Məhkəmə qərarları › İş №2-1(114)-324/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-324/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-324/2024 29.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X16, üçüncü şəxs X8 və onun vəkili X17 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Abbasova (Həsənova) Ofelya Hidayət qızı) üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Abbasova (Həsənova) Ofelya Hidayət qızına verilmiş və bu barədə JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.

2. Şəmkir RİH başçısının xx.xx.2000-ci il tarixli 165 nömrəli sərəncamı ilə 1970-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində mərhum X24 tərəfindən tikilmiş (ümumi sahəsi 100,5 kv.m, üç otaqlı, həyətyanı torpaq sahəsi 0,075 ha) evin hüquqi qeydiyyatına icazə verilmişdir.

3. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixli 2V-76 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.2000-ci ildə ölmüş X18 vərəsəsi X19 müəyyən edilərək, ona Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli evdən (1970-ci ildə tikilmiş, ümumi sahəsi 100,56 kv.m, yaşayış sahəsi 71,12 kv.m, köməkçi sahəsi 29,44 kv.m, 3 otaqlı ev) miras qalmışdır

4. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixə olan vəziyyətinə dair X9 adına 390 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 2001-ci il tarixli 06 mart tarixli qətnaməsi ilə X25 X12 qarşı 9.330.000 manat məbləğində dəfn xərclərinin alınmasına dair iddiası qismən təmin edilərək, O.H.Abbasovadan 8.247.000 manatın alınaraq M.P.Əsgərova verilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 11 iyul tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Şəmkir RİHB Dəllər qəsəbə İƏV üzrə nümayəndəliyinin xx.xx.2003-cü il tarixli 1572 nömrəli arayışına əsasən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli ev Şəmkir rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsi tərəfindən xx.xx.2002-ci il tarixdə keçirilmiş hərracın nəticəsinə görə X1.

7. Şəmkir Rayon Məhkəməsinin 2003-cü il tarixli 10 oktyabr tarixli qətnaməsi ilə cavabdehlər X19, X28 və X20 iddiaçı X13 məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2003-cü il tarixli 13 oktyabr tarixli qərardadı ilə həmin qətnamənin dərhal icra edilməsi qərara alınmış və xx.xx.2003-cü il tarixli akta əsasən qətnamə icra edilmişdir.

8. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsində yerləşən ümumi sahəsi 100,5 kv.m, 71,1 kv.m yaşayış sahəsindən ibarət olan 23 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmış və ona bu barədə 390 inventar, 374 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmin fərdi yaşayış evinin 10 yanvar 2002-ci il tarixə olan vəziyyətinə dair X10 adına 390 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

9. Şəmkir 2-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə 4Ə-05-492 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 182230 nömrəli müqavilə əsasında X21 ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında 7500 kv.m torpaq sahəsində yerləşən 1970-ci ildə tikilmiş, 3 otaqlı, 29,4 kv.m köməkçi sahədən,71,1 kv.m yaşayış sahəsindən, 100,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini X3.

10. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evinin oktyabr 2003-cü il tarixə olan vəziyyətinə dair X14 adına 390 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər qəsəbəsi, 23 ünvanında yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14, evin yerləşdiyi 0.05 ha torpaq sahəsi isə tam mülkiyyət hüququ əsasında Abbasova (Həsənova) Ofelya Hidayət qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 300412 nömrəli şəhadətnaməyə əsasən X23 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.

13. 23.07.2019-cu il tarixli ərizəyə əsasən X22 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X14 adına qalmış miras əmlakları qəbul etmədiyini və gələcəkdə həmin mirasın qəbulu barədə və ya keçmiş vərəsəlik müddətinin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.

14. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1046 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə ölmüş X14 vərəsəsi İddiaçı miras əmlak olan - ƏMDK-nin yanında DƏDRX-nin şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X15 verilmiş **********76 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsindən ½ hissədə pay almalı olması müəyyən edilmişdir.

15. İddiaçı ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-İ- 01xx-xx/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, vərəsəsi olduğu mərhum X15 məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə dair dövlət reyestrində X11 adına aparılmış qeydiyyatın (xx.xx.2019-cu il tarixli **********71-10301 qeydiyyat nömrəli çıxarışın) ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bundan başqa, 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Məhkəmə tərəfindən hər hansı bir xeyrinə qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim etdikdən sonra, qəbul edilmiş qərarın məzmununa uyğun olaraq, qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin və yaxud onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə müraciəti əsasında 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq baxılacaqdır. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin X9 mülkiyyətinə verilməsinə aid hissədə ləğv edilməsi və 0.05 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, atası X23 22 sentyabr 2003-cü il tarixli 4Ə-05- 492 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında ünvan 2 ünvandakı torpaq sahəsində yerləşən 3 otaqlı, köməkçi sahəsi 29.4 kv.m, yaşayış sahəsi 71.1 kv.m, ümumi sahəsi 1005 kv.m olan evi X5 almışdır. Atası 05 iyun 2008-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, atasından qalan miras əmlakı qəbul etmiş və mirasa vərəsə tanınmışdır. O, atasının vəfatından sonra xx.xx.2019-cu ildə atasının satın aldığı ünvan 2 ünvanda yerləşən əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Lakin həmin çıxarış verilərkən ünvan 2 ünvandakı torpaq sahəsində yerləşən ev tam olaraq mərhum atasının mülkiyyətinə verilsə də, torpaq sahəsi hüququ olmayan şəxs X9 mülkiyyətinə verilmişdir. Halbuki, JN-251F KOD 50400018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona 0.03 ha torpaq sahəsi ayrılmış olsa da, 08 yanvar 2003-cü ildə Şəmkir rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə icraçıları qrupunun təşkil etdiyi açıq hərrac zamanı ünvan 2 ünvandakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1. Mərhum atası isə torpaq sahəsində yerləşən evi satın almışdır. Buna baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində 0.05 ha torpaq sahəsinə onun adına əsassız olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X36 və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən heç bir əsas olmadan üçüncü şəxs X9 adına 0.05 ha torpaq sahəsi də qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi üzərində yerləşən evlə birlikdə 08 yanvar 2003-cü ildə X1. Mərhum atası isə həmin torpaq sahəsini evlə birlikdə 22 sentyabr 2003-cü ildə satın aldığından torpaq sahəsi də onun mülkiyyətinə verilməli idi. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanuni sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları başqa şəxsin adına qeydiyyata alınmışdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə aid olan hissədə X9 adına olan reyestr qeydinin ləğv edilməsi və ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X15 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

26. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Abbasova (Həsənova) Ofelya Hidayət qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixli iclasda yekun məhkəmə qərarının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır.

28. Məhkəmənin xx.xx.2024-cü il tarixli şifahi baxışı iclasında cavabdehin nümayəndəsi, üçüncü şəxs və onun vəkili iştirak etmişlər, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdehin iddiaya qarşı yazılı münasibəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, X9 X29 olan pul borcunun qaytarılması ilə bağlı 2001-ci il tarixdə Şəmkir Rayon Məhkəməsi qətnamə çıxartmışdır. X37 pulu qaytara bilməmiş və belə olan halda ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evi Şəmkir rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə icraçıları bölməsi tərəfindən həmin əmlak hərraca çıxarılmış və X1. X6 fərdi yaşayış evini xx.xx.2003-cü il tarixli 4Ə-05-492 saylı alğı-satqı müqaviləsi əsasında X3. Lakin Şəmkir Rayon Aqrar İslahat Komissiyası 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsinə dair X9 adına JN-251G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Alğı-satqı müqaviləsində JN-251G saylı Torpağın mülkiyyətə verilməinə dair şəhadətnamə ilə bağlı hər hansı bir məlumat qeyd edilmədiyi üçün ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair, ev X14, torpaq sahəsi isə X9 adına olmaqla xx.xx.2019-cu il tarixli **********71-10301 reyestr nömrəli çıxarış verilmişdir.

30. Cavabdeh orqanın nümayəndəsi X26 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsini xahiş etmişdir.

31. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X42 Komissiyasının xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə onun mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmiş, JN-251G KOD ******* nömrəli şəhadətnamə ilə onun mülkiyyət hüququ tanınmışdır. Şəhadətnamə əsasında həmin torpaq sahəsinə dair onun adına cavabdeh tərəfindən xx.xx.2019-cu il trarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı 11 saylı Şəmkir ərazi İdarəsinə qarşı eyni iddia tələbi ilə 2019-cu ildə Gəncə İnzibati Məhkəməsində 2 dəfə iddia qaldırmış, hər iki halda Gəncə inzibati Məhkəməsi xx.xx.2019-cu il tarixli (hakim Fikrət Hüseynov) və xx.xx.2019-cu il tarixli (X44) qərardadı ilə iddia mümkünsüz hesab edilmiş, iddiaçının subyektiv hüququnun olmaması bildirilmişdir. Odur ki, iddiaçının iddiasının mümkünsüz hesab edilməsi və ya iddianın rədd edilməsi xahiş edilmişdir.

32. Üçüncü şəxs Abbasova (Həsənova) Ofelya Hidayət qızı şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, göstərmişdir ki, o, nə torpaq sahəsini, nə də evini heç kimə satmamışdır. Heç evinin də X14 adına qeydə alınması ilə razılaşmır. O, evinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir və mülkiyyət hüququ qanunla qorunur. Odur ki, iddia tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Üçüncü şəxsin vəkili X27 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Şəmkir RİH başçısının xx.xx.2000-ci il tarixli 165 nömrəli sərəncamı; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixli 2V-76 reyestr nömrəli şəhadətnamə; - xx.xx.2000-ci il tarixli texniki pasport; - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 11 iyul tarixli qətnaməsi; - Şəmkir RİHB Dəllər qəsəbə İƏV üzrə nümayəndəliyinin xx.xx.2003-cü il tarixli 1572 nömrəli arayışı; - Şəmkir Rayon Məhkəməsinin 2003-cü il tarixli 10 oktyabr tarixli qətnaməsi və 2003-cü il tarixli 13 oktyabr tarixli qərardadı; - 390 inventar, 374 reyestr nömrəli qeydiyyat vəsiqəsi və 10 yanvar 2002-ci il tarixli texniki pasport; - Şəmkir 2-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə 4Ə-05-492 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 182230 nömrəli müqavilə; - oktyabr 2003-cü il tarixli texniki pasport; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 300412 nömrəli şəhadətnamə; - 23.07.2019-cu il tarixli ərizə və qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1046 reyestr nömrəli şəhadətnamə; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-İ-01xx-xx/2023 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməlidir.

36. Belə ki, iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Abbasova (Həsənova) Ofelya Hidayət qızına verilmişdir. Eyni zamanda, Şəmkir RİH başçısının xx.xx.2000-ci il tarixli 165 nömrəli sərəncamı ilə 1970-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində mərhum X24 tərəfindən tikilmiş (ümumi sahəsi 100,5 kv.m, üç otaqlı, həyətyanı torpaq sahəsi 0,075 ha) evin hüquqi qeydiyyatına icazə verilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixli 2V-76 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.2000ci ildə ölmüş X18 vərəsəsi X19 müəyyən edilərək, ona Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli evdən (1970-ci ildə tikilmiş, ümumi sahəsi 100,56 kv.m, yaşayış sahəsi 71,12 kv.m, köməkçi sahəsi 29,44 kv.m, 3 otaqlı ev) miras qalması müəyyən olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2001-ci il tarixli 06 mart tarixli qətnaməsi ilə X25 X12 qarşı 9.330.000 manat məbləğində dəfn xərclərinin alınmasına dair iddiası qismən təmin edilərək, O.H.Abbasovadan 8.247.000 manatın alınaraq M.P.Əsgərova verilməsi qət edilmiş və həmin icra sənədi məcburi qaydada icra edilərək, Şəmkir rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsi tərəfindən xx.xx.2002-ci il tarixdə keçirilmiş hərracın nəticəsinə görə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli ev X1.

37. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsində yerləşən ümumi sahəsi 100,5 kv.m, 71,1 kv.m yaşayış sahəsindən ibarət olan 23 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X10 adına qeydə alınaraq, ona bu barədə 390 inventar, 374 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Şəmkir 2-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə 4Ə-05-492 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 182230 nömrəli müqavilə əsasında X21 ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında 7500 kv.m torpaq sahəsində yerləşən 1970-ci ildə tikilmiş, 3 otaqlı, 29,4 kv.m köməkçi sahədən,71,1 kv.m yaşayış sahəsindən, 100,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini X3.

38. Cavabdeh orqan qeyd edilənlərə əsasən Şəmkir rayonu, Dəllər qəsəbəsi, 23 ünvanında yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət hüququ əsasında X14 adına qeydə alarkən, Şəmkir Rayon Aqrar İslahat Komissiyası 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsinə dair X9 adına JN-251G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi və alğı-satqı müqaviləsində JN- 251G saylı Torpağın mülkiyyətə verilməinə dair şəhadətnamə ilə bağlı hər hansı bir məlumat qeyd edilmədiyi üçün torpaq sahəsini X9 mülkiyyəti kimi qeydə almış və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış vermişdir.

39. Hazırda iddiaçı ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə aid olan hissədə X9 adına olan reyestr qeydini mübahisələndirərək, eyni zamanda ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X15 məxsus olmasına dair arayışın verilməsini tələb edir.

40. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

42. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb) (Həmin maddənin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

43. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 10.2 Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan cizgisi əlavə olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

45. Göründüyü kimi, mübahisəli Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 nömrəli ev Şəmkir Rayon Məhkəməsinin 2001-ci il tarixli 06 mart tarixli qətnaməsinin icrası qaydasında Şəmkir rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsi tərəfindən hərrac qaydasında X4 və ona bu barədə qeydiyyat vəsiqəsi verilməklə, adına texniki pasport tərtib edilmişdir. X21 da Şəmkir 2-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə 4Ə-05-492 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 182230 nömrəli müqavilə əsasında həmin fərdi yaşayış evini X3.

46. Məhkəmə qeyd edir ki, sözügedən ev fərdi yaşayış evi olmaqla, JN-251G KOD 50400018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Abbasova (Həsənova) Ofelya Hidayət qızına verilmiş 0,05 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi də (həm hərrac zamanı X13, həm də onun tərəfindən X15) alğı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alqı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir.

47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a görə (2 nömrəli əlavə): Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

49. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bənd 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

51. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2003-cü il tarixli, 182230 nömrəli müqaviləyə əsasən X21 tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Vaqif küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 100,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X2.

52. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Dəllər qəsəbəsi, 23 ünvanında yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X14 28 fevral 2019-cu il tarixdə qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, həmin ev mübahisəli torpaq sahəsinin üzərində yerləşir və yuxarıda istinad olunan normalar baxımından torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qəbul edilməlidir.

53. Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 300412 nömrəli şəhadətnaməyə əsasən X23 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1046 reyestr nömrəli şəhadətnaməyə əsasən onun vərəsəsi kimi müəyyən edilmişdir.

54. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə Adil Əliyevin mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsini X9 adına qeydə almaqda haqlı olmamışdır.

55. Göründüyü kimi, yuxarıda qeyd olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından hazırkı mübahisəyə münasibətdə də iddiaçıya fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi təmin olunmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə aid olan hissədə X9 adına olan reyestr qeydi ləğv edilsin. ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum atası X15 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar