Məhkəmə qərarları › İş №2-1(114)-322/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-322/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-322/2020 17.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissədə N il N ay xidmət müddəti ərzində istifadə etmədiyi N95 növbəti məzuniyyət günlərinə görə (1994-cü il üçün-15 gün, 1995- N003-cü illər üçün N80 gün (hər il üçün 35 gün), N004-cü ildə N nömrəli hərbi hissədən ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq-90 gün növbəti məzuniyyətə görə cəmi 385 növbəti məzuniyyət günü üçün pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N014-cü il tarixli, 399 nömrəli qərarına uyğun olaraq hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.N0N0-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hərbi xidmətinin 1994-1998-ci illəri üçün 175 gün (hər il üçün 35 gün), ehtiyata buraxılarkən ona ödənilməli olan 3 aylıq (90 günlük) növbəti məzuniyyətin istifadə etmədiyi 58 günü, cəmi N33 gün üçün kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N0-ci il tarixli, N-1(114)-3NN/N0N0 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-1978-ci və 1980-1991-ci illərdə Sovet Ordusunda, xx.xx.199N-ci il tarixdən xx.xx.N005-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində gizir kimi həqiqi hərbi xidmət keçmişdir (xx.xx.199N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.N004-cü il arixədək N nömrəli hərbi hissədə, xx.xx.N004-cü il tarixdən xx.xx.N006-cı il tarixədək N nömrəli hərbi hissədə). Müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyası ödənilmişdir. Lakin bu zaman N nömrəli hərbi hissədə hərbi xidmət dövrü (xx.xx.1994-xx.xx.N004-cü il) istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə və ehtiyata buraxılarkən istifadə etmədiyi 3 aylıq (90 gün) məzuniyyətə görə kompensasiya hesablanmamışdır. Həmin kömpensasiyanın hesablanaraq ona ödənilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh müraciətinə cavab verməmişdir. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda qeyd etmişdir ki, xx xxxxxx N0N0-ci il tarixli 15/41 nömrəli məktubu ilə N nömrəli hərbi hissə Hüquq İdarəsinin xx xxxxxx N019-cu il tarixli, 11/6387 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, xx xxxx 1998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın nəticəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən həmin dövrdə xidmət etmiş hərbi qulluqçuların istifadə etdiyi məzuniyyət günləri barəsində məlumat əldə etmək mümkün olmamışdır. Bu əsaslarla N nömrəli hərbi hissədə xidmət edərkən İddiaçı ehtiyata buraxılarkən 1994-1998-ci illərə aid sənədlər olmadığı üçün kompensasiya hesablanmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx xxxxxx N019-cu il tarixli, 9/N-N0467 nömrəli arxiv arayışına əsasən İddiaçı xx xxxxxxx N006-ci il tarixdə ehtiyata buraxılarkən növbəti məzuniyyətdən hərbi hissə komandirinin xx xxxxxx N006-cı il tarixli 18 nömrəli əmri ilə 16 gün, xx xxxx N006-cı il tarixli 70 nömrəli əmri ilə 5 gün, xx xxxxxx N006-cı il tarixli NN6 nömrəli əmri ilə 11 gün, cəmi 3N gün məzuniyyətdən istifadə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin 30.04.N01-cu il tarixli, 64 nömrəli arayışından görünür ki, İddiaçı şəxsi işinin xidmət dəftərçəsinə əsasən AR MN-nin xx.xx.199N-ci il tarixli əmri ilə xx.xx.199N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, AR MN-nin xx.xx.1994-cü il tarixli əmri ilə xx.xx.1994-cü il tarixdən xx.xx.N004-cü il tarixədək 77N nöməli hərbi hissədə, AR MN-nin xx.xx.N004-cü il tarixli əmri ilə xx.xx.N004-cü il tarixdən xx.xx.N006-cı il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.N019-cu il tarixli, 63 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.199N-ci il tarixdən xx.xx.N004-cü il tarixədək 77N saylı hərbi hissədə, xx.xx.N004-cü il tarixdən xx.xx.N006-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə əsasən (yaşa görə) xx.xx.N006-cı il tarixdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N010-cu il tarixli fərmanı ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnaməyə və “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanuna dəyişiklik edilərək xidmət illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsinə dair hüquqi norma salınmışdır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və mişmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslar) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə N0 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzunuyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Konistitutsiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli məzuniyyət, qısa müddətli məzuniyyət, xəstəliyə görə məzuniyyət, tədris təlimi zaman məzuniyyət, hərbi-tədris müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, tədris məzuniyyəti, yaradıcılıq məzuniyyəti, qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, əlavə məzuniyyət verilir. Həmin Əsasnamənin 1N0-ci maddəsinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Həmin Əsasnamənin 1N1-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı bir-başa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Konistitutsiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsilə işləyənlərin qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikası “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi Qulluqçuların Statusu Azərbaycan Respublikasının Konistitutsiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx N0N0-ci il tarixli 15/41 nömrəli məktubu ilə N nömrəli hərbi hissə Hüquq İdarəsinin xx xxxxxx N019-cu il tarixli, 11/6387 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, xx xxxx 1998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın nəticəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən həmin dövrdə xidmət etmiş hərbi qulluqçuların istifadə etdiyi məzuniyyət günləri barəsində məlumat əldə etmək mümkün olmamışdır. Bu əsaslarla N nömrəli hərbi hissədə xidmət edərkən İddiaçı ehtiyata buraxılarkən 1994-1998-ci illərə aid sənədlər olmadığı üçün kompensasiya hesablanmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx xxxxxx N019-cu il tarixli, 9/N-N0467 nömrəli arxiv arayışına əsasən İddiaçı xx xxxxxxx N006-ci il tarixdə ehtiyata buraxılarkən növbəti məzuniyyətdən hərbi hissə komandirinin xx xxxxxx N006-cı il tarixli 18 nömrəli əmri ilə 16 gün, xx xxxx N006-cı il tarixli 70 nömrəli əmri ilə 5 gün, xx xxxxxx N006-cı il tarixli NN6 nömrəli əmri ilə 11 gün, cəmi 3N gün məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İş üzrə cavabdeh Azərbaycan Respublilkası Müdafiə Nazirliyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair hazırki iddia üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktlar və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı xidmət etdiyi dövrdə məzuniyyətdən istifadə etmədiyindən, yuxarıda salananmış qanunvericilik normalarının tələbləri ona şamil edilməklə iddia tələbi təmin edilməli, İddiaçı hərbi xidmətinin 1994-1998-ci illəri üçün 175 gün (hər il üçün 35 gün), ehtiyata buraxılarkən ona ödənilməli olan 3 aylıq (90 günlük) növbəti məzuniyyətin istifadə etmədiyi 58 günü, cəmi N33 gün üçün kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin N-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmətinin 1994-1998-ci illəri üçün 175 gün (hər il üçün 35 gün), ehtiyata buraxılarkən ona ödənilməli olan 3 aylıq (90 günlük) növbəti məzuniyyətin istifadə etmədiyi 58 günü, cəmi N33 gün üçün kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar