Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3244/2024 25.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair ərizəsinə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ağdərə rayonunun “Mağavuz” 3 nömrəli sovxozunda işlədiyi illərin (3 il, 8 ay, 14 gün) əmək stajının sosial sığorta hissəsinə daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, iş illərinin sosial sığorta stajına daxil edilməsi və onun əsasında yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1963/2023 nömrəli qərarı ilə onun iddia tələbi təmin edilərək, 1979-1985-ci illərdə işlədiyi müddət iddiaçının sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. İddiaçı iddia ərizəsində 1980-1983-cü illərdə (iddia ərizəsini yazan vəkilə 1980-1984-cü ilərdə işlədiyini deə də o, səhv edərək 1980-1983-cü illər kimi qeyd etmişdir) “Mağavuz” sovxozunda elektrik kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, X1 xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1963/2023 nömrəli qərarında yanlışlıqla həmin illər 1979-1985-ci illər kimi (yəni, texniki səhv olaraq iddia ərizəsinə əlavə olunan şahidin əmək kitabçasında olan qeydləri göstərmişdirlər) qeyd edilmişdir. Həmin yanlışlığı əsas götürən cavabdeh Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1963/2023 nömrəli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 263/2024 nömrəli qərarı ilə haqlı olaraq, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1963/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkünsüz sayılmışdır. İddiaçı Ağdərə rayonunun «Mağavuz» sovxozunda xx.xx.1980-xx.xx.1984-cü illərdə elektrik işləmiş, məhkəmə qərarında isə yanlışlıqla 1979-1983-cü illərdə işləməyi göstərilmişdir. İddiaçı xx.xx.1980-xx.xx.1984-cü illərdə Ağdərə rayonunun «Mağavuz» 3 nömrəli sovxozunda işləmişdir (3 il, 8 ay, 14 gün)(həmçinin Ağdərə rayonunun «Mağavuz» 3 nömrəli sovxozunda işlədiyi zaman o, Xankəndi rayonunda yerləşən N saylı hərbi hissəyə N günlük ezam edilmişdir). Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1963/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1979-1985-ci illərdə işlədiyi müddətlərin onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-263/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1963/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası yuxarıda qeyd olunan iddianın mümkün sayılmaması barədə qərardadını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 22 il 4 ay 2 gün təşkil edir. İddiaçı tərəfindən mübahisələndirilən 1979-1985-ci illər ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Mağavuz" sovxozunda, xx.xx.1984- cü il tarixdən xx.xx.1987-ci il tarixədək "Mirbəşir Şəfəq" kolxozunda işləməsi faktının təsdiqi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)- 2411/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli, 2(021)-2411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Mağavuz" sovxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1987- ci il tarixədək "Mirbəşir Şəfəq" kolxozunda işləməsi faktı təsdiq edilməmişdir. Beləliklə, iddiaçının qeyd edilən illərdə işləməsi faktı mülki məhkəmə icraatında qaydasında müəyyən edilmədiyi halda, hazırda o, həmin illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının ümumi sığorta stajı 22 il 4 ay 2 gün təşkil edir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv huquqa malik deyildir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Odur ki, iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-263/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməmiş, qeyd olunan qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Mağavuz" sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin tələb üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1963/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1979- 1985-ci illərdə işlədiyi müddətlərin onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 2-1(104)-263/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətini qismən təmin etmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin qərarını ləğv etmiş və iddianı mümkün saymamışdır. Gəncə Apellyasiya Məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2411/2021 saylı qətnaməsi ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Mağavuz" sovxozunda, xx.xx.1984- cü il tarixdən xx.xx.1987-ci il tarixədək "Mirbəşir Şəfəq" kolxozunda işləməsi faktı təsdiq edilməmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv huquqa malik deyildir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ağdərə rayonunun “Mağavuz” 3 nömrəli sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı daha əvvəl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı qaldırdığı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiası İddiaçı subyektiv hüququnun olmamasına görə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı isə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtləri mövcud olmadıqda verilmiş iddia mümkün sayılmamalıdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddiaya mahiyyəti üzrə baxıla və iddia mümkün sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ağdərə rayonunun “Mağavuz” 3 nömrəli sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ağdərə rayonunun “Mağavuz” 3 nömrəli sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3244/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3244/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver