Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3253/2022 25.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X2, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) qərardadın surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və hakimin işə baxmaqdan kənarlaşdırılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2(062)713/2022 nömrəli qərardadının surətinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar, habelə hakim X1 ixtisas artırma kursuna göndərilməsi və işə mahiyyəti üzrə baxılıb qurtaranadək hakim vəzifəsində işləməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İdda ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın məzmunundan göründüyü kimi mübahisənin əsasını Cavabdeh qərardadının surətinin iddiaçıya verilməsi ilə əlaqədar həmin orqanın üzərinə öhdəlik qoyulması təşkil edir. Qeyd olunur ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti həmin orqanların inzibati idarəçilik sahəsi üzrə gördüyü tədbirlərə aid deyildir. Qeyd olunan fəaliyyət daxilində olan hərəkət və ya hərəkətsizliyin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamış, eyni zamanda iddiada qeyd olunan xüsusatlar üzrə məhkəmələr inzibati hüququn subyekti kimi çıxış etmir. Qeyd olunanlarla yanaşı hakimin ixtisas artırma kursuna göndərilməsi və hakim vəzifəsində işləməsinin qadağan edilməsi tələbi də inzibati məhkəmə icraatının predmeti deyil və aidiyyəti qurumun qərarı əsasında həyata keçirilə bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan müvafiq hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddia olmadığına görə mahiyyəti üzrə baxılması da istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı qərardadın surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və hakimin işə baxmaqdan kənarlaşdırılması barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3253/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3253/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver