Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-319/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və müddətsiz üçüncü dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və müddətsiz üçüncü dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dairtibb müəssisəsinin 0315003AAF76 nömrəli göndərişi DTSERA- da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. Göndərişdə qeyd olunan diaqnoz “Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevrit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə müəyyən edilib.." olmuşdur.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin xx.xx.2019-cu il tarixli 2393 nömrəli tibbi nəticəsində İddiaçı “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıresitmə lll-İV dərəcəli” diaqnozu qoyulmuşdur.
4. Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyində İddiaçı “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıresitmə lll- İV dərəcəli” diaqnozu qoyulmuşdur.
5. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testində “Sağ qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi:" müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” kimi müəyyənləşdirilmişdir.
6. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubunda qeyd edilir ki, məktubda qeyd edilən məəslənin araşdırılması ilə əlaqədar Agentlik tərəfindən siyahıda adları qeyd olunan vətəndaşların tibbi sənədlərinin təqdim olunması üçün “Respublikas Eşitmə, Səs, Nitq Patologiyaları” Mərkəzinə sorğu verilmiş, siyahıda adları qeyd olunan şəxslərdən yalnız 138 nəfərə aid Agentliyə təqdim olunmuş məlumat və zəruri təsdiqedici tibbi sənədlər onlara rəsmiləşdirilmiş göndərişlərin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, qulaq xəstəlikləri ilə əlaqədar əlillik təyinatlarının aparıldığı 1268 nəfər şəxsə tibb müəssisələri təərfindən verilmiş göndərişlər əsassız hesab olunmuşdur.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Tibbi-sosial ekspert komissiyalarının 14 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 47 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar (qərarın rekvizitləri qeyd edilməmişdir) qəbul edilmişdir.
8. Cavabdeh Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-4/2-B- 14080/2023 saylı bildiriş göndərilərək, xx.xx.2022-ci il tarixdə əyani müayinəyə dəvət olunmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə əyani müayinədə iştirak etdiyi, qeyd edilənlərə əsasən ona xx.xx.2021-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı bildirilmişdir.
9. Cavabdeh Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının əyani müayinəsi həyata keçirilmiş və yanvar 2023-cü il tarixli qərarla "Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə **********9 nömrəli qərar dəyişdirilərək “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-29951/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəii göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində eşitmə xəstəliklərinə dair şübhə doğuran əliliik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci ii tarixli, **********5 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2022-ci il tarixində ləğv olunaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəii göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarının ləğv edilməsi, ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı il tarixdə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun Qovlarsarı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, həqiqi hərbi xidmətdə olarkən hərbçi hamamında çimdikdən sonra komandirin göstərişi ilə soyuq havada hərbçi yoldaşları ilə birlikdə təlimə çıxmışlar. Həmin vaxtı soyuqlamadan onun eşitməsində problemlər yaranmağa başlamışdır. Hərbi xidmətini başa vurduqdan sonra mütəmadi olaraq eşitməsilə bağlı müalicə olunmuşdur. 2019-cu ilin fevral ayının 19-da X4 Mərkəzində bel yırtığından cərrahiyyə əməliyyatı olunmuşdur. 2021-ci il tarixdə həmin xəstəxanada sağ diz yırtığından da cərrahiyyə əməliyyatı olmuşdur. xx.xx.2019-cu il tarixdə Eşitmənin, səsin və nitqin patalogiyası üzrə Respublika Mərkəzində eşitmə qabiliyyəti yoxlanılmış və ona müayinənin nəticəsi olaraq İİİ-İV dərəcəli eşitmə qüsurlu yazılmışdır. xx.xx.2021-ci il tarixdə poliklinikadan onu stasionar müalicəyə göndərmişlər. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Gəncə şəhər X5 Xəstəxanasının burun-qulaq şöbəsində stasionar müalicə almışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X3 müayinədən keçmiş və medikamentoz yuxu altında VERA testi aparılmışdır. 33.1 rate 2000 SWEER clisk şiddətində aparıllan vera testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Bundan əlavə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinədən keçmişdir. Orada da ona “İki tərəfli koxleear nevrit neyrosensor ağır eşitmə İİİ-İV-cü dərəcəli diqnozu qoyulmuşdur. Onun xəstəlikləri ilə bağlı Samux rayon Mərkəzi Xəstəxanasından tərəfindən 2021-ci ilin əvvəllərində Forma-88 sistemə vurulmuş və xx.xx.2021-ci il tarixdə eşitmə qabiliyyətinin ağır olması ilə bağlı ona müddətsiz 3-cü qrup əlillik təyin olunmuşdur. Ona müddətsiz 3-cü qrup əlillik təyin edilməsinə baxmayaraq, onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən hansısa səbəbdən yenidən xx.xx.2022-ci il tarixdə əyani müayinəyə çağırmışlar. Xəstə olduğundan həmin vaxtı müayinəyə gedə bilməmişdir. Rayon poliklinikası ilə əlaqə saxlamış və xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuşdur. Əyani müayinə zamanı həkimlərin ona qoyduqları diaqnoz təsdiqlənməsinə baxmayaraq, heç bir əsas və səbəb olmadan sonradan ona imtina gəlmişdir Müayinə vaxtı həkimlər ona müayinənin nəticəsi barədə heç bir məlumat vermədilər, yalnız onu dedilər ki, eşitmə qabiliyyətinin ağır olduğu təsdiq olunur. Cavab gələndə isə imtina gəlmişdir. Bildirir ki, o, cəmi 7 ay əlilliklə bağlı pensiya almış, sonra dayandırılmışdır. Hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və müalicə olunur. Cavabdehin onun xəstəliyini tam reabilitasiya olunub kimi qiymətləndirməsini qanunsuz və əsasız hesab edir. Narazı qaldığına görə o, yenidən şikayət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/2-B-14080/2023 nömrəli imtina vermişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın onun “Tam reabilitasiya olunması”na dair yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında onun “Tam reabilitasiya olunması”na dair yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının onun “Tam reabilitasiya olunması”na dair yanvar 2023cü il tarixli qərarının ləğv edilməsi Həmin qərarın ləğvi tələbi isə iddiaçının üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinin təmininə yönəlmişdir.
17. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Samux rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dairtibb müəssisəsinin 0315003AAF76 nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevrit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfəli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə müəyyən edilib.." olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə vətəndaş məktub əsasında komissiyaya dəvət olunmuş, lakin əyani müayinədə iştirak etmədiyi üçün əlillik təyinatı barədə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilərək əlillik təyinatı ləğv edilmişdir (ESDAS: **********9). Vətəndaş verilmiş qərardan narazı olduğu üçün xx.xx.2023-cü il tarixində DTSERA-ya müraciət etmiş və müayinə olunmuşdur. Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyində “İkitərəfli koxlear nevrit. Neyrosensor agıresitmə lll-İV-cü dərəcəli.” diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testində “Sağ qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi" müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip agıresitmə qeyd olunur” kimi müəyyənləşdirilmişdir. Agentliyin həkimekspertlərinin obyektiv müayinəsi zamanı xəstənin eşitmə cihazı sağ qulağındadır. Cihazın batareyasını xəstədən xəbərsiz çıxartdıqda 5 metr məsafədən suallara cavab vermişdir. Obyektiv müayinə nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyası tərəfindən "Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə **********9 nömrəli qərarı dəyişdirilərək “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 0315003AAF76 nömrəli göndərişi; - Tibbi-Sosial Ekspert Komissiyasının **********9 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yanvar 2023-cü il tarixli qərarı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyi; - Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-B-14080/2023 nömrəli bildiriş; - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Samux rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1272 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-29951/2023 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəii göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən oiunması meyarlarına dair Əsasnamə”yə müvafiq oiaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair şübhə doğuran əliliik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci ii tarixli, **********5 nömrəii biidiriş məktubu göndərilərək xx.xx.2022-ci il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2022-ci il tarixində ləğv olunaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəsi həyata keçirilmiş və “Tam reabilitasiya olması” barədə yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir.
29. Məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilməklə, iddiaçının barəsində əvvəl qəbul edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarın əsaslılığını inzibati icraat çərçivəsində iddiaçını əyani müayinəyə cəlb etməklə yoxlamış və həmin əlilliyin ləğvi və diaqnoz əlillik təyin etməməsi barədə yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir.
30. İnzibati icraat haqqında hüquq normalarının (prosessual normaların) düzgün tətbiqinə baxmayaraq, həmin qərar bununla yanaşı, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt sayılır.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
33. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
34. Cavabdeh orqan 42 nəfərin, o cümlədən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubunu göstərmişdir.
35. Məhkəmə hesab edir ki, prinsipcə həmin məktub “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin məktub məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni həmin məktub iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada həmin məktuba istinad edə bilməz, həmin məktubda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
36. Bu əsasla məhkəmə tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə sorğu göndərilərək, iddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın qərarının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə məlumat və bu barədə bütün sənədlər, iddiaya yazılı etirazda adıçəkilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu, iddiaya yazılı etirazda adıçəkilən Tibbi-Sosial Ekspert Komissiyasının **********9 nömrəli qərarı, iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə məktub və həmin məktubun iddiaçıya çatdırılmasına dair sənəd, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul olunubolunmaması, müsbət halda həmin qərarın surəti tələb edilmiş və məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli 3-17-4/2-29951/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanma xx.xx.2022-ci il tarixli, **********5 nömrəli biidiriş məktubu göndərilərək xx.xx.2023-cü ii tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosiai ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2022-ci il tarixində ləğv olunaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
37. Həmin məktuba Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu əlavə edilmişdir ki, həmin məktubda qeyd edilir ki, qeyd edilən məsələnin araşdırılması ilə əlaqədar Agentlik tərəfindən siyahıda adları qeyd olunan vətəndaşların tibbi sənədlərinin təqdim olunması üçün “Respublika Eşitmə, Səs, Nitq Patologiyaları” Mərkəzinə sorğu verilmiş, siyahıda adları qeyd olunan şəxslərdən yalnız 138 nəfərə aid Agentliyə təqdim olunmuş məlumat və zəruri təsdiqedici tibbi sənədlər onlara rəsmiləşdirilmiş göndərişlərin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, qulaq xəstəlikləri ilə əlaqədar əlillik təyinatlarının aparıldığı 1268 nəfər şəxsə tibb müəssisələri təərfindən verilmiş göndərişlər əsassız hesab olunmuşdur.
38. Lakin həmin məktubda məhz iddiaçının adının olması, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişlərin əsassız sayılması barədə məlumat olmadığndan həmin məktubun iddiaçıya aidiyyatı müəyyən edilmir.
39. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş yanvar 2023-cü il tarixli qərarın qanuniliyi və əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış və təyinat zamanı ona qoyulmuş diaqnoz “Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevıit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfəli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə” olmuşdur.
40. Hansı ki, həmin diaqnoz iddiaçının sonuncu dəfə göndəriş əsasında qiymətləndirildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.5.20-ci bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
41. Belə ki, həmin Əsasnaməyə görə : Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur... Bənd 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).
42. İddiaçının əlillik təyinatı barədə qərarının yoxlanılması zamanı aparılmış icraat çərçivəsində əyani müayinə cəlb olunaraq, qiymətləndirildiyi dövrdə isə (xx.xx.2023-cü il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur.
43. Həmin Meyarlara görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
44. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1. Qulağın və məməyəbənzər H60çıxıntının xəstəlikləri H95 Qiymətləndirmə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz
45. Göründüyü kimi, iddiaçının əyani müayinəyə cəlb edildiyi dövrdə də onda mövcud olan xəstəlik (Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevrit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfəli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə) üzrə orqanizmin funksiyalarının pozulması faizi 50 faizdir ki, bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir, orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsizdir.
46. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testində “Sacı qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi:" müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” kimi müəyyənləşdirilmişdir. Cavabdeh orqan özünün yanvar 2023-cü il tarixli qərarında həmin rəylə yanaşı, həmçinin Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyinə də istinad edərək, həmin sənədlərdə də müvafiq olaraq iddiaçının diaqnozunun “İkitərəfli koxlear nevrit. Neyrosensor agıresitmə lll- İV-cü dərəcəli” kimi göstərilmişdir ki, bu da iddiaçının xəstəliyi üzrə diaqnozunun ixtisaslaşmış müəssisələr tərəfindən də eynilə müəyyən edildiyini göstərir.
47. Cavabdeh orqan isə xəstənin 5 metr məsafədən ünvanlanan nitqi eşitdiyini və anladığını, nitqi qüsurlu olsa da, qulağında cihaz olmadan da ünsiyyətə girdiyini əsas gətirərək “İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir ki, məhkəmə həmin qərarı yuxarıda qeyd edilənlərə əsasən qanuni və əsaslı hesab etmir.
48. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
49. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
50. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “Tam reabilitasiya olunması”na dair yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh orqanın faktiki xarakterli hərəkətləri qanunsuz hesab edilsin və onun üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva