Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3185/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X13 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı «qiymətləndirmənin ləğv edilməsi və əlillik dərəcəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı partlayış nəticəsində travma almışdır. 08 sentyabr 2023-cü il tarixli 9596 saylı xəstəlik haqqında şəhadətnaməsində Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: "Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksimzləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə)." "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Diaqnoz: "diskogen mənşəli nadir hallarda kəskinləşən residivgedişli xroniki beloma radikuliti, natamam remissiya mərhələsində. Sol gözün qarışıq astiqmatizmi Hm 0,5,D M 0,5D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. L4 fəqərəsinin listezi, L4-L5 fəqərəarası diskin sekvestrə olunmuş yırtığı. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki frontit, remissiya mərhələsində. Çoxsaylı kariyes." "Ümumi xəstəlikdir". Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən, habelə Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə ona "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qicolma tutmaları ilə F07.0." diaqnozu təyin edilmişdir. Dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də, ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X3 21 yanvar 2025-ci il tarixli göndərişi əsasında baxılmışdır. “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə olmuşdur. Göygöl rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 9596 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksizmləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Diskogen mənşəli nadir hallarda kəskinləşən residiv gedişli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sol gözün qarışıq astiqmatizmi Hm 0,5 D, M0,5 D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. L4-L5 fəqərəarası diskin sekvestrə olunmuş yırtığı. Burun tənəffüsünün mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki frontit, remissiya mərhələsində. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12613319 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13281053 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində və ayağında ağrılardan, başağrıları, qıcolma və əsəbilikdən şikayətlənmişdir. Dərmanlardan Depakin, Klonazepam, Cycladole qəbul etdiyini bildirmişdir. Zahirən səliqəsiz olmuşdur. Ünsiyyətə asta səslə qoşulmuşdur. Sol qolunda təxminən 5 ay əvvəl edilmiş 3-4 ədəd səthi kəsik izi izlənmişdir. Tutmalarını funksional tutma kimi izah etmişdir. Müayinə zamanı dərman təsiri altında olmuşdur. Emosional küt, baxışları donuq izlənmişdir. Düşüncəsi aydın, bələdliyi qorunmuşdur. PAM-nin istifadəsi inkar edilməmişdir. Ailəli, 2 və 5 yaşlarında iki övladı olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonrakı şəxsiyyətin patoloji-nevrotik inkişafı. Ailə, məişət adaptasiyası (PAM sui-istifadəsi istisna olunmur)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Səadət Seyidli məhkəməyə ərizə təqdim edərək cavabdeh orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi Şəxsi ilə əvəz edilməsi, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddia əsaslıdır. Çünki, cavabdeh orqan qanunsuz olaraq iddiaçıya əlillik dərəcəsi təyin etməmişdir. Hazırda təmsil etdiyi şəxsin məhkəmə iclasına gəlməmə səbəbi məhz onun aqresiv olması və ünsiyyətə meyl etməməsi ilə bağlıdır. Lakin cavabdeh orqan bu kimi halları nəzərə almamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya aid stasionar tibbi kartasından çıxarışlar, xəstəlik haqqında xx.xx.2023-cü il tarixli, 9596 nömrəli şəhadətnamə, Mərkəzi Hərbi Poliklinikasının 13373 arayışı, «Respublika Psixiatriya Xəstəxanası» X11 xx.xx.2024-cü il tarixli, 451 nömrəli, xx.xx.2023-cü il tarixli, 854 nömrəli rəyləri, iddiaçıya məxsus 114623 nömrəli vəsiqə, iddiaçıya məxsus İ-19078 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi, iddiaçıya məxsus İ-2525 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi, iddiaçıya məxsus R00240231EVB saylı tibbi göndəriş (Forma 88), ambulator kitabçadan çıxarışlar və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X11 xx.xx.2025-ci il tarixli ekspert rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazım qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixdə sistemə yerləşdirilmişdir. İddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Yəni iddia vaxtında qaldırıldığından qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır və iddia mümkün iddiadır. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ikinci Qarabağ müharibəsi zamanı baş vermiş döyüşlərdə hərbi travma almışdır. Bu hal Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli şəhadətnamə-qərarı ilə təsdiq edilir. Həmin qərar üzrə İddiaçı Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, epileptiform qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)". diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçıya əlillik dərəcəsi təyin edilməsi üçün cavabdeh inzibati orqana X7 tərəfindən R00240231EVB saylı tibbi göndəriş verilmişdir. Həmin tibbi göndərişdə İddiaçı qoyulmuş diaqnoz aşağıdakılardan ibarət olmuşdur: Əsas diaqnoz: Baş beyin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə Yanaşı xəstəliklər: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Partlayış travması (xx.xx.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi nəticəsində yaranan və tez-tez baş verən vegetativ damar paroksizimləri və qıcolma tutmaları (ayda 8-10 dəfə). Yanaşı xəstəliklər: Astiqmatizm, Sol gözün qarışıq astiqmatizmi. Yanaşı xəstəliklər: Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020) Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi, eyni zamanda tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi mərhələlərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə -«Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş «Əlilliyin müəyyən olunması meyarları»na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş «Əlilliyin müəyyən olunması meyarları»: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - «Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, XBT-10 funksiyalarının funksiyalarının №-si orqanizmin funksiyalarının (kod) pozulması pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.
7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus X7 tərəfindən R00240231EVB saylı tibbi göndərişdə (Forma 88) ona qoyulmuş Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş və depressiv daxilolmalar, epileptiform qıcolma tutmaları ilə diaqnozları yuxarıda göstərilən Əlavənin F07.0 kod təsnifatına uyğundur. Belə ki, iddiaçının tibbi müayinə sənədlərindən görünür ki, iddiaçı zahirən gərgin və narahatdır. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur, suallara qısa və əsəbi cavab verir. Təfəkkürü tormozlaşmışdır. Maraq dairəsi daralmış və həyata marağı yoxdur. Ruh düşkünlüyü olmaqla özünə suiqəsd fikirləri var. Təkliyə meyillidir, özünə qapanır və öz-özünə danışır. Emosional dayanıqsızdır. Səbəbsiz qorxu və təşviş hissi keçirir. Əsəbi olan zaman beyninə xoşagəlməz fikirlər gəlir. Yaddaşı pozulub və qavraması zəifləyib. Ayda 8-10 dəfə qıcolma tutmaları müşahidə edilir. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Emosional sferası qeyristabildir. Bundan başqa cavabdehin etirazından da görünür ki, iddiaçının əyani müayinəsi zamanı qolunda kəsik izləri aşkar edilmişdir. Bu hal onun intihara cəhd etməsinə sübut kimi çıxış edir. Bir sözlə iddiaçının psixi durumu 7.6.2.2-ci yarımbəndə uyğun gəlir. Nəzərə almaq lazımdır ki, iddiaçı bu xəstəliyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma olaraq almışdır (Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı). Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2151 saylı rəyi ilə də təsdiq edilir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla (F07.0) aşkar olunur. Həmin rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Eyni zamanda işdə olan iddiaçıya məxsus xəstəlik tarixlərindən çıxarışlardan görünür ki, iddiaçı həmin diaqnoz üzrə X4, X14 adına 1 nömrəli Şəhər Xəstəxanasında, Göygöl Rayon Məerkəzi Xəstəxanasında müxtəlif illərdə ambulator və stasionar müalicələrdə olmuşdur. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya əlillik təyin edilməməsi barədə mövqeyi əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-ci il tarixli 9596 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçıya diaqnoz qoyulmuş xəstəliyin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev