Məhkəmə qərarları › İş №2-1(114)-3268/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3268/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3268/2024 05.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eıvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Zifləli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən Xanlar Rayonu (indiki Göygöl rayonu), Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinə dair X3 adına JN-607 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib edilmişdir.

2. Dövlət Aktı əsasında 0.0738 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir.

3. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-808 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0.0738 ha torpaq sahəsi X7 tərəfindən X1, sonuncunun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir.

4. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-913808 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0.0738 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı satılmışdır. Sonuncunun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir.

5. İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-33/2-10850/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Qızlca kəndində yerləşən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmamışdır. Torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunduqdan sonra işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrinin 171 nömrəli reyestr kitabının 17 nömrəli vərəqdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə adına yəni, İddiaçı adına olan çıxarışla Göygöl rayonunun Qızılca kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0738 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyesterinin 171 nömrəli, reyestr kitabının 17 nömrəli vərəqdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü iltarixli çıxarışla, Göygöl rayonun Qızılca kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0738 ha torpaq sahəsi onun adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK-i və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonun Qızılca kəndində yerləşən 0.0738 ha torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülərinin tanınaraq naturada ona təhvil verilməsini xahiş etmiş və həmin İdarə yuxarıda göstərilən Çıxarış üzrə 0.0738 ha torpaq sahəsinin plan ölçüsünün müəyyən edilərək Texniki pasport verilməsindən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarına əsasən Xanlar rayonu (indiki Göygöl rayonu), Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinə dair X3 adına JN-607 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib edilmişdir. Dövlət Aktı əsasında 0.0738 ha torpaq sahəsinə dair sonuncunun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-808 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0.0738 ha torpaq sahəsi X7 tərəfindən X1, sonuncunun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərti edilməmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-913808 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0.0738 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı satılmışdır. Sonuncunun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 171 nömrəli, reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixində verilmiş onun, yəni İddiaçı adına olan çıxarış əsasında Göygöl rayonunun Qızılca kəndində yerləşən kənd təsərüfatı təyinatlı 0,0738 ha torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, iddiaçının iddia tələbi ilə eyni məzmunlu müraciəti 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmamışdır. Lakin vətəndaş İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasına köməklik göstərilməsi ilə bağlı ********** saylı müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmamışdır. Torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunduqdan sonra işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Vətəndaşa xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- ********* nömrəli cavab məktubu (bildiriş) ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı öncədən iddia tələbində nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati mübahisəyə müraciət etməlidir. Hazırki iddiaçı Azərbaycan Respuyblikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən şərtlərə riayət etməmişdir. Belə olan halda hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

11. İddiaçı Zifləli oğlu məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun cavabdeh orqana müraciəti plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı deyil, bölgü sxeminin verilməsi ilə bağlı olmuşdur. Məhkəmənin qanunauyğunluq haqqında sərəncamını almışdır, lakin iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etməmişdir.

12. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında etirazın dəlillərində qeyd edildiyi kimi, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

15. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrinin 171 nömrəli reyestr kitabının 17 nömrəli vərəqdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə adına yəni, İddiaçı adına olan çıxarışla Göygöl rayonunun Qızılca kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0738 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

16. Lakin həmin tələblə eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdehə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir.

17. Belə ki, İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-33/2-10850/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Qızlca kəndində yerləşən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmamışdır. Torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunduqdan sonra işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır.

18. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, iddiası İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Odur ki, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirərək, həmin tələblə eyni məzmunlu ərizə ilə inzibati orqana müraciət etməyi təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün vaxt verilmişdir.

19. Lakin iddiaçı tərəfindən sərəncamda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.

20. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

21. Belə ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə cavabdehin belə bir imtinası mövcud deyildir.

22. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar