Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-32/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Samux rayon Sərkar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə ona satılmış 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək qeydə almaqdan imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki:- -Samux rayon Sərkar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə, İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin 0.0673 ha hissəsi, xx.xx.2022-ci il tarixli çıxarışla X4 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsi ilə üst-üstə düşür. -Samux rayon Sərkar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsi ilə JN-297A saylı Şəhadətnamə əsasında X7 verilmiş torpaq sahəsi üst-üstə düşmür. -xx.xx.2014-cü il tarixli çıxarışla X5 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları JN-297A saylı Şəhadətnamə üzrə koordinatlarla üst-üstə düşmür. -xx.xx.2014-ci il tarixli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2014-cü il tarixli çıxarışla X5 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. -xx.xx.2014-cü il tarixli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları xx.xx.2014-ci il tarixli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. -xx.xx.2022-ci il tarixli çıxarışla X4 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2014-cü il tarixli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. -Rəy hazırlanarkən, daxil olmuş iş materiallarında və arxiv sənədlərində mövcud olan hüquqi və texniki səndələrə, ayrılmış torpaq sahəsinə dair Samux rayonu Sərkar bələdiyyəsi və Samux rayon torpaq şöbəsinin müdiri tərəfindən imzalanmış (koordinatlar qeyd olunmayan) plana və Samux rayonu Sərkar kənd ərazisində aparılmış torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Göründüyü kimi X6 adına verilmiş JN-297A saylı Şəhadətnamə əsasında onun adına çıxarış işlənərkən koordinatlar şəhadətnamədə qeyd olunan koordinatlara uyğun işlənməmişdir. Həmçinin mütəxəssis rəyində 2-ci suala cavabdan görünür ki, iddiaçıya satılmış sahə üzrə koordinatlar JN-297A saylı Şəhadətnamə ilə üst-üstə düşmür. Buradan belə nəticə çıxır ki, iddiaçıya verilmiş sahənin koordinatları ilkin sənəd olan X6 adına verilmiş JN-297A saylı Şəhadətnamə ilə üst-üstə düşmür, lakin sonradan Xəlil Səfərova çıxarış verilərkən koordinatlar düzgün vurulmadığına görə iddiaçıya verilmiş sahəyə işlənmiş və bundan sonra da həmin sahə X.Səfərovun adına verilmiş çıxarışdakı koordinatlarla satılmışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçının qeydə alınmasını tələb etdiyi sahə üzrə yüklülük (üst-üstə düşmə halı) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Həmçinin iddiaçıya izah olunur ki, Xəlil Səfərovun adına və ondan sonra verilmiş çıxarışlar üzrə qeydlər ləğv edilməli və yaxud həmin çıxarışlar üzrə koordinatların ilkin sənəd olan JN-297A saylı Şəhadətnamə üzrə koordinatlara uyğunlaşdırılmalıdır. Bu məsələlər həllinini tapdığı təqdirdə qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-32/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-32/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver