəyyən etmiş və əvvəlki yenidən hesablama zamanı müəyyən edilmiş artıq ödəmə məbləğinin əvvəki üç ildən artıq hissəsi çıxılmaqla (“Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4924.34 manat məbləğində pensiya artıq ödənilməsi müəyyən edilərək, iddiaçının əmək pensiyasından tutulmağa başlanılmış, lakin bu zaman iddiaçının razılığını almamış və məhkəmə qərarı olmamışdır.

36. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

37. Məhkəmə qeyd edir ki, hazırkı əmək pensiyasından tutulma üzrə mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

38. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

39. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

40. Hazırkı iş üzrə isə cavabdeh orqan iddiaçıya əvvəlcə xx.xx.2017-xx.xx.2022-ci il tarixə 3088.43 manat məbləğində artıq ödəmə aşkar etmiş və xx.xx.2022-ci il tarixdən hər ay 90.04 manat olmaqla tutumağa başlamış, sonradan xx.xx.2022-xx.xx.2023-cü il tarixə artıq ödəmə aşkar edərək, xx.xx.2017-xx.xx.2022-ci il tarixə olan artıq ödənilmiş vəsaitlə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əvəzləşdirilməklə yekun olaraq, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 4924.34 manat artıq ödəmə müəyyən etmişdir.

41. xx.xx.2022-ci il tarixindən 90.04 manat olmaqla İddiaçı əmək pensiyasından xx.xx.2023-cü il tarixinə 1350.60 manat tutulmuşdur.

42. 2023-cü ilin sentyabr və oktyabr aylarında da 180.08 (90.04 man x 2 ay) manat tutulması nəzərə alınan zaman cəmi 1530.68 manat tutma aparılması müəyyən edilir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqanın bu hərəkəti qanunauyğun olmamışdır.

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

44. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasından tutulmalar apardığı zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

45. Göründüyü kimi, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

46. Eyni zamanda, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi və əmək pensiyasının yenidən hesablandığı xx.xx.2017-ci ildən 6 il keçmədiyi halda onun əmək pensiyasının yenidən hesablanması qanunauyğun olmamış və bu barədə qəbul edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə X4 pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və 1 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarları qanunsuz olmuşdur.

47. Həmçinin, iddiaçının əmək pensiyasının yenidən hesablandığı xx.xx.2017-ci il tarixdən o, 6 il işləyərək xx.xx.2023-cü il tarixədək pensiya kapitalı topladığı üçün və əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edildiyi üçün iddiaçının əmək pensiyası yenidən hesablanmalı və bu zaman hesablama 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdeh orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan həyata keçirilməlidir.

48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Sosial Ödənişlərin Təyinatı üzrə X4 pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və 1 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarları ləğv edilsin. Həmin qərarlar əsasında artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərin İddiaçı tutulması cavabdehə qadağan edilsin və iddiaçıdan tutulmuş 1530.68 manat məbləğ ona geri qaytarılsın. İddiaçının əmək pensiyasının yenidən hesablandığı 1 iyul 2017-ci il tarixdən sonra 6 il işləyərək 01 iyul 2023-cü il tarixədək topladığı pensiya kapitalı əsasında və 01 iyul 2017ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdeh orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar