Məhkəmə qərarları › İş №2-1(114)-3234/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3234/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3234/2023 16.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********663100 nömrəli qərarın qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli sərəncam ünvanlayaraq, iddia ərizəsində qeyd edilmiş 09 mart 2021-ci il tarixli **********663100 nömrəli qərarın "Tələbin icraya yönəldilməsi barədə" qərar olduğundan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********459 nömrəli və xx.xx.2020-ci il tarixli **********42098 nömrəli qərarların mübahisələndirilə biləcəyi bildirilmiş və qeyd olunan qərarları göstərməklə dəqiqləşdirilmiş iddia tələbinə dair ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 2**********459 nömrəli, xx.xx.2020-ci il tarixli **********2098 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixli **********663100 nömrəli qərar qəbul edilmişdir. Qərarda 11000 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 11000 manat vergi, faiz, maliyyə sanksiyalarını qanunvericiliklə müəyyən olunmuş müddətdə ödəmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 2**********459 nömrəli, xx.xx.2020-ci il tarixli **********2098 nömrəli qərarların xx.xx.2021-ci il tarixdən icraya yönəldilməsi qeyd edilmişdir. Qərarda hansı səbəbdən ona maliyyə sanksiyasının tərtib edilməsi göstərilməmiş, əsaslandırılmamışdır. Qərar barəsində ona məlumat verilməmiş, qərardan o icra idarəsinə çağırılan zaman məlumatlı olmuşdur. Daha sonra qərarın ona göndərilməsi barədə cavabdeh orqana müraciət etdikdən sonra poçt vasitəsilə xx.xx.2023cü il tarixində almışdır. Qərarla razı deyil və qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Həmçinin iddiaçı məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qərarlar pandemiya vaxtı qəbul edilmiş, ona qərar barəsində məlumat verilməmişdir. Qərar barəsində Gəncə şəhəri üzrə İcra idarəsinə çağırılmasından sonra məlumatlı olmuşdur. Daha sonra qərarın ona göndərilməsi barədə cavabdeh orqana müraciət etdikdən sonra poçt vasitəsilə göndərilmiş və xx.xx.2023-cü il tarixində almışdır. Qeyd edilənləri nəzərə alınaraq buraxılmış prosessual müddətin bərpa olunaraq, iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddia ərizəsinə etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********2098 nömrəli və xx.xx.2020-ci il tarixli 2**********459 nömrəli qərarlar xx.xx.2020-ci il tarixdə saat 12:22 və 12:21-də elektron kabinet vasitəsi ilə tanış olaraq qəbul etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli **********2098 nömrəli qərar poçt vasitəsi ilə də iddiaçı tərəfindən qəbul edilmişdir. Hazırki iş üzrə iddia müddətini tətbiq edərək, mübahisələndirmə haqqında iddia ərizəsinin təqdim edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********2098 nömrəli və xx.xx.2020-ci il tarixli 2**********459 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tərəfindən verilmiş buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia qəbul etməyərək, etirazla eyni məzmunda izahat verərək iddiaçı tərəfindən verilmiş prosessul müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarın tarixi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlidir və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, qərarın mövcudluğu barədə onun məlumatı olmadığına görə qərardan şikayət vermə müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə xx.xx.2020-ci il tarixli **********2098 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 11:58-də, xx.xx.2020-ci il tarixli 2**********459 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 14:41-də göndərilmiş və iddiaçı tərəfindən hər iki qərar xx.xx.2020-ci il tarixdə saat 12:21, 12:22-də oxunmuşdur, qeyd olunan əsaslarla müəyyən olunur ki, iddiaçın qərar barədə məlumatı olmuşdur. Eyni zamanda iddiaçı ərizəsində müddətin üzrlü səbəbdən ötürülməsini tutarlı sübutlarla əsaslandırmamışdır. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar