Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3192/2023 21.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri X21 və X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdən Gəncə Gömrük İdarəsində müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala-təsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası, Çift Eğim X28-sökülmüş halda (Marka “LTM-500”-5MT-2 ədəd, Marka “LTM-600”-6MT-3 ədəd, Marka “LTM-400”-4MT-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.
2. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-600 Çift Eğim, X27 (sökülmüş halda)-2 ədəd, Model “LTM-500” Çift Eğim X27 (sökülmüş halda)-1 ədəd) , Çift Eğim X28sökülmüş halda (Marka “LTM-500”-5MT-2 ədəd, Marka “LTM-600”-6MT-3 ədəd, Marka “LTM-400”-4MT-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.
3. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-3.52M” X27 - Çift Eğim (sökülmüş halda)-1 ədəd, Model “LTM-4M” Çift Eğim X27 (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.
4. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-7M” X27 - Çift Eğim (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.
5. İddiaçı MMC-nin Alıcı "xxxx" ASC-yə verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala təsviyə adlı məhsulun dəyəri olan 29.250 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 29.250 manat ödənilməli olduğu göstərilmişdir.
6. İddiaçı MMC-nin X1 verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala təsviyə 3.5 m adlı məhsulun dəyəri olan 29.250 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 29.250 manat ödənilməli olduğu göstərilmişdir.
7. İddiaçı MMC-nin X2 verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala 6 m adlı məhsulun dəyəri olan 33.550 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 67.000 manat (2 ədəd) ödənilməli olduğu göstərilmişdir.
8. İddiaçı MMC-nin X3 verdiyi xx.xx.2022-ci il tarixli elektron qaimədə **********- Lazer mala (4 metrlik) adlı məhsulun dəyəri olan 26.000 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 26.000 manat ödənilməli olduğu göstərilmişdir.
9. İddiaçı MMC-nin Alıcı "xxxx" MMC-yə verdiyi xx.xx.2022-ci il tarixli elektron qaimədə **********-Lazer mala (7 metrlik) adlı məhsulun dəyəri olan 40.600 manatın ƏDVdən azad olduğu və Alıcı tərəfindən 40.600 manat ödənilməli olduğu göstərilmişdir.
10. Umut Agro” MMC-nin Alıcı "xxxx" MMC-yə verdiyi xx.xx.2023-cü il tarixli elektron qaimədə **********-3.5 metr Lazer mala adlı məhsulun dəyəri olan 27.000 manatın ƏDVdən azad olduğu və Alıcı tərəfindən 27.000 manat ödənilməli olduğu göstərilmişdir.
11. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X38 - 1 ədəd) ********* kodu altında bəyan edilmişdir.
12. FAVO AGRO MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən Türkiyədən yüklənərək göndərilən “LTM 6 MT X28 Çift Eğim (aksam və aksessuarları ilə birlikdə)” avadanlığın GTİP kodunun səhvən 8429.20.00.00.12 olaraq yazıldığı və doğru kodun 8432.80.00.00.19 olduğu bildirilmişdir.
13. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində X39 İÇ VE DİŞ TİC.PAZ.TED VE DAN.HİZ. LTD. ŞTİ tərəfindən Türkiyə Respublikasından ixrac olunan və İddiaçı MMC tərəfindən idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X38 - 1 ədəd) ********* kodu altında bəyan edilmişdir.
14. X16 İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı MMC-nin yükün XİFMN-ə görə təsnifat kodunun müəyyən edilməsi barədə müraciətinə əsasən ekspertiza keçirilmiş və İddiaçı MMC-nin ünvanına GİB**********001 saylı invoys üzrə idxal olunan yükün yığılmamış halda “Favo Fermer LTM 6MT” markalı, “Mf01300000” modelli lazerli torpaq üçün planlaşdırıcı üzrə (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi barədə nəticəyə gəlinmişdir.
15. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 1600-012/0xxxx/003109 nömrəli məktubda bildirilmişdir ki, Türkiyə Respublikasından İddiaçı MMC-nin ünvanına gətirilmiş LTM 6 Metr LAZER yükü **********9471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində **********0 XİFMN kodu ilə bəyan edilmişdir. Bununla yanaşı sözügedən yük ixrac edən ölkədə tərtib edilmiş bəyannamədə də ********** XİFMN kodu qeyd olunmuşdur. **********9471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan yükün XİFMN kodunun düzgün qeyd olunmadığını və kodun yenidən müəyyən olunması üçün X16 İdarəsində araşdırılması ilə bağlı müraciət etmiş və həmin İdarədə aparılmış araşdırma nəticəsində yuxarıda qeyd olunan yükün kodunun **********0 olduğu müəyyən edilmişdir. Yükün rəsmiləşdirilməsi zamanı ekspert rəyi əsas götürülmüşdür.
16. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən X5 idxal olunan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının əkin öncəsi əkinə hazırlanması üçün aqreqatlar – Model: 1) Tekyatağanlı 5 MT.X35 – 1 ədəd; 2) Tekyatağanlı 4 MT.X35 – 2 ədəd; 3) Tekyatağanlı 3 MT.Laser ********** kodu altında bəyan edilmişdir.
17. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli daşınar əmlakın qiymətləndirilmə aktından görünür ki, İddiaçı MMC-yə məxsus 1 ədəd Farmer markalı Mf01300000 model Lazer mala 6 m qoşqusunun qiymətləndirilməsi həyata keçirilmiş və bu zaman rəydə qiymətləndirilən əmlakın xüsusiyyətləri qrafasında həmin texnikanın növünün “traktora qoşulan”, təyinatının “torpaq sıyırıcı” olması qeyd edilmişdir. II. Məhkəmədə icraat
18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırda İdarədə saxlanılmaqda olan “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilmiş, kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala-təsviyə “Favo fermer” tipli texniki vasitələrin aksesuarları ilə birlikdə özəlləşdirilərək İddiaçı MMC-nin istifadəsinə verilməsinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Tələb onunla əsaslandırılmışdır ki, Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların gətirilməsi və dövlət kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün Türkiyə Cümhuriyyətindən alınan texnikalar xx.xx.2023-cü il tarixdən etibarən Cavabdehndə saxlanılmaqdadır. Həmin texnikalar Sərhəd Gömrük İdarəsinə daxil olduğu gündən gömrükdə rəsmiləşdirilməsi baş tutmamışdır. Səbəb kimi isə rəsmi sənədin Türkiyə Cümhuriyyəti tərəfindən texniki səhv olaraq qeyd edilmişdir. Lakin alıcı tərəf olaraq onlar tərəfindən hüquqi tədbirlər görülmüş və tələb olunan rəsmi sənədin düzgün formada Türkiyə Cümhuriyyətindən alınıb verilməsinə baxmayaraq, bu məsələ öz həllini tapmamışdır. Bundan sonra zəruri sənədlərlə birlikdə rəsmi qaydada Qərb Ərazi Gömrük Baş İdarəsinə müraciət etsələr də, rədd cavabı verilmiş və texnikaların rəsmiləşdirilməsi baş tutmamışdır. Halbuki, xx.xx.2023-cü il tarixdə “Favo Fermer” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən “LTM 6 mt X27 Çift Eğim (aksam və aksessuarları ilə birlikte) həmin şirkət tərəfindən texnikaların GTİP kodu səhvən 8429.20.00.00.12 olaraq yazılmışdır. Bu yanlışlığın aradan qaldırılması üçün yenidən müraciət etmişlər və düzgün kodu həmin şirkətdən almışlar. Düzgün kodun 8432.80.00.00.19 olaraq həmin şirkətdən arayış formada alınmasına baxmayaraq cavabdeh texnikaların rəsmiləşdirilməsini həyata keçirmir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
22. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
23. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
24. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər.
29. İddiaçının nümayəndəsi X10 şifahi məhkəmə baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi ilə əvəz olunmasını və xx.xx.2023-cü il tarixdən Gəncə Gömrük İdarəsində müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala-təsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
30. İddiaçının nümayəndəsi X10 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, göstərmişdir ki, onun idxal etdiyi lazer mala - kənd təsərrüfatında əkindən öncə torpağın düzləşdirilməsi üçün istifadə olunan hamarlayıcı vasitədir. İxracatçı şirkət həmin texnikanın XİFMN kodunu səhv olaraq 8429.20.00.00.12 kimi yazdığına görə gömrük orqanı da rəsmiləşdirməni həmin kodla həyata keçirmək istəmiş, lakin onlar buna etiraz etmişlər. Belə ki, həmin texnikanın doğru XİFMN kodu 8432.80.00.00.19-dur. İndiyə kimi dəfələrlə həmin texnikanı Türkiyə Respublikasından idxal etmiş və həmişə 8432.80.00.00.00 kodu altında bəyan olunmuşdur. XİFMN kodunun səhv yazılması ilə əlaqədar İxracatçı şirkət olan FAVO AGRO MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ-yə müraciət olunmuş və həmin şirkət tərəfindən verilmiş məktunda texnikanın XİFMN kodunun səhvən 8429.20.00.00.12 kimi yazıldığı və doğru kodun 8432.80.00.00.19 olduğu bildirilmişdir. Həmin məktubun cavabdeh orqana təqdim olunmasına baxmayaraq, rəsmiləşdirməni həyata keçirən əməkdaş əsassız olaraq məktubu nəzərə almamış və kodun müəyyən edilməsi üçün X16 İdarəsinə müraciət etmişdir. Həmin İdarənin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyində isə İddiaçı MMC-nin ünvanına GİB**********001 saylı invoys üzrə idxal olunan yükün yığılmamış halda “Favo Fermer LTM 6MT” markalı, “Mf01300000” modelli lazerli torpaq üçün planlaşdırıcı üzrə (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Lakin onlar həmin rəyi əsaslı saymır və onunla razılaşmır. Belə ki, ********** kodu altında olan texnikalar özügedən texnikalardır, məsələn, qeyderlər və buldozerlər, ekskavatorlar və s., hansı ki, həmin texnikalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 430 nömrəli xx.xx.2023-cü il tarixli "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında Qərarında göstərilmiş siyahıda adları yoxdur. Onun idxal etdiyi lazer mala isə qoşqu kimi, yəni traktora qoşulmaqla istifadə edilməklə, özü hərəkət edən texnika deyil və adıçəkilən siyahıda ƏDVdən azad texnika kimi qeyd olunur. Bu faktı təqdim etdiyi fotoşəkillərdən, eyni zamanda Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin İxracatçı şirkətə verdiyi sənədlərdən (deney raporu və kredi uyğunluk belgesi) müəyyən etmək mümkündür. Eyni zamanda, onların əvvəlki illərdə ölkəyə idxal etdikləri lazer malanı satdıqları Alıcı şəxslərə verilmiş elektron qaimədə də həmin texnikaların ƏDV-dən azad olduğu göstərilmişdir. Onlar gömrük orqanın sözügedən texnikanın ********** nömrəli XİFMN kodu ilə rəsmiləşdirilməsi ilə razılaşmadıqlarından həmin texnikanı saxlanca yerləşdirərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə gedişatı zamanı X29 başqa MMC-nin X5 idxal etdiyi eyni növlü texnikanın məhz ********** kodu altında gömrük rəsmiləşdirməsini həyata keçirdiyi onlara məlum olmuşdur. Bu əsaslara görə cavabdeh orqanın hərəkətlərini qərəzli və qanunsuz hesab etdiyini bildirmiş və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Sonradan izahatına əlavə etmişdir ki, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinə uyğun olaraq Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı tərtib edilmiş və onun idxal etdiyi mala həmin siyahıya salınmışdır. Bu o deməkdir ki, həmin siyahıda olan kəd təsərrüfatı texnikalarının dəyərinin 40% dövlət hesabına ödənilir. Həmin texnikaların həm əlavə dəyər vergisindən azad edilməsi, həm də dəyərinin 40% dövlət hesabına ödənilməsi ölkə Prezidentinin Fərmanı ilə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin bir növüdür. Güzəşt tətbiq edilən texnikadan əlavə dəyər vergisinin tutulması isə bu Fərmana da ziddir.
32. Cavabdehin nümayəndəsi X21 şifahi məhkəmə baxış iclasında iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirərək, iddianın rədd olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
33. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasının "X39 İç ve Dış Tic. Paz. Ted. ve Dan. Hiz. LTD. ŞTİ" (ixracatçı) tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilmiş "LTM 6MT X28 Çift Eğim (Aksam ve Aksesuarlarıyla Birlikte)" adlı yükünə dair gömrük bəyannaməsi tərtib edilərkən X12 mal nomenklaturasının (XİFMN) ********** nömrəli kodu ilə bəyan olunmuşdur. Həmin XİFMN üzrə kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 430 nömrəli xx.xx.2023-cü il tarixli "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında Qərarında göstərilmiş siyahıda olmadığından malların əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulmur. Bu səbəblə "xxxx" MMC ixracatçı tərəfindən aldığı məktubu əvvəlki Cavabdehnə təqdim edərək yükün XİFMN kodunun texniki səhv nəticəsində ********** nömrəli kodun qeyd olunduğunu bildirmiş və yükün əsl XİFMN kodunun ********** nömrəli kod olaraq dəyişdirilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi aşağıda qeyd edilənləri rəhbər tutaraq hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanları gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 110.1-ci maddəsinə əsasən gömrük və orqanları gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələr götürmək onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. Eyni zamanda həmin Məcəllənin 157.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Əlavə olaraq Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən gömrük orqanlarına təqdim edilən malların təsnifatı aparılır, yəni malların X12 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur və bəyan edilən malların X12 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. (GM 321.3). Malların təsnifatını apararkən, gömrük orqanları X12 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük Məcəlləsinin 321.5-ci maddəsinin tələbinə əsasən gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Beləliklə, bütün qeyd olunanlardan göründüyü kimi, qanunvericiliyin tələbləri gömrük orqanının məsul əməkdaşları tərəfindən düzgün həyata keçirilmiş, iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş "LTM 6MT X28 Çift Eğim (Aksam ve Aksesuarlarıyla Birlikte)" yükünün təyinatının və X12 mal nomenklaturasında kodunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinə sorğu verilmiş, sonuncu tərəfindən qeyd edilən malların ekspertizası aparılmış və nəticədə müvafiq olaraq aşağıdakılar müəyyən edilmişdir: "xxxx" MMC-nin ünvanına GİB**********001 nömrəli, xx.xx.2023-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan yük "Favo Farmer LTM 6MT" markalı lazerli torpaq üçün planlaşdırıcı (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. "xxxx" MMC-nin müraciətinə əsasən yuxarıda qeyd olunan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Daha sonra sözügedən yükə dair X11 İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticəsində müəyyən edilmiş XİFMN ********** nömrəli kodun təkrar araşdırılması üçün "xxxx" MMC X11 İdarəsinə müraciət etmiş və yükə fiziki baxış keçirilərək XİFMN kodunun müəyyən edilməsi məqsədi ilə ekspertin təyin olunmasını xahiş etmişdir. X11 İdarəsinin eksperti Cəmiyyətin fəaliyyət sahəsində yerləşən anbarda sözügedən yükə baxış keçirmişdir. Təkrar araşdırmanın nəticəsində yükün XİFMN üzrə kodunun daha əvvəl tərtib edilmiş ekspert rəyində də qeyd olunduğu kimi yükün XiFMN üzrə kodunun ********** nömrəli kod olduğunu bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
34. Cavabdehin nümayəndəsi X21 həmçinin "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli daşınar əmlakın qiymətləndirilmə aktına etiraz edərək, həmin aktla mübahisəli texnikanın bazar və likvid dəyərinin müəyyən edildiyini və həmin aktla texnikanın təsnifat kodunun müəyyən edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir.
35. Cavabdehin digər nümayəndəsi X26 da baqa əlavəsinin olmadığını və iddianın rədd olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
36. O, sədrlik edənin iddiaçı MMC-nin əvvəllər eyni adlı və eyni növlü texnikanı idxal edərkən onların ********** kodu altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından hazırda mübahisə olunan texnikalarla eyni texnikalar (kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası-Çift Eğim X28-sökülmüş halda) idxal edilmişdir. Sadəcə əvvəllər kənd təsərrüfatı texnikalarının əlavə dəyər vergisindən azad olunub-olunmaması barədə məsələ olmadığından onlar İxracatçı şirkətin bəyan etdiyi kodla gömrük rəsmiləşdirilməsini həyata keçirmişlər. Hazırda isə bu barədə Qərar olduğundan onlar idxal edilən kənd təsərrüfatı texnikalarının məhz hansı koda uyğunluğunun, yəni ƏDV-dən azad olubolmamasının müəyyən edilməsi məqsədilə İxracatçı şirkətin hansı kod altında bəyan etməsindən asılı olmayaraq gömrük orqanı kimi təqdim edilən malların təsnifatını aparırlar. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
37. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri; - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli elektron qaimələr; - X11 Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi; - FAVO AGRO MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktub; - Cavabdeh xx.xx.2023-cü il tarixli 1600-012/0xx-xx/003109 saylı məktubu; - "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli daşınar əmlakın qiymətləndirilmə aktı; - Texnikaların təsvir olunduğu fotoşəkillər. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
38. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
39. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X38 - 1 ədəd) idxal olunmuşdur. İxrataçı şirkət olan FAVO AGRO MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən həmin texnikanın kodu səhvən 8429.20.00.00.12 olaraq yazıldığı üçün cavabdeh gömrük orqanı onu həmin kod altında təsnif edərək, gömrük rəsmiləşdirməsini həyata keçirən zaman iddiaçı MMC buna etiraz edərək, İxratçı şirkətdən məktub alaraq gömrük orqanına təqdim etmişdir. Həmin məktubda xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən Türkiyədən yüklənərək göndərilən “LTM 6 MT X28 Çift Eğim (aksam və aksessuarları ilə birlikdə)” avadanlığın GTİP kodunun səhvən 8429.20.00.00.12 olaraq yazıldığı və doğru kodun 8432.80.00.00.19 olduğu bildirilmişdir. Lakin gömrük orqanı həmin məktubu qəbul etməyərək, bəyannamədə texnikanı 8429.20.00.00.12 kodu ilə təsnifləşdirdiyi üçün iddiaçı MMC ekspertiza aparılması üçün müraciət etmiş və X16 İdarəsi tərəfindən yükün XİFMN kodunun müəyyən edilməsi üçün ekspertiza keçirilərək, xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə İddiaçı MMC-nin ünvanına GİB**********001 saylı invoys üzrə idxal olunan yükün yığılmamış halda “Favo Fermer LTM 6MT” markalı, “Mf01300000” modelli lazerli torpaq üçün planlaşdırıcı üzrə (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. İddiaçı həmin rəylə də razılaşmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
40. Məhkəmə cavabdeh orqanın kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X38 - 1 ədəd) 8432.80.00.00.19 XİFMN kodu altında rəsmiləşdirməkdən imtinasını əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir.
41. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 319.1. X12 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.2. X12 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X12 mal nomenklaturasının ayrılmaz hissəsidir. Maddə 319.3. X12 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X12 mal nomenklaturası X8 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X17 Edilmiş Sisteminə və X9 X12 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 319.5. X12 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X12 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Maddə 321.3. Bəyan edilən malların X12 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X12 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.
42. Sadalanan normalardan göründüyü kimi, bəyan edilən malların X12 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədiyi halda, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.
43. Lakin hazırkı işdə iddiaçı MMC tərəfindən bəyan edilən texnikanın XİFMN kodu əvvəlcə 8429.20.00.00.12 kodu altında düzgün göstərilməsə də, sonradan İxrataçı şirkətdən yanlışlıqla bağlı məktub alaraq düzgün kodun əslində 8432.80.00.00.19 olduğu bildirilmiş, cavabdeh gömrük orqanı isə onu qəbul etməyərək, 8429.20.00.00.12 kodu ilə gömrük rəsmiləşdirilməsini həyata keçirmək istəmişdir.
44. Halbuki, Gömrük Məcəlləsinin tələblərinə əsasən, malların təsnifatını apararkən, gömrük orqanları X12 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.
45. Cavabdeh orqanı bu zaman X16 İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyini əsas götürsə də, məhkəmə həmin rəyə tənqidi yanaşır.
46. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş daşınar əmlakın qiymətləndirmə rəyi və fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının idxal etdiyi texniki özügedən texnika deyil və traktora qoşqu kimi qoşulmaqla istifadə edilir. 8429 11 009 0 kodu altında isə “özügedən digər maşınlar” nəzərdə tutulur.
47. Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən verilmiş (T.C. Tarım ve X31 X18 Tatım ve X25 Müdürlüğü-deney raporu) xx.xx.20023-cü il tarixli sənəddə də göstərilir ki: “X30 X36. Ve Tic. A.Ş. tarafından imal edilən (farmersoil Marka, LTM-500 Model, 5 m iş genişliği, çekilir tip) lazer kontröllü tesviye makinesi, çeki oku yardımıyla traktörle çekilen, hidrolik kontrol edilen lazerli algılayıcılar yardımıyla kazı ve dolgu yapabilen bir tesviye makinasıdır”.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X12 Mal Nomenklaturası, X19 Dərəcələri və X20 Dərəcələri, X12 X14 Şərhetmə Qaydalarına görə:
8429 Dönməz və dönər kavahınla buldozerlər, qreyderlər, planlaşdırıcılar, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən: – dönməz və dönər kavahınla buldozerlər: 8429 11 00 – – tırtıllı: 8429 11 009 0 – – – digərləri əd 0 8432 Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün vallar: 8432 80 000 0 – digər maşınlar əd 0
49. Cavabdehin nümayəndəsi X21 həmçinin "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli daşınar əmlakın qiymətləndirilmə aktına etiraz edərək, həmin aktla mübahisəli texnikanın bazar və likvid dəyərinin müəyyən edildiyini və həmin aktla texnikanın təsnifat kodunun müəyyən edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir.
50. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qiymətləndirilmə aktı ilə İddiaçı MMC-yə məxsus 1 ədəd Farmer markalı Mf01300000 model Lazer mala 6 m qoşqusunun qiymətləndirilməsi həyata keçirilsə də, həmin sənədin mümkünlüyü və qəbuledilənliyi nə mübahisə olunan malın dəyəri, nə də təsnifat kodunun müəyyən edilməsi ilə bağlı deyil. Həmin rəydə qiymətləndirilən əmlakın xüsusiyyətləri qrafasında həmin texnikanın növünün “traktora qoşulan”, təyinatının “torpaq sıyırıcı” olması qeyd edilmişdir ki, bu hal da həmin texnikanın X12 Mal Nomenklaturasının 8429-lə başlayan sinfin 8429 11 009 0 altsinfində təsnifləşdirilməsini istisna edir.
51. Məhkəmə həmin qənaətə gələrkən onu da nəzərə alır ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından hazırda mübahisə olunan eyni növlü texnikalar (kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası-Çift Eğim X28-sökülmüş halda) idxal edilmiş və gömrük həmin texnikalar ********** kodu altında bəyan ediləərk, gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir.
52. Cavabdeh orqanın nümayəndəsi X26 da həmin halı təkzib etməmiş, əksinə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından hazırda mübahisə olunan texnikalarla eyni texnikaların (kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası-Çift Eğim X28-sökülmüş halda) idxal edildiyini, sadəcə əvvəllər kənd təsərrüfatı texnikalarının əlavə dəyər vergisindən azad olunub-olunmaması barədə məsələ olmadığından onların İxracatçı şirkətin bəyan etdiyi kodla gömrük rəsmiləşdirilməsini həyata keçirdiklərini, hazırda isə bu barədə Qərar olduğundan onların idxal edilən kənd təsərrüfatı texnikalarının məhz hansı koda uyğunluğunun, yəni ƏDV-dən azad olub-olmamasının müəyyən edilməsi məqsədilə İxracatçı şirkətin hansı kod altında bəyan etməsindən asılı olmayaraq gömrük orqanı kimi təqdim edilən malların təsnifatını apardıqlarını bildirmişdir.
53. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı MMC-nin Alıcılara verdiyi xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli elektron qaimələrdə Lazer mala təsviyə adlı məhsulların dəyərinin ƏDV-dən azad olmuşdur.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilmiş və həmin Qərarla “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ləğv edilmişdir.
55. Yəni, iddiaçı MMC-nin əvvəllər eyni növlü texnikanı idxal etdiyi zaman da əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının siyahısı mövcud olmuş və iddiaçı idxal etdiyi həmin texnikaları alıcılara ƏDV-dən azad şəkildə satmışdır.
56. Adıçəkilən Siyahıya görə:
XİF MN üzrə Malların təsviri kod 1 2 torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün ********** vallar: digər maşınlar (qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)
57. Eyni zamanda, Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “ 26” aprel tarixli “Q-08- 19” nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 2.4-cü bəndində mala nəzərdə tutulmuşdur.
58. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən X5 idxal olunan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının əkin öncəsi əkinə hazırlanması üçün aqreqatlar – Model: 1) Tekyatağanlı 5 MT.X35 – 1 ədəd; 2) Tekyatağanlı 4 MT.X35 – 2 ədəd; 3) Tekyatağanlı 3 MT.Laser ********** kodu altında bəyan edilmişdir.
59. Cavabdeh orqan iddiaya etirazında qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququnun olduğunu və Gömrük Məcəlləsinin 321.5-ci maddəsinin tələbinə əsasən gömrük orqanlarının malların təsnifatı haqqında qərarlarının məcburi xarakter daşıdığını göstərmişdir.
60. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: Maddə 50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Maddə 50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir. Maddə 50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir.
61. Göründüyü kimi, şəxsin konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı və ya elektron müraciəti əsasında məcburi olan qərarlar qəbul edildiyi və onların icrasının gömrük orqanları üçün məcburi olduğu qanunvericilikdə təsbit olunmuşdur.
62. Lakin hazırkı iş üzrə gömrük orqanın malların təsnifatı haqqında məcburi xarakter daşıyan qərarının mövcud olması müəyyən edilmir.
63. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olsa da, o, bu hüququ qanunvericilikdə müəyyən olunmuş hüdud daxilində və qanunda nəzərdə tutulmuş formada həyata keçirməli, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsindən çəkinməli, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir.
64. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
65. Yuxarıda qeyd edilən faktiki hallara və həmin hallara tətbiq ediləcək normalara istinadla məhkəmə cavabdehin orqanın iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.
66. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən Gəncə Gömrük İdarəsində müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer malatəsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva