Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3235/2025 01.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair ərizəsinə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunması və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, 1974cü ildə həqiqi hərbi xidmətə getmiş, 1976-cı ildə hərbi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə qədər “Mağavuz” savxozunda, daha sonra isə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “Mirbəşir Şəfəq” kalxozunda çalışmış, xx.xx.1989-cu il tarixdən 2005-ci il tarixədək X1 işləmişdir. Ancaq xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cı il tarixədək “Mağavuz” savxozunda daha sonra isə xx.xx.1984-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (1985-ci il istisna olmaqla) “Mirbəşir Şəfəq” kalxozunda çalışması barədə qeydlər arxiv sənədlərində saxlanılmamışdır. Tərtər rayon Dövlət Arxiv tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 26 nömrəli arayışda qeyd olunmuşdur ki, Ağdərə rayon 3 nömrəli savxozun əmr kitabları və əmək haqqı sənədləri Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Tərtər rayon Dövlət Arxiv tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 26 nömrəli arayışda qeyd olunmuşdur ki, Şəfəq adına kolxozun əmək haqqı kitablarına baxılarkən iddiaçının 1965-ci il tarixdə orada işləməsi müəyyən olunmuşdur. Yevlax rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 47 nömrəli arayışda qeyd olunmuşdur ki, onun işlədiyi Ağdərə rayon “Mağavuz” savxozunun və Tərtər rayon “Şəfəq” kalxozunun sənəd materialları mühafizə olmaq üçün Yevlax rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iş stajı müəyyən edilməmişdir. İşin halları xx.xx.2022-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-(114)-1963/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1979-1985-ci illlərdə işlədiyi müddətlərin onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-263/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1963/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, onun xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 22 il 9 ay 6 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanlar nəzərə alınaraq ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunda nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizdə qeyd etdiyiniz xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək olan dövrlər təqdim etdiyiniz əmək fəaliyyətiniz barədə sənədlərdə qeyd edilmədiyi üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Mağavuz” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin tələb üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1963/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1979- 1985-ci illərdə işlədiyi müddətlərin onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 2-1(104)-263/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətini qismən təmin etmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin qərarını ləğv etmiş və iddianı mümkün saymamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası yuxarıda qeyd olunan iddianın mümkün sayılmaması barədə qərardadını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 22 il 4 ay 2 gün təşkil edir. İddiaçı tərəfindən mübahisələndirilən 1979-1985-ci illər ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Mağavuz” sovxozunda, xx.xx.1984- cü il tarixdən xx.xx.1987-ci il tarixədək “Mirbəşir Şəfəq” kolxozunda işləməsi faktının təsdiqi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)- 2411/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli, 2(021)-2411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Mağavuz” sovxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “Mirbəşir Şəfəq” kolxozunda işləməsi faktı təsdiq edilməmişdir. Beləliklə, iddiaçının qeyd edilən illərdə işləməsi faktı mülki məhkəmə icraatında qaydasında müəyyən edilmədiyi halda, hazırda o, həmin illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının ümumi sığorta stajı 22 il 4 ay 2 gün təşkil edir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv huquqa malik deyildir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Odur ki, iddia tələbi mümkün hesab edilməməlidir. Hazırda iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı həmin illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı daha əvvəl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı qaldırdığı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiası İddiaçı subyektiv hüququnun olmamasına görə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı isə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtləri mövcud olmadıqda verilmiş iddia mümkün sayılmamalıdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3235/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3235/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver