Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-322/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli AA№007132 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
2. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X1 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçı torpaq sahəsi üzərində eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa etdirmiş və bu barədə məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına sifarişli-xəbərnaməli məktub ünvanlamışdır.
5. Bundan sonra İddiaçı sözügedən evin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sözügedən fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilərək, bildirilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixli AA№004399 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
7. xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən X5 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini X3.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. 3) **********65 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat tarixli çıxarışa əsasən X12 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü səndi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№004399 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. 4) İddiaçı faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, X7 adına tərtib olunmuş xx.xx.2009- cu il tarixli AA№004399 nömrəli plan və ölçü sənədində (reyestr nömrəsi **********65) göstərilən sahə ilə üst-üstə düşür. 5) **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat tarixli çıxarışa əsasən X14 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü səndi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№004399 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Beləliklə, AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə AA№004399 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi üst-üstə düşmür.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 4230/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntülərindən görünür ki, inzibati iş üzrə araşdırma aparılarkən, işin qərardadında qeyd olunanlara əsasən, yalnız faktiki istifadə sahəsi və hüquqmüəyyənedici sənədlərə əsaslanılmışdır. Əlavə olaraq, iddia edilərək naturada təqdim olunan faktiki istifadədə olan torpaq sahəsi, həmin koordinatlar və konfiqurasiyaya uyğun olaraq X10 X15ndə (bundan sonra TEKUİS və AZCAD) öz əksini tapmış və sənəd nömrəsi **********65 olaraq qeyd olunmuşdur. TEKUİS və AZCAD-da əks olunan, vətəndaşların xüsusi mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələrinə dair məlumatlarda, vətəndaşların adı, soyadı və ata adı qeyd olunmur. Gəncə şəhəri üzrə TEKUİS və AZCAD-dan əvvəl, ayrıayrılıqda vətəndaşların faktiki istifadələrində olan həyətyanı torpaq sahələri barədə kadastr məlumatları qeyd olunmuş elektron xəritə materialı mövcud olmamışdır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin hər hansı digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşmə halı müəyyən edilməmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6472/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin X16 xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6466/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus evin yerində torpaq sahəsinin ölçü konturlarının dəqiqləşdirilməsi vəzifəsinin cavabdehin üzərin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsində baxılmışdır. Aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü aşkar edilmişdir. Bildirir ki, o, evi 2011-ci ildə almışdır, qonşusu isə 2013-cü ildə alıbdır. Odur ki, cavabdehin üzərinə yerində ona məxsus evin torpaq sahəsinin ölçü konturlarının dəqiqləşdirilməsi vəzifəsi qoyulmalıdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə X21 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).
27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh orqanın nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
30. Üçüncü şəxs X18 məhkəmə iclasında iddia tələbinə etirazının olmadığını bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.
31. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onunla iddiaçı arasında torpaq sahəsinin naturada istifadəsi ilə hər hansı mübahisə mövcud deyildir. Hər kəs özünə məxsus torpaq sahəsindən və üzərində tikdirdiyi evdən mübahisəsiz istifadə edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir:
33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2011-ci il tarixli AA 007132 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2009-cu il tarixli AA 004399 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 4230/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntüləri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6472/2024 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin X16 xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6466/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli AA№007132 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X4 xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin 0.04 ha torpaq sahəsini İddiaçı bağışlamış və sonuncunun sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
35. İddiaçı torpaq sahəsi üzərində eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa etdirmiş və bu barədə məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına sifarişli-xəbərnaməli məktub ünvanlamışdır.
36. Bundan sonra İddiaçı sözügedən evin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sözügedən fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilərək, bildirilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
37. Cavabdeh orqanın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü əsas göstərdiyi torpaq sahəsi isə hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsidir.
38. Məhkəmə əvvəla qeyd edir ki, həm iddiaçı, həm üçüncü şəxsin 0.04 ha torpaq sahələrinə mülkiyyət hüquqlarına dair çıxarışları mövcud olsa da, torpaq sahələrinin plan və ölçü sənədləri mövcud deyildir.
39. Cavabdeh orqan isə faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olması, yəni, iddiaçının faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halını torpaq sahələrinin əvvəlki mülkiyyətçilərinin adına tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatları əsasında müəyyən etmişdir.
40. Lakin əldə edilmiş mütəxəssis rəyi, o cümlədən sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4230/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntüləri ilə müəyyən edilmişdir ki, AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən (hazırda iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi X2 adına tərtib edilmiş plan-ölçü sənədindəki) torpaq sahəsi ilə AA№004399 nömrəli plan və ölçü sənədində göstərilən (hazırda üçüncü şəxsin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi X7 adına tərtib edilmiş plan-ölçü sənədindəki) torpaq sahəsi üst-üstə düşmür.
41. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları AA№007132 nömrəli nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etmir.
42. Həmçinin, ortofoto görüntü ilə müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.
43. İddiaçının hazırki tələbi də Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
44. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
1. “Azərbaycan Respublikasında X10 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X10 X15nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
1. Azərbaycan Respublikasında X10 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
45. Göründüyü kimi, X10 X15 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.
46. Məhkəmə onu da qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin qeydə alınması üçün“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsində sadalanan əsasları təqdim etmiş, cavabdeh orqan imtinasında evə dair hər hansı imtina əsası irəli sürməmiş, imtina dəlilləri yalnz torpaq sahəsi ilə bağlı olmuşdur ki, məhkəmə araşdırması ilə də həmin dəlillərin əsassızlığı müəyyən edilmişdir.
47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
48. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva