Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3215/2025 18.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı cavabdeh Bərdə rayon qeydiyyat şöbəsinə qarşı əlilliyə görə soyadın dəyişdirilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında müəyyən etdi: İddiaçı cavabdeh Bərdə rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydində uşağın soyadının Məmmmədovdan Mustafayevə dəyişdirilməsi onun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh orqan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-282/2025 saylı məktuba əsasən vətəndaş İddiaçı müvafiq icra hakimiyyətinin sərəncamina əsasən övladının soyadının Məmmədov-dan Mustafayev-ə dəyişdirərək xx.xx.2025-ci il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubu nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının tələbi onun övladının soyadının Məmmmədovdan Mustafayevə dəyişdirilməsindən ibarətdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktub ilə müəyyən edilir ki, iddiaçının tələbi üzrə onun övladının soyadının Məmmmədovdan Mustafayevə dəyişdirilmişdir. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. qərara aldı: İddiaçı cavabdeh Bərdə rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində uşağın soyadının Məmmmədovdan Mustafayevə dəyişdirilməsi onun qeydə alınması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3215/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3215/2025
18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver