Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3217/2023 30.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X44 və İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X6 iştirakı ilə, İddiaçılar X44 və İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X11, X39, Əliyev (Qasımov) Mustafa Elxan oğlu, Əliyeva (Qasımova) Səbinə Elxan qızı, X35, X22, X40, X29, X30 və X23 onlara məxsus olan ünvan 5 yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16-10302 reyestr nömrəli çıxarışa əsasən ünvan 5 yerləşən ev tik. “A”-da 28.3 kv.m 1 yaşayış otağı, 15.8 kv.m köməkçi sahə, tik. “B” – bütövlüklə xx.xx.2013-cü il tarixdə İddiaçı adına, tik. “A”-da 24.4 kv.m, 15.9 kv.m iki yaşayış otağı, 11.4 kv.m mətbəx, 31.5 və 23.4 kv.m xidməti otaqlar, tik. “C” xx.xx.2020-ci il tarixdə X31 adına qeydiyyata alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1980-ci il təvəllüdlü X11, xx.xx.2002-ci il təvəllüdlü X39, xx.xx.2000-ci il təvəllüdlü X32, xx.xx.2001-ci il təvəllüdlü X33, xx.xx.1971-ci il təvəllüdlü X35, xx.xx.1975-ci il təvəllüdlü X22, xx.xx.1998-ci il təvəllüdlü X40, xx.xx.2004-cü il təvəllüdlü X29, xx.xx.1988-ci il təvəllüdlü X30, xx.xx.2006-cı il təvəllüdlü X9 şəhəri, İbrahim Eminbəyli küçəsi, ev 40 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı X11, X39, X32, X33, X35, X22, X40, X29, X30 və X23 ona məxsus olan ünvan 5 yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-32724/23 nömrəli cavab məktubunda qeyd olunur ki, X12 xx.xx.2015-ci il, X24 xx.xx.2014-cü il, X13 xx.xx.2017-ci il, X23 xx.xx.2016-cı il, X18 xx.xx.2008-ci il, X10 xx.xx.2005-ci il, X7 xx.xx.2003-cü il, X14 xx.xx.2016-cı il, İddiaçı xx.xx.2016-cı il, X15 xx.xx.2016-cı il, X25 xx.xx.2013-cü il tarixdən Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, ev 40 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2203/2023 nömrəli cavab məktubuna və ona əlavə edilmiş Gəncə ŞİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayışına əsasən X11, X39, Əliyev (Qasımov) Mustafa Elxan oğlu, Əliyeva (Qasımova) Səbinə Elxan qızı, X35, X22, X40, X29, X30, X9 şəhəri, İbrahim Eminbəyli küçəsi, ev 40 ünvanında yaşamır.
6. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2055/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş İddiaçı və xx.xx.1987-ci il tarixdə anadan olmuş X31 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: a) İddiaçı: Əri – X35 – xx.xx.1971; Oğlu – X40 – xx.xx.1998; Oğlu – X26 – xx.xx.2000; Qızı – X27 – xx.xx.2001. b) X44: Atası – X36 – xx.xx.1964; Anası – X28 – xx.xx.1967 (xx.xx.2020-ci il tarixdə vəfat edib); Bacısı – X16 – xx.xx.1993; Bacısı – X30 – 27.0.1988. II. Məhkəmədə icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X39, X32, X33, X35, X22, X40, X29 və X23 ona məxsus olan ünvan 5 yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxslər X11, X39, Əliyev (Qasımov) Mustafa Elxan oğlu, Əliyeva (Qasımova) Səbinə Elxan qızı, X35, X22, X40, X29, X30 və X9 şəhəri, Eminbəyli küçəsi, ev 40 ünvanında artıq yaşamırlar. Üçüncü şəxslərlə birgə yaşamaları qeyri-mümkün olduğundan onun istifadə hüququna xitam verilməlidir. Odur ki, onun pasport qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir. Orada onun ərizəsindən imtina edilib, məhkəməyə müraciət etməsini məsləhət bilmişlər. Ona görə də iş üzrə üçüncü şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı sərəncam ünvanlanaraq, tələbi üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qeyd edilməsi və fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğundan iddianı digər mülkiyyətçi ilə birgə qaldırmalı olduğu bildirilmiş, bundan sonra iddiaçılar X44 və İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onların mülkiyətində olan ünvan 5 yerləşən evdən üçüncü şəxslər X11, X39, X32, X33, X35, X22, X40, X29, X30 və X23 qeydiyyatdan çıxarılmasının Cavabdeh üzərinə öhdəlik kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, iddiaçılar sözügedən evin mülkiyyətçiləri olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar.
13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, X39, Əliyev (Qasımov) Mustafa Elxan oğlu, Əliyeva (Qasımova) Səbinə Elxan qızı, X35, X22, X40, X29, X30 və X41 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvannına məhkəmə bildirişi göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə üçüncü şəxslərdən X11, X22 və X4-xəbərdarlıq göndərilməsi mümkün olmuşdur.
22. İddiaçı məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuş, cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər iddiaçı və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı nümayəndəsi X20 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X35 onun iddiaçı olan qızı İddiaçı həyat yoldaşı, Mustafa, Səbinə və Həbib isə onların övladlarıdır. Elmira isə Elxanın bacısı, yəni Aynurənin baldızıdır. Zümrüd digər mülkiyyətçi Faiqin bacısıdır. Ülviyyə Aynurənin qardaşı arvadı, Əsli, Əfsanə, Vüqar isə Ülviyyənin övladlarıdır. Üçüncü şəxslərin hamısı Rusiya Federasiyasında yaşayırlar və Azərbaycan Respublikasına gələ bilmədiklərindən hazırkı evdən qeydiyyatdan çıxa bilmirlər. Onların hamısı RF-da yaşayış yeri üzrə qeydiyyatdadırlar.
26. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16-10302 reyestr nömrəli çıxarış; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-32724/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2203/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş Gəncə ŞİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayışı; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2055/2023 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16-10302 reyestr nömrəli çıxarışa əsasən ünvan 5 yerləşən ev tik. “A”-da 28.3 kv.m 1 yaşayış otağı, 15.8 kv.m köməkçi sahə, tik. “B” – bütövlüklə xx.xx.2013-cü il tarixdə İddiaçı adına, tik. “A”-da 24.4 kv.m, 15.9 kv.m iki yaşayış otağı, 11.4 kv.m mətbəx, 31.5 və 23.4 kv.m xidməti otaqlar, tik. “C” xx.xx.2020-ci il tarixdə X31 adına qeydiyyata alınmışdır. Yəni, sözügedən ev paylı mülkiyyət hüququ ilə X44 və İddiaçı məxsusdur.
30. Üçüncü şəxslərdən xx.xx.1971-ci il təvəllüdlü X35 (əri), xx.xx.1998-ci il təvəllüdlü X40 (oğlu), xx.xx.2000-ci il təvəllüdlü Əliyev (Qasımov) Mustafa Elxan oğlu (oğlu) və xx.xx.2001-ci il təvəllüdlü Əliyeva (Qasımova) Səbinə Elxan qızı (qızı) İddiaçı ailə üzvləridir.
31. xx.xx.1980-ci il təvəllüdlü X1 Aynurə Qəzənfər qızının qardaşı arvadı, xx.xx.2002-ci il təvəllüdlü X39, xx.xx.2004-cü il təvəllüdlü X29 və xx.xx.2006-cı il təvəllüdlü X41 isə sonuncunun övladlarıdır.
32. xx.xx.1975-ci il təvəllüdlü X2 Aynurə Qəzənfər qızının baldızı, xx.xx.1988-ci il təvəllüdlü X3 Faiq Eldar oğlunun bacısıdır.
33. Üçüncü şəxslər iddiaçılara məxsus sözügedən evdə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı bu əsasla cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir
34. İddiaçılardan İddiaçı cavabdeh orqana müraciət edərək, həmin üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
35. İddiaçılar üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
37. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
39. Göründüyü kimi, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
40. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2203/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş Gəncə ŞİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayışı ilə müəyyən edilir ki, üçüncü şəxslərin heç biri ünvan 5 yaşamır. İddiaçının nümayəndəsi də həmin şəxslərin RF-da yaşadığı bildirmişdir.
41. Üçüncü şəxslərin istifadə hüququ ilə bağlı məsələyə gəlincə, məhkəmə qeyd edir ki, üçüncü şəxslərdən xx.xx.1971-ci il təvəllüdlü X35 (əri), xx.xx.1998-ci il təvəllüdlü X40 (oğlu), xx.xx.2000-ci il təvəllüdlü Əliyev (Qasımov) Mustafa Elxan oğlu (oğlu) və xx.xx.2001-ci il təvəllüdlü Əliyeva (Qasımova) Səbinə Elxan qızı (qızı) İddiaçı ailə üzvləridir.
42. xx.xx.1980-ci il təvəllüdlü X1 Aynurə Qəzənfər qızının qardaşı arvadı, xx.xx.2002-ci il təvəllüdlü X39, xx.xx.2004-cü il təvəllüdlü X29 və xx.xx.2006-cı il təvəllüdlü X41 isə sonuncunun övladlarıdır.
43. xx.xx.1975-ci il təvəllüdlü X2 Aynurə Qəzənfər qızının baldızı, xx.xx.1988-ci il təvəllüdlü X3 Faiq Eldar oğlunun bacısıdır.
44. Həmin şəxslərin mübahisəli evdən istifadə hüquqlarının mövcud olubolmaması xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından müəyyən edilməlidir.
45. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... - Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... - Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. - Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir.
47. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Belə ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
48. Yəni, göründüyü kimi, üçüncü şəxslərdən Əliyev (Qasımov) Mustafa Elxan oğlu, Əliyeva (Qasımova) Səbinə Elxan qızı, X35, X40 İddiaçı ailə üzvləri olaraq mülkiyyətçiyə məxsus evə istifadə hüquqları mövcuddur. Ona görə də, tələb həmin şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir.
49. Digər üçüncü şəxslər xx.xx.1980-ci il təvəllüdlü X1 Aynurə Qəzənfər qızının qardaşı arvadı, xx.xx.2002-ci il təvəllüdlü X39, xx.xx.2004-cü il təvəllüdlü X29 və xx.xx.2006-cı il təvəllüdlü X41 isə sonuncunun övladları, xx.xx.1975-ci il təvəllüdlü X2 Aynurə Qəzənfər qızının baldızı, xx.xx.1988-ci il təvəllüdlü X3 Faiq Eldar oğlunun bacısı olmaqla, mülkiyyətçilərin ailə üzvü olmadığından onların iddiaçılara məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur.
50. Məhkəmə onu da qeyd edir ki, iş üzrə üçüncü şəxslərin biri – xx.xx.2006-cı il təvəllüdlü X41 azyaşlıdır və ona şəxsiyyət vəsiqəsi verilərkən anası X5 yaşayış yeri üzrə qeydiyyata alınmışdır.
51. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
52. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.
53. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
54. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. X11, X39, X22, X29, X30 və X23 ünvan 5 yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. X8, X40, Əliyev (Qasımov) Mustafa Elxan oğlu və Əliyeva (Qasımova) Səbinə Elxan qızının ünvan 5 yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulnası hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva