Məhkəmə qərarları › İş №2-1(114)-3233/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3233/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3233/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir. İddiaçının arvadı X3 xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir. “E-sosial” üzrə sosial arayışa əsasən, İddiaçı təyin edilmişdir: Təyinatın Ərizə Təsdiqlənmə Təyinatın Təyinatın Müraciətin nömrəsi Müraciətin statusu başlanma Nömrəsi Tarixi məbləği son tarixi tarixi **********65003-197 nömrəli müraciətiniz – **********650 xx.xx.2017 Müddəti bitmişdir 246.88 xx.xx.2017 xx.xx.2019 Müddəti bitmişdir **********48502-197 nömrəli müraciətiniz – **********485 xx.xx.2019 Müddəti bitmişdir 337.19 xx.xx.2019 xx.xx.2021 Müddəti bitmişdir **********49403-197 nömrəli müraciətiniz – **********494 xx.xx.2021 Müddəti bitmişdir 440.75 xx.xx.2021 xx.xx.2022 Müddəti bitmişdir **********36801-197 nömrəli müraciətiniz- **********368 xx.xx.2022 Müddəti bitmişdir 572.98 xx.xx.2022 xx.xx.2023 Müddəti bitmişdir Bərdə Rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1078 nömrəli arayışına əsasən, vətəndaş İddiaçı Bərdə rayonu, Lək kəndində yaşayır və onun ailə üzvləri aşağıdakılardır:

1. arvadı – X4

2. qızı – X7

3. qızı – X8

4. qızı – X5

5. oğlu – X9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2- 1588/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, İddiaçı adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-115) xx.xx.2007-ci il tarixli, 4Ə/2-224 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu, Lək kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi (JN-114A) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “vətəndaş müraciətləri ilə bağlı detallı məlumat”a əsasən, təmsilçi İddiaçı hesablama məlumatlarına əsasən:

Gəlirin növü Məbləğ Təsərrüfat kateqoriyalardan gəlirlər Toyuq 366.00 Sahibkarlıq fəaliyyətindən gəlirlər 2400.00 Rabilət və kommunal xərclər Azəriqaz 182.48 Azərişıq 103.73 Ailə üzvlərinin rəsmi gəlirləri 2519.84 Ailə üzvlərinin sayı 6.00 Ailənin adambaşına düşən orta aylıq kommunal və rabitə xərcləri 3.98 Ailənin adambaşına düşən orta aylıq gəlirləri 87.3

İddiaçı (VÖEN **********) sığorta hesabı haqqında məlumata əsasən, 2014-cü ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər ümumi olaraq gəlir 11352,00 AZN, hesablanmış 1307,40 AZN və ödənilmiş 1365,01 AZN təşkil etmişdir. X2 (VÖEN **********) sığorta hesabı haqqında məlumata əsasən, 2022-ci ilin iyul ayından 2024-cü ilin sentyabr ayına qədər ümumi olaraq gəlir 4140,00 AZN, hesablanmış 517,56 AZN və ödənilmiş 388,83 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi **********9995 nömrəli “vətəndaşların sosial ödənişlərə müraciətlərinə avtomatik imtina ərizəsi”nə əsasən, İddiaçı ailəsinə xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 25.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 30.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 19.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 157.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 50.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 8.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 172.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** anömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 20.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** anömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 55.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, ********** anömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 60.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 150.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 28.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - 11 saylı ƏVİ, Bərdə YXO-nun xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 6.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nəsibə Mahmudova tərəfindən 30.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 30.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - Dövlət Vergi Xidməti - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il il tarixli, ********** anömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 10.00 AZN məbləğ ödənilmişdir. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-17/2-78356/2025 nömrəli “məlumatın təqdim edilməsi haqqında” məktuba əsasən; - İddiaçı (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə 252,00 manat sosial sığorta haqqı ödənilmişdir; - X4 (VÖEN **********) tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamə məlumatlarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə dövriyyəsi 1200,00 manat olmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə 230,00 manat sosial sığorta haqqı ödənilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnziabti Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 6 nəfər ailə üzvü üzrə ünvanlı sosial yardımın təyin edilməsində olan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır. Ailəlidir və 2007-ci il təvəllüdlü Bahar, 2009-cu il təvəllüdlü Leyla, 2011-ci il təvəllüdlü Gülşən və 2015-ci il təvəllüdlü Elmin adlı uşaqları vardır. İddiaçının övladları anadan olandan sonra o, hər bir valideyn kimi ailəsində yaranmış çətinliklər ilə əlaqədar aidiyyəti orqanlara müraciət etmək qərarına gəlmişdir. O, 5 ildən çoxdur ki, sosial yardım alıbdır. Sosial yardım iddiaçı işləmədiyi üçün onun və arvadının adlarına açılan VÖEN vasitəsi ilə verilirdi. Sonuncu səfər xx.xx.2024-cü il tarixdə sosial yardım almaq üçün elektron sistem vasitəsiylə bütün sənədlər tərəflərindən proqrama yüklənmişdir. Lakin daha sonradan iddiaçı “142” qaynar xətti ilə əlaqə saxlandıqdan sonra ona imtina cavabının verildiyini bilmişdir. Daha sonra iddiaçı “DOST” agentliyinə imtinanın səbəbinin öyrənilməsi ilə bağlı müraciət etmiş və ona ordan bildirmişlər ki, ailə üzvünün məşğullunu təmin edilən MDSS ödənişləri yoxdur. Ancaq iddiaçı qeyd edir ki, tərəfindən ərizəyə əlavə edilmiş qəbzlərlə onun hər ay vaxtı-vaxtında sosial sığorta ödənişlərini etdiyi görsənir. Halhazırda bir neçə aydır ki, iddiaçı sosial yardımı almır. Maddi imkanı olduqca aşağıdır və sosial yardımı almaq ehtiyacı vardır. İddiaçı iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4972/2025 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 nömrəli qərardadı ilə iddia tələbi “təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3233/2025 nömrəli qərardadı ilə iddia tələbi “ailələrinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, hazırkı iş üzrə iddia tələbinin əsasını və məhkəmə mübahisəsinin predmetini iddiaçıya ünvanlı dövlət sosial yardımının təmin edilməsindən X11 və X19 (VEMTAS) tərəfindən imtina edilməsi təşkil edir. Məlumat üçün bildirilir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli müraciətinə VEMTAS tərəfindən imtina verilmişdir. İddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: - “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvlərinin sahibkarlıq fəaliyyəti (VÖEN - ********** və **********) üzrə gəlirlərinə dair məlumatlar öz təsdiqini tapmaması. Belə ki, Sığorta AS-dan (birbaşa daxil olan ödənişlərin uçotu) əldə edilən məlumata əsasən, ailə üzvlərinin sahibkarlıq fəaliyyəti üzrə MDSS ödənişləri aşağıdakı kimidir: - İddiaçı (VÖEN ********** - status-dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğdən 389,13 manat; - İddiaçı arvadı X4 (VÖEN ********** - status-dondurulmuş) ödənilməli olan 431,30 manat məbləğindən 384,60 manat ödəniş etmişdir. İddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclalarında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmə dən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasların iştirak etmiş cavabdehlərin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə; - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə; - “E-sosial” üzrə sosial arayış; - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1078 nömrəli arayışı; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-1588/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu; - İddiaçı “sığorta hesabı haqqında” məlumat; - X2 “sığorta hesabı haqqında” məlumat; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi **********9995 nömrəli “vətəndaşların sosial ödənişlərə müraciətlərinə avtomatik imtina ərizəsi”; - Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 mədaxil qəbzləri; - Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-17/2-78356/2025 nömrəli “məlumatın təqdim edilməsi haqqında” məktubu.

Əsaslandırma hissəsi:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Aparılan araşdırma zamanı ailənin məlumatları yoxlanılmış, iddiaçı və ailə üzvlərinin payı - kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması da müəyyən edilmişdir. Cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığı əsası ilə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin həmin hərəkətini mübahisələndirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun: - 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; - 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsinə əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 5.14-cü bəndinə əsasən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri tam olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ünvanlı sosial aldığı dövrlə müqayisədə iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, hazırkı gündə də, inzibati icraat zamanı da iddiaçı və ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.5-ci bəndinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın təyin edilməsinədən imtina” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-303/2022 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-2627/2024 nömrəli qərarında da MDSS ödənişinin olmamasının ünvanlı sosial yardımın təyin edilməsindən imtina əsası olmaması kimi oxşar mövqe əks etdirilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş etiza və iş materallarında olan sənədlər əsasən, iddiaçın sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi müəyyən edilmişdir. Əgər cavabdeh iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etməmiş olsaydı, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.5-ci bəndinə əsasən, xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilmiş olardı. Belə olan halda iddiaçının pozulmuş hüquqlarını təmin etmək məqsədi ilə ona təyin ediləcək ünvanlı dövlət sosial yardının hesablanması müddətinin xx.xx.2024-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2024cü il tarixdən iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:

İddia təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar