Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3189/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum bacısı X5 övladı X1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 28 nömrəli qərarına əsasən, atası X6 mülkiyyətinə verilmişdir. İddiaçının atası vəfat etməmişdən qabaq həmin torpağı və torpaqda olan evi vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı qeyd edir ki, həmin evə iddiaçının mərhum bacısı övladı X11 qeydiyyata düşmüşdür. İddiaçının bacısı X15 rəhmətə getdikdən sonra X7 atası öz evinə aparmış və onlar indiyənə qədər də bir yerdə yaşayırlar. O bildirir ki, X4 həmin evə dair heç bir aidiyyəti yoxdur. İşin halları JN-050F, KOD 50901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 28 nömrəli qərarı ilə 0.38 ha torpaq sahəsi X16, onun ailə üzvləri X3, İddiaçı, X12, X9, X13, X18 və X8 mülkiyyətinə verilmişdir. Goranboy rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2014cü il tarixdə 2V-1-161N reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən, X16 ölən günədək ona məxsus olan Goranboy rayonu, Qarasüleymanlı kəndində 0.38 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini və 0.20 ha torpaq sahəsini – Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olan oğlu – İddiaçı, 0.18 ha torpaq sahəsini isə Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olan oğlu – X10 vəsiyyət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən, qeydiyyatda olan vətəndaşların qeydiyyatdan çıxarılmasınının Azərbaycan Respublikasının DİN-in müvafiq əmrinə əsasən mümkündür. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 9cu “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkün olur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubuna əsasən, sorğuda qeyd olunan X16 və digərlərinin adına verilmiş JN-50F, KOD 50901018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən 0.38 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır. O cümlədən, X6 adına fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır. “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən, xx.xx.1998-ci il təvəllüdlü X2 şəhəri, Müşfiq Nəbiyev küçəsi, 24A ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən müəyyən olunur ki, İddiaçı hazırkı iş üzrə tələbi ona məxsus olduğunu iddia etdiyi Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən fərdi yaşayış evindən X4 qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malik deyil. İş materiallarından görünür ki, JN-050F, KOD 50901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 28 nömrəli qərarı ilə 0.38 ha torpaq sahəsi X16, onun ailə üzvləri X3, İddiaçı, X12, X9, X13, X18 və X8 mülkiyyətinə verilmişdir. Qeyd olunan Şəhadətnaməyə əsasən, Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində yerləşən 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı qeyd etdiyi evə dair hüquqmüəyyənedici sənədi olmadığından məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Digər tərəfdən iddiaçının hüququnun pozulması halı, hüququna müdaxilə yoxdur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı qeydiyyatdan çıxarılmasını istədiyi X2 şəhəri, Müşfiq Nəbiyev küçəsi, 24A ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3189/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3189/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver