Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3228/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: АЗ № ******* nömrəli təkrar doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1952ci ildə doğulmuşdur, atası X4,anası isə X2r. İ-ЖГ285050 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X1 Almaz Qərib qızı ilə xx.xx.1975-ci ildə nikaha daxil olmuşdur. Ölüm haqqında xx.xx.1989-cu il tarixli ölüm haqqında akt qeydinə əsasən X9 xx.xx.1989-cu ildə vəfat etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışına əsasən X9 xx.xx.1989-cu ildə vəfat etmişdir, xx.xx.1989-cu ildə 45 nömrəli akt qeydi tərtib edilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixii, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydasının 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, yetərli əsaslar olmadığından ölüm haqqında akt qeydində mərhumun adının “QabiP’dən “Sahib”ə düzəliş edilməsi qeydiyyat şöbəsinin imkanı xaricindədir. Bununla bağlı hüquqi yardım təklif edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum atası X3 ölüm akt qeydində düzəliş edilərək adının “Sahib” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum atası X7 xx.xx.1989-cu ildə vəfat etmişdir. O, baba və nənədən qalmış miras əmlakı sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, mərhum atası ölüm haqqında şəhadətnaməsində ad səhvən “Qabil” kimi göstərilmişdir. O, doğum akt qeydində düzəliş edilməsi üçün cavabdehə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. Mərhum atasının bütün səndələrində adı Sahib kimi göstərilmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iclasına gəlmiş, cavabdeh isə nümayəndəisnin iştirakını təmin etməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun atasına məxsus olan 45 nömrəli xx.xx.1989-cu il tarixli ölüm haqqında akt qeydində düzəliş edilərək atasının adının Sahib kimi qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icratına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçının atasına məxsus olan ölüm haqqında akt qeydində adı Qabil kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının atasının adının Sahib olması müəyyən edilir. Bu da, iddiaçının atasına məxsus ölüm haqqında akt qeydində iddiaçının atasının adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının atasına məxsus ölüm haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının atasının adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçının atasına məxsus olan 45 nömrəli xx.xx.1989-cu il tarixli ölüm haqqında akt qeydində düzəliş edilərək atasının adının Sahib kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5 məxsus olan 45 nömrəli xx.xx.1989-cu il tarixli ölüm haqqında akt qeydində düzəliş edilərək adının Sahib kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3228/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3228/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver