Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-32/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (sədri) X6 və vəkili X9, üçüncü şəxs “xxxx” MMC-nin direktoru X3, üçüncü şəxs X7 vəkili X10 iştirakı ilə İddiaçı Şəmkir rayonu xxxx bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17rşı (üçüncü şəxslər X16, X20, “xxxx” MMC, X21 və X13) şəhadətnamənin və çıxarışın etibarsız sayılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şəmkir rayonu xxxx bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X7 adına verilmiş xx xxxxxx 2004-cü il tarixli JN-5279 nömrəli (KOD 50400098) “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Şəmkir rayonu xxxx bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli qərarı ilə X11 bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə icarəyə verilmişdir. xx xxxx 2004-cü il tarixdə bələdiyyə ilə X16 arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarı ilə həmin icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X11 xx.xx.2004-cü il tarixdə JN -5279 (KOD 50400098) nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Şəhadətnamə aşağıdakılara əsasən etibarsız sayılmalıdır. Belə ki, şəhadətnamənin verilməsi üçün əsas olmuş bələdiyyə qərarı və icarə müqaviləsi bələdiyyənin qərarı ilə ləğv edilmişdir, şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmişdir, şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan ayrlması göstərilsə də, şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafiq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürrəhimovun imzası saxtalaşdırılmış, onun yerinə başqası saxta yolla imza etmişdir. Qeyd olunanlar barədə yalnız xx xxxxx 2019-cu il tarixdə Dövlət Arxivinin Şəmkir filialından verilən sənədlərdən məlumat alınmışdır. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Xəlilov Etibar 2004-cü ildə ərizə ilə müraciət edən zaman ərizədə torpağın yerini göstərmişdir və həmin torpaq sahəsi kəndin başqa yerində yerləşir. Məhz buna görə də, sonradan DT və XK-nin əməkdaşları ilə X16 birgə saxtakarlıq etmiş, həmin ərizəni aradan çıxarmışlar. Sonra da başqa yerə bələdiyyənin perspektiv inkişaf fondunda olan torpaq sahəsinə dair şəhadətnamə işlənilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X20, xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC və X21, xx.xx.2019-cu il tarixli qərardadı ilə isə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Şəmkir rayonu xxxx bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17rşı X7 adına verilmiş xx xxxxxx 2004-cü il tarixli JN-5279 nömrəli (KOD 50400098) “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin və “xxxx” Firması adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi X14 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, alqı-satqı ilə satılan 1 ha torpaq sahəsi 13 ha torpaq sahəsinin tərkib hissəsindədir. İddiaçının vəkili X18 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki,X1 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin bir hektarını özünün təsis etdiyi “xxxx” Firmasının adına rəsmiləşdirmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışdan görünür ki, Şəmkir rayonu, xxxx kəndində yerləşən ehtiyyat fondu torpaqlarından 1,0 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində “xxxx” Firmasının adına qeydiyyata alınmışdır. Həmin sahə xx xxxx 2004-cü il tarixli 12 sayl protokola əsasən xxxx Bələdiyyəsi artıq X11 50 il müddətinə icarəyə verilmişdir. Bundan başqa X11 bu gün mübahisə predmeti olan xx.xx.2004-cü il tarixdə verilmiş JN- 5279 (KOD 50400098) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə almışdır. Sonradan sənədlər saxtalaşdıraraq həmi 13 ha yerin bir hektarına dair xx xxxxxx 2004-cü il tarixli 26 saylı protokol tərtib etdirərək xx xxxxxx 2004-cü il tarixli 568 saylı qeydiyyata alınmış torpağın alqı-satqısna dair akt tərtib etdirmişdir. İcarəyə verilmiş 13 ha torpaq sahəsi ilə guya alqı-satqı yolu ilə əldə edilmiş bir ha torpaq sahəsi eyni kontur xətlər altında yerləşir. Yəni “xxxx” Firmasının verilmiş həmin alqı-satqı yolu ilə əldə edilmiş bir ha torpaq sahəsi artıq X11 50 il müddətinə icarəyə verilmişdir. Üçüncü şəxs “xxxx” MMC-nin direktoru X5 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən şəhadətnamə ilə X11 ayrılmış ərazi 2015-ci ildə İddiaçı qərarı ilə “xxxx” MMC-yə icarəyə verilmiş, hazırda da cəmiyyətin istifadəsində və nəzarətindədir. “xxxx” MMC ilə ərazidə fəaliyyət göstərən fiziki şəxslər arasında icarə müqavilələri mövcuddur. Həmin torpaqla hər hansı mübahisə birbaşa xxxx” MMC-nin mənafeyi ilə bağlıdır. Üçüncü şəxs X7 vəkili X19 məhkəmə iclaslarında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən X7 adına verilmiş xx xxxxxx 2004-cü il tarixli JN-5279 nömrəli (KOD 50400098) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə tam qanuni əsaslarla verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X23 və digər üçüncü şəxslərə (X20, X21 və X13) məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayonu xxxx bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli 12 nömrəli qərarının surətindən görünür ki, bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün X11 icarəyə verilmişdir. -xx xxxx 2004-cü il tarixli 01 nömrəli Torpaq icarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu xxxx bələdiyyəsi ilə X16 arasında bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. - JN-5279 nömrəli (KOD 50400098) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu xxxx bələdiyyəsinin xx xxxx 2004cü il tarixli 12 nömrəli qərarı ilə 13 hektar torpaq sahəsi X11 50 il müddətinə müvəqqəti istifadə üçün verilmişdir. -MA seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu xxxx kəndi ərazisindən 1,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “xxxx” firmasının adına qeydiyyata alınmışdır -xx xxxx 2019-cu il tarixli 018 nömrəli Torpaq icarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu xxxx MMC ilə X21 arasında bələdiyyənin ehtiyat fonduna daxil olan 0,4 hektar torpaq sahəsinin 11 ay müddətinə icarə verilməsi barədə müqavilə bağlanmışdır. -Şəmkir rayonu xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarının surətindən görünür ki, X16 ilə bağlanmış xx xxxx 2004-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X12 Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayıla bilər. Göründüyü kimi qanunvericiliklə etibarsız inzibati aktların konkret dairəsi müəyyən edilmişdir və hazırki iddia üzrə X7 adına verilmiş xx xxxxxx 2004-cü il tarixli JN-5279 nömrəli (KOD 50400098) “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin və “xxxx” Firması adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılması üçün qeyd olunan əsaslardan heç biri tətbiq oluna bilməz. Belə olan halda iddiaçının qeyd olunan şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçıya izah edilməsini zəruri hesab edir ki, hazırda mübahisələndirilən sənədlərin verilməsinə əsas olmuş sənədlər qüvvəsini itirdiyi təqdirdə iddiaçı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə müvafiq orqana müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 36, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Şəmkir rayonu xxxx bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17rşı şəhadətnamənin və çıxarışın etibarsız sayılması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncəİnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-32/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-32/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver