Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3221/2025 13.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və hazırda Kəlbəcər rayonu, Nəcəfalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşmışdır. İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli, AZ-İİİ 688990 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, “atası” qrafasında X3 və “anası” qrafasında “X5 göstərilmişdir. İddiaçının qanuni nümayəndəsi - anası Qanuni nümayəndə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, AA seriyalı, 474358 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 174 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlərə daxildir: - xx.xx.2017-ci il tarixli, 2900 1 0021 09022017 nörməli doğum haqqında akt qeydinə əsasən, İddiaçı xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmaqla, “ata haqqında məlumat” qrafasında X3 və “ana haqqında məlumat” qrafasında Qanuni nümayəndə qeyd aparılmış və həmin akt qeydi əsasında xx.xx.2017-ci il tarixli, AZ-İİİ 688990 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir: - 05.11.2009-cu il tarixli, 250 nömrəli “nikah haqqında aktın qeydi”nə əsasən, xx.xx.1991-ci il təvəllüdlü Əliyeva (evlənən sonra “Yolçuyeva”) Zülfüyə Söhbət qızı ilə xx.xx.1976-cı il təvəllüdlü X1 nikahı qeydə alınmışdır; - xx.xx.2011-ci il tarixli, 24 nömrəli “nikahın pozulması haqqında aktın qeydi”nə əsasən, xx.xx.1991-ci il təvəllüdlü Yolçuyeva (nikah pozulandan sonra “Əliyeva”) Zülfüyə Söhbət qızı xx.xx.1976-cı il təvəllüdlü X1 nikahı Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə pozulmuşdur. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvalanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Əliyeva X2 rayonundan məcburi köçkün olmuş, ünvan 3 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla ailə üzvləriylə birlikdə faktiki məskunlaşmışdır. Əlavə olaraq bildirilir ki, məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) yetkinlik yaşına çatıb, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə verildiyindən xx.xx.2012-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşında olmadığından komitənin regional idarəetmə və status şöbəsinin elektron məlumat bazasında ona məcburi köçkün statusunu təsdiq edən sənəd verilməsi barədə qeyd aşkar edilməmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə “onun övladına vahid aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə” ərizə ilə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, lakin cavabdeh tərəfindən tələb ilə bağlı heç bir münasibət bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istinsa olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə ərizə yolu ilə daxil edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən gözlənilən müddət (35 gün) gözlənilmiş və daha sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəmə müraciət etmişdir. Odur ki, məhkəmə iddiaçının cavabdeh orqana müraciət etməsinə baxmayaraq, sonuncu tərəfindən edilən hərəkətsizliyi qiymətləndirərək iddianı mümkün iddia kimi, yəni məhkəməyə müraciət etməmişdən qabaq cavabdehə eyni tələblə müraciət edilməli olan prosessual hərəkətin tərkibi kimi qəbul edir. Cavabdehin hərəkətsizliyi ilə razılaşmayan iddiaçı cavabdehə qarşı “onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilərək dövlət tərəfindən verilən vahid aylıq müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, iddiaçının anası - qanuni nümayəndəsi Əliyeva X2 rayonunda anadan olmaqla qeydiyyatdadır və sonuncunun məcburi köçkün olmağı ilə məcburi köçkünlük vəsiqəsi mövcuddur. İddiaçının anası xx.xx.2006-cı il tarixdə Kəlbəcər rayon qeydiyyatlı X6 ilə “el adəti” üzrə ailə həyatı qurmuş, nikahlarını bir müddətdən sonra rəsmiləşdirmişlər. Onların birgə nikahından Sevda və İlkin adlı iki övladları olmuş, lakin rəsmi nikahları xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Bundan sonra iddiaçının anası nikahdan kənar qız övladını, yəni İddiaçı - iddiaçını dünyaya gətirmişdir. İddiaçı məcburi köçkün olan birinin övladı olmağına baxmayaraq onun adı vahid aylıq müavinət alanların siyahısına alınmamışdır. Bu tələblə bağlı iddiaçının qanuni nümayəndəsi cavabdeh orqana müraciət etsə də, ona cavab verilməmişdir. İddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına daxildir: - iddiaçıya məxsus xx.xx.2017-ci il tarixli, AZ-İİİ 688990 nömrəli doğum haqqında şəhadətnamə; - iddiaçının qanuni nümayəndəsi - anası Qanuni nümayəndə AA seriyalı, 474358 nömrəli məcburi köçkün vəsiqəsi; - Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 174 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlərin surətləri; - Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; İddiaçının validenyləri məsələsi ilə məhkəmə onu qeyd edir ki, iddiaçı nikahdan kənar doğulmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada nə nikah rəsmi qaydada bağlanmış, nə də ki nikah məhkəmə yolu ilə pozulmuşdur. Beləliklə, İddiaçı yetkinlik yaşına çatmamış şəxs kimi “məcburi köçkün” statusuna malik olan valideyninin - anasının himayəsində olduğundan, onun da məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinətin verilməsini nəzərdə tuturdu. İddiaçı doğulduğu vaxt anası (ailə başçısı) məcburi köçkün statusunda olmuş və onun həmin dövrdə qüvvədə olmuş Təlimata əsasən, iddiaçı "məcburi köçkün" statusuna malik olan uşaq olmaqla doğulduğu gündən bu statusdan irəli gələn yemək xərci üçün müavinət almaq hüququ yaranmışdır. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6cı bəndlərində göstərilən vahid aylıq müavinətin hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara təyin edilməsi ilə bağlı tələb yalnız yeni qaydanın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən sonra doğulmuş uşaqlara münasibətdə keçərlidir, qeyd edilən müddəa əvvəlki qanunvericiliklə hüququ yaranmış şəxslərə, o cümlədən iddiaçı övladı İddiaçı münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov