Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-325/2023 18.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdeh nümayəndələri X14 və X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 37 saylı xx.xx.2019-cu il tarixli sərəncamının və 189 saylı xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.2008-ci il tarixdə ərizə ilə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək yeni iş yerləri açmaq üçün Tərtər rayonun Şıxarx kəndi ərazisindən 250-300 hektar əkinə yararlı torpaq sahəsinin ayrılıb verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli 21 nömrəli sərəncamına əsasən iddiaçının ərizəsi nəzərə alınmış, iddiaçıya keçmiş Ağdərə rayonu – Şıxarx kəndinə məxsus olan torpaq sahəsindən kənd təsərrüfatı məhsullarını əkib becərmək üçün 250 hektar torpaq sahəsi 99 il müddətinə ayrılıb verilməsi qərara alınmışdır. xx.xx.2008-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2018-ci il tarixdə Tərtər rayonu Şıxarx qəsəbəsində Cavabdeh Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X14, RİHB-nın Şıxarx qəsəbə İƏD üzrə nümayəndəsi X7, Şıxarx qəsəbə İƏD üzrə nümayəndəsinin müavini X11 tərəfindən “iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin icarə haqqını ödəmədiyi və istifadəsiz vəziyyət olduğunun müəyyən edilməsi barədə” akt tərtib edilmişdir. Tərtər rayonu üzrə torpaq icarə haqqı cədvəldən görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 8.803,00 manat icarə haqqı borcu vardır. Cavabdehin xx.xx.2018-ci il tarixli 189 nömrəli qərarına əsasən Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində Dövlət mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya kənd təsərrüfatı məqsədi ilə 250 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli, 21 sərəncamı və icarə müqaviləsinin ləğv edilməsi, sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, 37 nömrəli sərəncamı ilə X1 təsərrüfatı məqsədi ilə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə yolu ilə 250 hektar torpaq sahəsi 49 il müddətinə ayrılıb verilməsi qərara alınmışdır. Həmin tarixdə cavabdeh ilə üçüncü şəxs arasında 4 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Qeyd olunan sərəncama və icarə müqaviləsinə əsasən X3 icarə yüklülüyü xx.xx.2019-cu il tarixdə Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi üzərində ********** nömrə ilə, 245 ha torpaq sahəsi üzərində ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X12 ərizə ilə cavabdehə müraciət edərək sözügedəb torpaq sahəsi üzərində üçüncü şəxsin adına qanunsuz olaraq rəsmiləşdirilən sənədlərin ləğv olunması və həmin torpaq sahəsi üzərinə istifadə hüququnun iddiaçının adına rəsmiləşdirilməsinin təmin edilməsi, pozulmuş hüquqların bərpası istiqamətində aidiyyəti tədbirlərin görülməsi barədə məlumat verilməsini xahiş etmişdir. Müraciət xx.xx.2022-ci il tarixdə H-28-038 nömrə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 748 nömrə ilə X10 cavab məktubu göndərilərək bildirilmişdir ki, iddiaçıya 250 hektar dövlət mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 99 il müddətinə icarəyə verilmiş, lakin icarəçi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini pozduğuna, uzun müddət torpaqdan təyinatına görə istifadə etmədiyinə, torpaq vergisi və icarə haqqını üzürlü səbəb olmadan ödəmədiyinə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə onunla bağlanmış icarə müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğvi və həmin torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 1399 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və xx.xx.2019-cu il tarixli 99 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak X5 yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilmiş, Agentlikdən müsbət rəy alındıqdan sonra həmin əkin sahəsi xx.xx.2019cu il tarixli, 37 nömrəli sərəncamı ilə üçüncü şəxsin icarəsinə verilmişdir. Odur ki, hazırda iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 21 nömrəli sərəncam qüvvədə deyil. İddiaçı əvvəl xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə 1154 nömrəli poçta təqdim edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli, 21 nömrəli sərəncam ilə icarəyə verilmiş Tərtər rayonun Şırarx kəndində yerləşən 250 hektar torpaq sahəsinin cavabdeh tərəfindən sonradan ayrı-ayrı şəxslərin icarəsinə və ya mülkiyyətinə verilməsi ilə bağlı sərəncamların ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “cavabdehin 37 saylı xx.xx.2019-cu il tarixli sərəncamının və 189 saylı xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2008-ci il tarixli, 21 nömrəli sərəncamı ilə Tərtər rayonunun Şırarx kəndində 250 hektar torpaq sahəsi xx.xx.2008-ci il tarixli, 02 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə 99 il müddətinə iddiaçının uzunmüddətli icarəsinə verilmişdir. Nəticədə qeyd olunan torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən iddiaçının adına “torpaq sahəsinin planı və ölçüsü” hazırlanmış və Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 634 nömrə ilə uçota alınmışdır. Lakin iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir, həmin ərazidə başqa şəxslər torpaqdan istifadə edirlər. Həmin şəxslər bildirmişlər ki, bu torpaq sahəsi 2019-cu ildən Svetlana Məmmədova adlı şəxsin adına rəsmiləşdirilmiş və dövlət reyestrindən çıxarış əldə edilmişdir. Məsələni aydınlaşdırmaq üçün cavabdehə müraciət etsə də, cavab verilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olduğu dövrdə, həmin torpaq sahəsinin başqa şəxsə yenidən qanunsuz olaraq icarəyə verilməsi faktı və bunun əsasında hüquqmüəyyən edici sənədlərin saxta olmasına əsas verir. Göstərilən halların baş verməsi iddiaçının icarəyə götürdüyü torpaq sahəsi üzərindəki hüquqlarının kobudcasına pozmuşdur. Cavabdehə baş vermiş qanun pozuntusu ilə bağlı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir qanuni tədbir görülməmiş, torpağın Svetlana Məmmədovanın adına hansı əsasla və hansı qanunvericiliyə uyğun rəsmiləşdirilməsi barədə heç bir məlumat verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2008-ci ildə iddiaçıya icarəyə verilmişdir, həmin illərdə icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmasına üstünlük verilmədiyi üçün iddiaçı icarə hüquqlarını qeydə alınmamışdır. Cavabdeh qurumun təqdim etdiyi aktla razı deyildir, belə ki həmin torpaq sahəsində əkin işləri aparılmışdır. İddiaçı həmin torpaq sahəsini başqa bir şirkətə icarəyə vermiş, iddiaçı ilə şirkət arasında icarə müqaviləsi bağlanmış, iddiaçı özü şəxsən torpaqdan istifadə etməmişdir. İddiaçı tərəfin hazırkı sərəncamdan 2020-ci ildə məlumatı olmuş, həmin il də cavabdeh orqana şifahi formada müraciətlər edilmişdir. Həmin zaman iddiaçının vəkili başqa şəxs idi, ancaq ona verilən məlumata əsasən 2020-ci ildə şifahi formada müraciət edilmiş, 2021-ci ildə rəsmi yazışmalara başlanılmışdır. Həmin illərdə məhkəməyə müraciət olunmasa da, cavabdeh orqana müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən sərəncam onlara rəsmi qaydada verilməmiş, subsidiyalar barədə məlumat əldə edə bilməmiş, ancaq iddiaçı 2020-ci ildə həmin sərəncamdan məlumatı olmuşdur. Həmin zaman cavabdehə müraciət edilsə də, onun müraciətlərinə 2021-ci ildə cavab verilmişdir. O zaman Əsəd Əhmədli iddiaçını təmsil etmişdir. İddiaçının vəkili xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan qərar çıxarılmasına etiraz etməmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 80 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etirazda bildirilir ki, 250 hektar dövlət mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 99 il müddətinə icarəyə verilmiş, lakin icarəçi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini pozduğuna, uzun müddət torpaqdan təyinatına görə istifadə etmədiyinə, torpaq vergisi və icarə haqqını üzürlü səbəb olmadan ödəmədiyinə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə onunla bağlanmış icarə müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğvi və həmin torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 1399 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və xx.xx.2019-cu il tarixli 99 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak X5 yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilmiş, Agentlikdən müsbət rəy alındıqdan sonra həmin əkin sahəsi xx.xx.2019cu il tarixli, 37 nömrəli sərəncamı ilə üçüncü şəxsin icarəsinə verilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 21 nömrəli sərəncam qüvvədə deyil və bununla bağlı iddiaçıya və onun etibarnamə üzrə nümayəndəsi X10 xx.xx.2022-ci il tarixli, 748 nömrəli məktubla məlumat verilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 etirazı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ancaq 2021-ci ildə müraciət etmişdir, müraciət edən iddiaçının özü deyil, nümayəndəsi və ya vəkili Əsəd Əhmədli idi. İddiaçının həmin torpaq sahəsini subicarəyə vermək hüququ yox idi, bu barədə inzibati orqanın razılığı da yoxdur. Digər tərəfdən iddiaçı tərəf qeyd edir ki, torpaqda əkin işləri ilə məşğul olmuşdur. Hazırda əkinçiliyə yardım üçün dövlət tərəfindən subsidiyalar ayrılır, həmin subsidiyalar da icra hakimiyyətləri tərəfindən ödənilir. İddiaçı tərəf subsidiyaların ödənilməsi ilə bağlı müraciət etməmişdir. Sərəncamla bağlı ilk dəfə 2021-ci ildə müraciət edilmişdir. Sərəncamın surəti 2018-ci ildə iddiaçıya göndərilmişdir. Sadəcə uzun müddət keçdiyi üçün poçt göndərişini təqdim edə bilmirlər. Əgər iddiaçı sərəncamı almamışdırsa, niyə 2018-ci ildən bəri həmin torpağı əkib-becərmir, 5 ildən çox müddət keçmişdir. Sərəncam sadə poçt zərfi ilə iddiaçıya göndərilmişdir. Ancaq iddiaçıya çatdırılmasa idi, məktub idarəyə geri qayıdardı. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair münasibət bildirməmişdir. İddiaçının və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin 37 saylı xx.xx.2019-cu il tarixli və 189 saylı xx.xx.2018-ci il tarixli sərəncamlarının ləğvini məqsəd güdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, xx.xx.2018 və xx.xx.2019-cu il tarixli sərəncamlar iddiaçı tərəfindən yalnız 4 il sonra, yəni 2022-ci ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Mübahisələndirilən həmin sərəncamlardan iddiaçının 2020-ci ildən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Bu barədə məlumatlı olduğu İddiaçının vəkili, eyni zamanda nümayəndəsi özü tərəfindən də etiraf olunur. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qeyd olunan sərəncamlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız məhkəmədə iddia qaldırdıqdan sonra iş materialları ilə tanış ola bilmişlər. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. İddiaçının onun istifadəsində olduğu iddia etdiyi torpaq sahəsindən istifadəsinə törədilən maneələrin səbəbləri ilə maraqlanmaması, bu müddətdə sözügedən sərəncamlardan məlumatlı olmaması ağlabatan deyildir. Digər tərəfdən, mübahisələndirilən sərəncamlar iddiaçıya rəsmi qaydada təqdim olunmasa belə, iddiaçı həmin sərəncamlardan, ümumiyyətlə torpaq sahəsinin cavabdeh orqan tərəfindən başqa şəxsin istifadəsinə verilməsi barədə 2020-ci ildən məlumatlı olmuşdur. Ona görə ki, iddiaçının marağı olduğu torpaq sahəsinin 4 ildən artıq müddətdə maraqlanmaması ağlabat deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpağa üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı Cavabdehnə qarşı “cavabdehin 37 saylı xx.xx.2019-cu il tarixli sərəncamının və 189 saylı xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-325/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-325/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver