Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3239/2024 22.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi təbəbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N4N nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.N996-cı il tarixdə AR Ali Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 70-N m 3h, NNN-N 3h maddəsi ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 400 saylı xx.xx.N000-ci il tarixli əfv Fərmanı ilə azad olunmuş, xx.xx.N003-cü il tarixdə Qazax RHK-da hərbi qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N7-ci il tarixli 9/N-N089 nömrəli arxiv arayışından görünür ki, Qazax RHK-dan çağırılmış N963-cü il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N0N nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən hərbi hissənin siyahısına daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş və xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, baş atıcı – sıravi İddiaçı komandirin 09 fevral N995-ci il tarixli 39 nömrəli əmrilə xx.xx.N995-ci il tarixdən qazan təminatından çıxarılmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N7-ci il tarixli NN/N838 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Hüquq İdarəsinə müraciət edərək N yanvar N994-cü il tarixdən N7 yanvar N995-ci ii iarixədək N nömrəli hərbi hissədə xidmət etməsini, döyüş əməliyyatlarında iştirak etməsini, atəşkəs elan olunduğu dövrdə, xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etməsini, bu halların Müdafiə Nazirliyinin Mərkəzi Arxiv tərəfindən verilmiş arayış ilə təsdiq olmasını, lakin onun hərbi hissəni özbaşına tərk etməsi səbəbindən komissiyanın xx.xx.N0N7-ci il tarixli məktubu ilə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edildiyini qeyd edərək bu hala münasibətin bildirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərə baxılarkən müəyyən edilmişdir ki, komissiya tərəfindən vətəndaş İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi əsaslandırılmış deyildir və vətəndaşın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N7-ci il tarixli 9/N-N089 nömrəli arayışında qeyd edilmişdir ki, N963-cü il təvəllüdlü İddiaçı hərbi hissəni döyüş əməliyyatları aparıldığı dövrdə deyil, atəşkəs dövründə, yəni xx.xx.N995-ci il tarixdə tərk etmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin qeyd hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından yalnız döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə "Müharibə veteranı" adı və vəsiqələrinin verilməsi qaydalarının şamil olunmaması göstərilmişdir. Belə olan halda, döyüş əməliyyatlarının aparılmadığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslərə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtinanın edilməsi qanunamüvafiq deyildir və vətəndaşın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
4. İddiaçı ona oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciətinə cavabdeh orqanın xx.xx.N0NN-ci il tarixli N/Ə-N6384 nömrəli cavab məktubunda bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafqi vəsiqələrinin verilməsi üzrə komisisyasının xx.xx.N0N8-ci il tarixli iclasında baxılmış və 5N8 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.
5. Məhkəmənin sorğusuna Şəmkir Hərbi Prokurorluğunun xx.xx.N0N4-cü il tarixli 3- 3-N00/N-0N5976/N0N4 nömrəli cavab məktubunda göstərilmişdir ki, Şəmkir hərbi prokurorluğunda elektron məlumat bazasına əsasən, XN xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə barəsində cinayət işi istintaq olunmamış, təqsirləndirici material araşdırılmamış, həmçinin xx.xx.N0N0-cu il tarixədək müvafiq qeydiyyat kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.N0N5-ci il tarixdə məhv edildiyindən, onun barəsində bəraətverici əsaslar olmadan, eləcə də amnistiya aktlarına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilibedilməməsi haqqında məlumat vermək mümkün olmamışdır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli NNN8 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N994-cü il, yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N-Ə-89xx-xx/N0N4 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0N7-ci il, xx.xx.N0N8-ci il və təkrar xx.xx.N0N8-ci il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmiş və döyüş əməliyyatları aparılan dövrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57ci, 70.N-ci, NN0.N-ci və N43-cü maddələrinə əsasən ağır cinayətlər törətdiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri Üzrə N-ci dərəcəli Məhkəmə Kollegiyasının N6 yanvar N996-cı il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirirk ki, imtinaya əsas olan sənədlərin saxlama müddəti 5 (beş) il olduğu üçün, vətəndaş tərəfindən göndərilən ərizə (sənədlər) məhv edilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.N0N4-cü il tarixli NNN3 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N994-cü il, yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N4-cü il tarixdə Gəncə İnibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.N98N-ci il tarixdən xx.xx.N983-cü il tarixədək keçmiş SSRl Silahlı Qüvvələri sıralarında, xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N6N saylı hərbi hissənin tərkibində AR Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş və həmin hərbi hissədə baş atıcı vəsifəsinə təyin edilmişdir. Hərbi hissənin tərkibində atəşkəs elan olunduğu vaxtadək İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. xx.xx.N995-ci il tarixdə hərbi hissəni tərk etdiyi üçün xx.xx.N996-cı il tarixdə AR Ali Məhkəməsi tərəfindən AR CM-nin 70-N m 3h, NNN-N m 3h maddəsi ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. AR Prezidentinin 400 saylı xx.xx.N000-ci il tarixli əfv fərmanı ilə azad olunmuşdur. xx.xx.N003cü il tarixdə Qazax RHK-da hərbi qeydiyyata alınmışdır. İ Qarabağ müharibəsində döyüşlərdə aktiv iştirak etdiyi üçün müharibə veteranı statusunun verilməsi üçün müxtəlif vaxtlarda cavabdeh təşkilata müraciət etsə də, bundan imtina olunmuşdur. İmtinanı tam əsassız hesab edir. Belə ki, onun hərbi hissənin siyahısına daxil edilməyi ilə bağlı əmrlər Müdafiə Nazirliyin arxivində də mövcuddur. Hətta Müdafiə Nazirliyinin Hüquq İdarəsi veteran adları və vəsiqələrin verilməsi üzrə komissiyanın ünvanladığı rəsmi rəy məktubunda qeyd etmişdir ki, ona müharibə veteranı vəsiqəsinin və statusunun verilməsindən imtina olunması əsaslandırılmış deyil. Çünki onun hərbi hissəni özbaşına tərk etdiyi xx.xx.N995-ci il tarixi atəşkəs dövrünə təsadüf edilir. Yəni onun müharibə zamanı aktiv döyüşlərdə iştirak etməyinin bu məsələyə heç bir aidiyyatı yoxdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in N.N.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə N.N.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.N. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N0N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N0N4-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N7-ci il tarixli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N0N nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmış, komandirin xx.xx.N995-ci il tarixli 39 nömrəli əmrilə xx.xx.N995-ci ildə hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, İddiaçı sənədlərinə komissiyanın xx.xx.N0N7-ci il, xx.xx.N0N8-ci il və xx.xx.N0N8-ci il tarixli iclaslarında baxılmış, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57, 70.N, NN0.N və N43-cü maddələrinə əsasən ağır cinayətlər törətdiyi üçün ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N4N nömrəli arayış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N7-ci il tarixli 9/N-N089 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N7-ci il tarixli NN/N838 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0NN-ci il tarixli N/Ə-N6384 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Şəmkir Hərbi Prokurorluğunun xx.xx.N0N4-cü il tarixli 3- 3-N00/N-0N5976/N0N4 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli NNN8 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N-Ə-89xx-xx/N0N4 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.N0N4-cü il tarixli NNN3 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
25. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb onun hərbi hissəni özbaşına tərk etmə faktının olmasıdır.
26. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
27. Belə ki, İddiaçı xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.N996-cı il tarixdə AR Ali Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 70-N m 3h, NNN-N 3h maddəsi ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 400 saylı xx.xx.N000-ci il tarixli əfv Fərmanı ilə azad olunmuş, xx.xx.N003-cü il tarixdə Qazax RHK-da hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N7-ci il tarixli 9/N- N089 nömrəli arxiv arayışında göstərilmişdir ki, Qazax RHK-dan çağırılmış N963-cü il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N0N nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən hərbi hissənin siyahısına daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş və xx.xx.N995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, baş atıcı – sıravi İddiaçı komandirin 09 fevral N995-ci il tarixli 39 nömrəli əmrilə xx.xx.N995-ci il tarixdən qazan təminatından çıxarılmışdır.
28. Həmçinin, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N994-cü il, yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir.
29. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
30. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994 cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
33. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
34. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
35. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb onun hərbi hissəni özbaşına tərk etmə faktının olmasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
36. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.
37. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
38. Belə ki, “Müharibə veteran”ı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının hərbi biletində də onun hərbi hissəni özbaşına tərk etməsi barədə qeyd vardır və arxiv arayışı ilə təsdiq olunur, həm də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
39. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva