Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-319/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Samux bələdiyyəsi) qarşı Samux şəhəri, 20 Yanvar küçəsində yerləşən 710 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux rayonu Kolayır bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 nömrəli qərarı əsasında Kolayır bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış və döngə nöqtələrinin koordinat arayışı tərtib edilmişdir.
3. Torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.2005-ci il tarixli təhkim aktına əsasən ayrılmış torpaq sahəsinin sərhədi, ölçüsü yerində müəyyən edilərək İddiaçı təhvil verilmişdir.
4. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına ******* manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 149 nömrə ilə qeydiyyata alınmışdır.
5. Samux bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 14 dekabr 2005-ci il tarixində 12 saylı protokoldan çıxarışla Kolayır kəndi ərazisindən Kolayır bələdiyyəsi tərəfindən 0,08 ha həyətyanı torpaq sahəsi satılmışdır. Çıxarış verilməsinə etiraz etmir.
6. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-xx/xx/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Samux rayonu Kolayır kənd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı iclas protokolunun qərarına əsaəsn Kolayır bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olan ərazidən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Adı adlı siyahıda 9-cu sırada qeydə alınmışdır.
7. X13 həmin torpaq sahəsinin onun adına qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3237/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının ərizəsinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli 12 nömrəli protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli 149 nömrəli “Torpaqların alqısatqısına dair” Aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmiş, həmçinin, yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin möhürü olmadığı və torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı həmçinin bəlli olmuşdur ki, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyənin ehtiyat fonduna aid ərazidə yerləşdiyi və faktiki torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan əraziyə (yola) düşür. Həmçinin, faktiki olaraq torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 10 KV-luq) elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daxil olmuş mülki iş materiallarına əlavə edilmiş, Samux rayonu Kolayır Bələdiyyəsinin 14 dekabr 2005-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsaslanılmışdır. Belə ki, həmin 0.08 ha (800.0 kv.m) torpaq sahəsi, Samux rayonu Kolayır kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Samux rayonu Kolayır Bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2005-ci il tarixli (kod-********) yerquruluşu sxeminə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AzCAD məlumatlarına istinadən, mülkiyyəti - bələdiyyə mülkiyyəti, kateqoriyası - ehtiyyat fond torpaqları, təyinatı - həyətyanı torpaq sahəsidir və həmin torpaq sahəsi üzərində tikili aşkarlanmadı. Qeyd edək ki, həmin 800.0 kv.m torpaq sahəsinin 121.0 kv.m hissəsi infrastruktur (yollar və küçələr) sahəyə, 679.0 kv.m hissəsi isə iddiaçının faktiki istifadəsinə düşdüyü müəyyən olundu. İddiaçı X5 naturada təqdim etdiyi torpaq sahəsi 710.0 kv.m təşkil edir. 2) Samux rayonu Kolayır Bələdiyyəsinin 14 dekabr 2005-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində (naturada) ölçülərək müəyyən edildi. 3) Həmin 0.08 ha torpaq sahəsi üzərində, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4) Samux rayonu Kolayır Bələdiyyəsinin 14 dekabr 2005-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin 0.08 ha torpaq sahəsinin elektron baza materiallarına istinadən, qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin arayışında göstərilmişdir ki, iş üzrə hazırlanmış mütəxəssis rəyi və mütəxəssis rəyinə əlavə edilmiş cizgi planda göstərilən kooridnatlara istinadən naturada təqdim olunan 710.0 kv.m torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən, infrastruktura (yola) düşməsi halı mövcud deyildir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 6565/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən inzibati iş üzrə xx.xx.2025-ci il tarixli 2-1(114)-1289/2024 nömrəli qərardadı üzrə hazırlanmış mütəxəssis rəyi və mütəxəssis rəyinə əlavə cizgi planında göstərilən koordinatlara istinadən naturada təqdim olunan 710.0 kv.m torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən infrastruktur (yol) torpağına düşməsi halı mövcud deyildir. II. Məhkəmədə icraat
11. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu Kolayır kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Kolayır kəndində yerləşən 0,08 ha torpaq sahəsi Samux rayonu Torpaq Xəritəçəkmə şöbəsində 28 dekabr 2005-ci il tarixdə 149 nömrə ilə qeydiyyata alınmış "torpaqların alqı-satqısına dair" aktla müvafiq ödəniş edildikdən sonra ona satılmışdır. Həmin akta görə o, Samux rayonu Kolayır Bələdiyyə orqanına torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmişdir. Ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Kolayır Bələdiyyə ərazisində 0,08 ha torpaq sahəsinin ona satılması barədə xx.xx.2005-ci il tarixli 12 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində tərəfindən Samux rayon Kapital Bankının ********** saylı hesabına əvvəlcədən müvafiq ödəniş edilmişdir. Sözügedən akt Samux rayon Kolayır bələdiyyə orqanının nümayəndəsinin sədri X2, Samux rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri X7 və onun iştirakı ilə xx.xx.2005-ci il tarixdə tərtib edilmiş, imzalar və möhürlə təsdiq edilmişdir. Həmçinin vurğulamaq istəyir ki, yuxarıda qeyd etdikləri Samux rayon Kolayır bələdiyyəsinin 12 №-li iclas protokolundan çıxarış, Samux rayon X1 Planından çıxarışında, Torpaq sahəsinin təhvil verilməsinə dair təhkim aktında, Samux rayon Bələdiyyəsinin arayışında, Samux rayon Dövlət Arxivinin arayışında, Samux rayonu Kolayır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona satılmış 0.08 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün döngə nöqtələrinin koordinatları ilə də öz əksini tapmışdır. Ona məxsus olan Samux rayonu Kolayır kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və müvafiq sənədləri təqdim etmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı vermişdir. Məktubda qeyd edilmişdir ki, müraciətinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 12 nömrəli protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli, 149 nömrəli "Torpaqların alqı-satqısına" dair Aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir. Həmçinin, yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ərizəsinə əlavə edilməmiş və qeyd edilən səbəbdən ərizənin təminindən imtina edilir. Cavabdeh orqanın imtinası qanunsuzdur. Hesab edir ki, Samux rayonu Kolayır kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və müvafiq çıxarış verilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun müddəalarına əsasən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar mövcuddur. Hesab edirəm ki, inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi ərizəsinin icrasından əsassız olaraq imtina etmişdir. O, qanunun bütün tələblərinə əməl etdiyi üçün inzibati orqan ərizəsini müsbət həll etməli idi.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Samux şəhəri, 20 Yanvar küçəsində yerləşən 710 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Samux rayonu Kolayır bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və xx.xx.2025-ci il tarixli qərardadla Samux rayonu Kolayır bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilməklə, eyni tarixli qərardadı ilə Samux bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
23. İddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır. Aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv məlumatlarında Samux rayon Kolayır bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 nömrəli protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli, 149 nömrəli "Torpaqların alqı-satqısına dair" Aktının öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin möhürü olmadığı və torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ərizənizə əlavə zorbaycan Respublikası edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdərəsinin xəritə materiallarına əsasən bələdiyyənin ehtiyat fonduna aid ərazidə yerləşdiyi və faktiki torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan əraziyə (yola) düşdüyü aşkar edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 10 KV-luq) elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Tərəflərindən aparılan araşdırma İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Samux rayonu, Kolayır kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin olduğu müəyyən edilmişdir. Müraciət üzrə aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsi X11 adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na riayət edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydasıdır. 662 "Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Res huquqı şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində q qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan espublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz nRes əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş esaslardan biri təqdim olunmalıdır. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3237/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21- 3- 33/2-4840/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Göygöl rayonunda yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəfindən təqdim etdiyi torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 13.5-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət etmək üçün müvəqqəti inşa edilən səyyar köşklər və digər tikililər şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olmalı, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. -Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Janunünun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik səbəkələrinin mühafizəsi Qaydaları"a (EQQ-1985 bənd 2.5.115) riayət edilməmişdir. Bu qaydalara əsasən 6 KV-luq elektrik xəttindən ara məsafəsi 10 metr və 110 KV-luq elektrik xəttindən isə 20 metr ara məsafəsi olmalıdır. Məlumat üçün bildirilir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanla təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
25. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçının nümayəndəsi X9 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh orqanın nümayəndəsi X4 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
28. Üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Samux rayonu Kolayır bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 nömrəli qərarı; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış və döngə nöqtələrinin koordinat arayışı; - Torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.2005-ci il tarixli təhkim aktı; - xx.xx.2005-ci il tarixli 149 nömrəli Torpaqların alqı-satqısına dair akt; - Samux bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışı; - Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-xx/xx/2023 nömrəli arxiv arayışı; - cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3237/2023 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 6565/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Samux rayonu Kolayır bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 nömrəli qərarı əsasında Kolayır bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış və döngə nöqtələrinin koordinat arayışı tərtib edilmişdir. Torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.2005-ci il tarixli təhkim aktına əsasən ayrılmış torpaq sahəsinin sərhədi, ölçüsü yerində müəyyən edilərək İddiaçı təhvil verilmişdir. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına ******* manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 149 nömrə ilə qeydiyyata alınmışdır.
32. X13 həmin torpaq sahəsinin onun adına qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3237/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının ərizəsinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli 12 nömrəli protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli 149 nömrəli “Torpaqların alqısatqısına dair” Aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmiş, həmçinin, yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin möhürü olmadığı və torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı həmçinin bəlli olmuşdur ki, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyənin ehtiyat fonduna aid ərazidə yerləşdiyi və faktiki torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan əraziyə (yola) düşür. Həmçinin, faktiki olaraq torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 10 KV-luq) elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
33. Məhkəmə cavabdehin orqanın xx.xx.2005-ci il tarixli 12 nömrəli protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli 149 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmaması, həmçinin, yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin möhürünün olmaması, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ərizəyə əlavə edilməməsi ilə bağlı dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayaraq, qeyd edir ki, həmin hallar təkbaşına özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.
34. Belə ki, Samux bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışında İddiaçı 14 dekabr 2005-ci il tarixində 12 saylı protokoldan çıxarışla Kolayır kəndi ərazisindən Kolayır bələdiyyəsi tərəfindən 0,08 ha həyətyanı torpaq sahəsinin satıldığı və bələdiyyənin çıxarış verilməsinə etiraz etmədiyi göstərilmiş, eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı arxivdə mühafizə olunmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi barədə heç bir məlumat yoxdur.
35. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
37. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
38. Məhkəmə torpaq sahəsinin bir hissəsinin yola düşməsi, həmçinin, torpaq sahəsinin üzərindən gərginliyi 10 kV-luq olan yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə bağlı qeyd edir ki, iddia məhkəmə iclası zamanı qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin həcmini azaldaraq, 710 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyatını xahiş etmiş və məhkəmə araşdırması ilə naturada təqdim olunan 710.0 kv.m torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən infrastruktur (yol) torpağına düşməsi halının mövcud olmadığı müəyyən edilmişdir.
39. Əldə edilmiş mütəxəssis rəyində İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunduğu qeyd edilsə də, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir, ona görə ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.
40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na görə: Bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
41. Göründüyü kimi, Qaydaların tələblərinə əsasə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
43. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Samux şəhəri, 20 Yanvar küçəsində yerləşən 710 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Samux şəhəri, 20 Yanvar küçəsində yerləşən 710 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva