Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3215/2024 11.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “ölüm haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, atası X13 ilə anası X4 məxsus nikah haqqında şəhadətnamədə, ona məxsus doğum haqqında şəhadətnamədə, qardaşları Mədəd və Mətləbə məxsus doğum haqqında şəhadətnamələrdə anası Nərgizin atasının adı “Ənzəli” göstərilməsinə baxmayaraq, anası Nərgiz tərəfindən ona verilmiş vəsiyyətnamədə və anası Nərgizə verilmiş ölüm haqqında şəhadətnamədə anasının atasının adı “Ənzəlik”, iddiaçının pasport qeydiyyatında olduğu evə dair verilmiş qeydiyyat vəsiqəsində isə atasının adı “Ənzəli” kimi qeyd edilmişdir. Məhz bu səbəblərdən iddiaçı mərhum anasından miras qalmış əmlaka dair vərəslik şəhadətnaməsi ala bilmir. Həmçinin iddiaçı qeyd edir ki, mərhum anasının ata adının dəyişib-dəyişdirməməsi barədə Qeydiyyat Şöbəsində məlumat yoxdur. Bundan başqa o nəzərə çatdırır ki, Ermənistan Respublikasının aidiyyəti qrumunun müvafiq işçiləri tərəfindən azərbaycanlılara verilmiş sənədlərdə qəsdən onların adı və soyadları təhrif olunmuş qaydada qeyd edilmişdir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3215/2024 nömrəli qərardadı ilə iddia tələbi “mərhum anası X3 ölüm haqqında akt qeydində düzəliş edilərək soyadının “Mehtiyeva” və ata adının “Əzizəli” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazının olmadığını bildirdi. İşin halları Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, təqdim olunan sənədlər arasında uyğunsuzluq olduğuna görə düzəliş aparılması mümkün olmamışdır. Belə ki, ata adının həqiqətən “Ənzəlik” və ya “Əzizəli” olmasını təsdiq edəcək doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən əsl adın müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, təqdim olunan sənədlər arasında uyğunsuzluq olduğuna görə düzəliş aparılması mümkün olmamışdır. Belə ki, soyadın həqiqətən “Mehdiyeva” və ya “Mehtiyeva” olmasını təsdiq edəcək doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən əsl adın müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. xx.xx.1961-ci il tarixli, İ-ЗЖ 082952 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X13 ilə X5 arasında nikah bağlanılmışdır. X12 məxsus xx.xx.1961-ci il tarixli, İ-ЗЖ 372127 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, ata qrafasında “X14”, ana qrafasında “X6” göstərilmişdir. X7 məxsus xx.xx.1962-ci il tarixli, İ-ЗЖ 532689 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, ata qrafasında “X13”, ana qrafasında “X8” göstərilmişdir. İddiaçı Binət oğluna məxsus xx.xx.1967-ci il tarixli, İ-ЗЖ ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, ata qrafasında “X13”, ana qrafasında “X8” göstərilmişdir. 1960-cı il yanvar tarixli kolxozçunun əmək kitabçasının sahibi kimi “X8” göstərilmişdir. 9130 8 0910 №-li xx.xx.2014 tarixli ölüm haqqında aktın qeydinə əsasən, X9 Azərbaycan Respublikası, Gəncə şəhərində “Kəskin Ü.İ.X” səbəbindən ölmüşdür. xx.xx.2014-cü il tarixli, AZ-İ 722998 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir. vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı mərhum anasının ölüm haqqında akt qeydində yazılmış “Mehdiyeva” soyadının “Mehtiyeva”ya, “Ənzəlik” ata adının isə “Əzizəli”yə dəyişdirilməsini xahiş edir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, ata və anasının nikahları haqqında şəhadətnamədə, özünün və qardaşlarının doğum haqqında şəhadətnamələrində, həmçinin digər bəzi sənədlərdə mərhum anası Nərgizin soyadı “Mehtiyeva”, ata adı “Əzizəli” kimi göstərilmişdir. Lakin anasının ölüm haqqında akt qeydində soyadının “Mehdiyeva”, ata adının “Ənzəlik” kimi qeyd edilməsi hal-hazırda anasının vərəsəsi hesab olunması ilə bağlı maneələr yaradır. İş materialları ilə həqiqətən müəyyən edilir ki, iddiaçının mərhum anası Nərgizin soyadı və atasının adı nikah haqqında şəhadətnamədə, iddiaçı və onun qardaşlarına məxsus doğum haqqında şəhadətnamələrdə, həmçinin kolxozçunun əmək kitabçasında soyadı “Mehtiyeva”, ata adı isə “Əzizəli” kimi qeyd olunmasına baxmayaraq, mərhum Nərgizin ölüm haqqında akt qeydində və ölüm haqqında şəhadətnamədə soyadı “Mehdiyeva”, ata adı “Ənzəlik” kimi göstərilmişdir. Məhkəmə iddiaçının mərhum anasının soyadı ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının atası X13 ilə anası X5 arasında nikah bağlanılmış, nikahdan sonra qadına “Mehtiyeva” soyadı verilmişdir. Daha sonra iddiaçı və onun qardaşı Mətləbə doğum haqqında şəhadətnamə verilərkən analarının soyadı “Mehtiyeva” kimi göstərilmişdir. Digər tərəfdən mərhum Nərgizə məxsus olan kolxozçunun əmək kitabçasında soyadı “Mehtiyeva” qeyd olunmuşdur. Mərhum Nərgizin ata adına gəldikdə isə qeyd olunmalıdır ki, iş materiallarında olan X13 ilə X5 arasında nikah bağlanılması haqqında şəhadətnamədə, iddiaçı və onun qardaşlarına məxsus olan doğum haqqında şəhadətnamələrdə, kolxozçunun əmək kitabçasında atasının adı “Əzizəli” qeyd olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Azərbaycan adları siyahısında “Əzizəli” adının olmasına baxmayaraq, “Ənzəlik” adı mövcud deyil. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, XX.XX.1934-cü il təvəllüdlü mərhum X3 ölüm haqqında akt qeydində düzəliş edilərək onun soyadının “Mehdiyeva”dan “Mehtiyeva”ya, ata adının “Ənzəlik”dən “Əzizəli”yə dəyişdirilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. XX.XX.1934-cü il təvəllüdlü mərhum X3 ölüm haqqında akt qeydində düzəliş edilərək onun soyadının “Mehdiyeva”dan “Mehtiyeva”ya, ata adının “Ənzəlik”dən “Əzizəli”yə dəyişdirilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva