Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-327/2024 17.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Firuddin oğlunun cavabdeh Cavabdehnə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Firuddin oğlunun iştirakı ilə, İddiaçı Firuddin oğlunun Cavabdehnə qarşı bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh İddiaçı Firuddin oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 65 nömrəli məktubunda bildirilmişdir ki, Xoruzlu bələdiyyəsinin mülkiyyətində olan 1.99 ha torpaq sahəsi icarəyə verilməsi üçün hərrac müsabiqə keçiriləcəkdir. Həmin müsabiqədə iştirak etmək üçün ona əlavə məlumat veriləcəkdir.
2. Cavabdeh tərəfindən İddiaçı Firuddin oğluna xx.xx.2022-ci il tarixli 103 nömrəli məktubunda Xoruzlu bələdiyyəsi tərəfindən 1.99 ha torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca çıxarıldığı, sözügedən hərracın xx.xx.2023-cü il tarixdə saat 15:00-da Daşınmaz Əmlakın 7 saylı Bərdə Ərazi şöbəsinin inzibati binasında keçiriləcəyi, odur ki, hərracda iştirak etməklə icarəyə torpaq sahəsi əldə edə biləcəyi bildirilmişdir.
3. Hərracların Təşkili üzrə Aukison Mərkəzinin 11 saylı Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 24.69 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi "xxxx" MMC olmuş və ona xx.xx.2018-ci il tarixli AM seriyalı 005688 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 24.69 ha olan torpaq sahəsinin 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
4. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 1.94 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X7 olmuş və ona xx.xx.2022ci il tarixli HTM seriyalı 001376 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X7 arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 1.94 ha olan torpaq sahəsinin 20 il müddətinə X2 icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
5. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 1.98 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X7 olmuş və ona xx.xx.2022ci il tarixli HTM seriyalı 001377 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X7 arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 1.98 ha olan torpaq sahəsinin 20 il müddətinə X2 icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
6. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 1.90 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X7 olmuş və ona xx.xx.2022ci il tarixli HTM seriyalı 001378 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X7 arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 1.90 ha olan torpaq sahəsinin 20 il müddətinə X2 icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
7. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi "xxxx" MMC olmuş və ona xx.xx.2022-ci il tarixli HTM seriyalı 001379 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 5.0 ha olan torpaq sahəsinin 20 il müddətinə "xxxx" MMC-yə icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
8. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 2.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi "xxxx" MMC olmuş və ona xx.xx.2022-ci il tarixli HTM seriyalı 001381 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 2.0 ha olan torpaq sahəsinin 15 il müddətinə "xxxx" MMC-yə icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
9. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixdə keçirilmiş iclas protokolundan (822 saylı) görünür ki, Cavabdeh mülkiyyətində olan 1.99 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçiriləcək müsabiqədə X10 və Surxayzadə Təbriz Vəkil oğlu iştirak etmiş, müsabiqənin qalibi X10 olmuş və ona xx.xx.2023-cü il tarixli HTM seriyalı 002453 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X10 arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 1.99 ha olan torpaq sahəsinin 15 il müddətinə X8 icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
10. X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 5.5 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi X4 olmuş və ona xx.xx.2023-cü il tarixli HTM seriyalı 002473 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə X4 arasında Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 5.5 ha olan torpaq sahəsinin 20 il müddətinə X1 icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
11. Tərtər Rayon İcra Hakimiyyətinin Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh cəmi 41 (qırx bir) hektar əkin üçün ehtiyat fondu vardır. Hal-hazırda 41 hektarın hamısı hərrac-müsabiqə vasitəsi ilə icarəyə verilmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/944-2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər rayonu, Xoruzlu kəndi V.Orucov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyənin ehtiyat fonduna 35.29 ha (5.24 ha, 5.36 ha, 24.69 ha) torpaq sahəsi ayrılmışdır. II. Məhkəmədə icraat
13. İddiaçı Firuddin oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh balansında olan torpaq sahəsindən ona 3 hektar torpaq sahəsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, o, 44 ildir Tərtər rayonunun Kəbirli kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatdadır. Özü Qarabağ torpaqlarının müdafiəsi uğrunda erməni təcavüzkarlarına qarşı canından, qanından, ailə və uşaqlarından və ölümündən keçərək müharibədə qanlı döyüşlərdə iştirak etmişdir. Hal-hazırda iqtisadi vəziyyəti ağır olduğuna görə heç bir yerdə istər dövlət işi, istərsə də özəl sahələrdə ona münasib iş olmadığına görə işsizdir. Özü, ailə üzvüləri yalnız və yalnız dövlət tərəfindən ona verilən səksən manat veteranlıq pul vəsaiti ilə yaşayırlar. O, belə qərara gəlmişdir ki, bələdiyyə balansında olan torpaqdan 3 hektar müqavilə yolu ilə torpaq sahəsi ilə təmin olunsun. Həmin torpaqdan istifadə etmək üçün illərlə bələdiyyə sədrinə şifahi ərizə, teleqramlar əsasında rəsmi müraciət etmişdir. Bələdiyyədə ona veriləsi torpaq sahəsi olsa da nəyinsə xatirinə onun ərizə və müraciətlərinə rəsmi cavab verir ki, bələdiyyədə torpaq sahəsi olmadığına görə ona torpaq sahəsi vermək mümkün deyil. Bələdiyyə sədrinin ona verdiyi rəsmi cavablar yalandır. Bələdiyyənin balansında hal-hazırda ona veriləsi torpaq sahəsi var. Bələdiyyə sədri istəsə aylar, illər müdddətində ona etdiyi şifahi, rəsmi ərizə və müraciət əsasında ona torpaq sahəsi verərdi. Hazırki vaxtlarda bələdiyyə sədri istərsə bu gün də, sabah da ona torpaq sahəsi verə bilər. Lakin nəyinsə, kiminsə xatirinə ona torpaq sahəsi verməkdən imtina edir.
15. İddiaçı Firuddin oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mülkiyyətində olan Kəbirli kənd ərazisində yerləşən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III.İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
18. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. İddiaçı Firuddin oğlu Cavabdeh mülkiyyətində olan Kəbirli kənd ərazisində yerləşən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ha torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası 17.4.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur.
26. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh balansında olan torpaq sahəsindən ona əkin üçün 3 hektar torpaq sahəsinin verilməsi barədə bələdiyyəyə müraciət etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Əvvəlki dövrdə Xoruzlu bələdiyyəsinin mülkiyyətinə aid 1.99 ha torpaq sahəsinin müsabiqəyə çıxarılması ilə bağlı bələdiyyə tərəfindən tədbirlər görülmüş və xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsi icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmışdır. Lakin torpaq müsabiqəsinin keçirilməsi barədə İddiaçı xx.xx.2022-ci il tarixli məktubla məlumat verilməsinə baxmayaraq, o, müsabiqədə iştirak etməmişdir. Sözügedən müsabiqənin qalibi Xoruzlu kənd sakini X10 olmuşdur. Bundan sonra, İddiaçı bələdiyyənin əkin torpaq sahəsinə aid 5.5 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilən torpaq müsabiqəsində iştirak etmiş, lakin müsabiqənin qalibi ola bilməmişdir. Belə ki, həmin müsabiqənin qalibi digər şəxs - X4 olmuşdur. Həmçinin, Xoruzlu bələdiyyəsinin mülkiyyətində olan 41.01 ha əkin torpaq sahəsi tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq hərrac-müsabiqə yolu ilə əvvəlki illərdə icarəyə verilmişdir.
27. İddiaçı Firuddin oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. O, əvvəlki məhkəmə iclasları zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, illərdir ki, cavabdeh bələdiyyəyə müraciət edərək, əkib-becərmək məqsədilə icarəsinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini xahiş etsə də, müsbət nəticə əldə edə bilməmişdir. O, bələdiyyəyə etdiyi müraciət ərizələrinin surətlərini özündə saxlmamışdır, lakin bələdiyyə sədri təsdiq edə bilər ki, bu barədə dəfələrlə müraciəti olmuş, hətta Ədliyyə Nazirliyinə də şikayətlər etmişdir. 1.99 ha torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsinin vaxtı barədə ona məlumat verilmiş, lakin həmin müsabiqələr formal xarakter daşıdığından və obyektiv keçirilmədiyindən müsabiqədə iştirak etməmişdir. Buna baxmayaraq, inamsız şəkildə 5.5 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilən torpaq müsabiqəsində iştirak etmiş, müsabiqənin qalibi ola bilməmişdir. Ona görə qalib ola bilməmişdir ki, müsabiqə formal keçirilir, bələdiyyənin öz adamlarını qalib elan edirlər. Hesab edir ki, bələdiyyənin mülkiyyətində kənd təsərrüftı təyinatlı torpaq sahələri vardır və qəsdən bu sahələr gizlədirilir ki, ona icarəyə verilməsin.
29. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasları zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı Firuddin oğlu dəfələrlə icarəsinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi ilə bağlı bələdiyyəyə müraciətlər etmiş, ona şifahi və yazılı cavablarla bunun mümkün olmaması bildirilmişdir. Belə ki, bələdiyyənin mülkiyyətində kənd təsərrüfatı təyinatlı cəmi 41 ha ehtiyat fond torpaqları mövcud olmuş və hamısı müsabiqə vasitəsilə qalib olmuş digər şəxslərin icarəsinə verilmişdir. Hazırda bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fond torpağı olmadığından iddiaçının müraciətini təmin etmək mümkün deyildir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh mülkiyyətində olan torpaq sahələrinə dair hərrac sənədləri; - Cavabdeh İddiaçı Firuddin oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 103 nömrəli məktubu; - Tərtər Rayon İcra Hakimiyyətinin Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/944-2024 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Firuddin oğluna Cavabdehnə müraciət edərək, bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fond torpaqlarından icarəsinə torpaq sahəsinin verilməsini xahiş etmiş, bələdiyyə İddiaçı Firuddin oğluna xx.xx.2022-ci il tarixli 103 nömrəli məktub ünvanlayaraq, Xoruzlu bələdiyyəsi tərəfindən 1.99 ha torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca çıxarıldığı, sözügedən hərracın xx.xx.2023-cü il tarixdə saat 15:00-da Daşınmaz Əmlakın 7 saylı Bərdə Ərazi şöbəsinin inzibati binasında keçiriləcəyi, odur ki, hərracda iştirak etməklə icarəyə torpaq sahəsi əldə edə biləcəyi bildirilsə də, iddiaçı həmin hərracda iştirak etməmişdir.
33. İddiaçı X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 5.5 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqədə iştirak etmiş, lakin müsabiqənin qalibi X4 olmuş və ona xx.xx.2023-cü il tarixli HTM seriyalı 002473 nömrəli şəhadətnamə verilməklə, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə Tərtər rayonu, Kəbirli kəndində yerləşən, ümumi sahəsi 5.5 ha olan torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsinə dair notarial qaydada icarə müqaviləsi bağlanmışdır.
34. Daha sonra iddiaçı şifahi və yazılı qaydada cavabdeh bələdiyyəyə müraciətlər etsə də, müraciətləri yazılı cavablandırılmamış, bununla belə ona bələdiyyənin kənd təsərrüfatı təyinatlı ehtiyat fond torpağı olmadığından müraciətini təmin etməyin mümkün olmadığı bildirilmişdir.
35. Hazırda iddiaçı bələdiyyənin mülkiyyətində kənd təsərrüftı təyinatlı torpaq sahələrinin olduğunu və ona icarəyə verilməməsi üçün qəsdən bu sahələrin gizlədirildiyini iddia edərək, Cavabdeh mülkiyyətində olan Kəbirli kənd ərazisində yerləşən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ha torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir.
36. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
37. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
38. Həmin Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
39. Göründüyü kimi, iddiaçı Cavabdeh mülkiyyətində olan Kəbirli kənd ərazisində yerləşən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ha torpaq sahəsinin ona icarəyə verilməsini tələb edir ki, qanunvericiliyə əsasən istisna hallar nəzərə alınmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
40. Cavabdeh bələdiyyə tərəfindən də mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri keçirilmiş, iddiaçı bunlardan yalnız birində - X6 publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasında Cavabdeh mülkiyyətində olan 5.5 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqədə iştirak etmiş və qalib olmamışdır. Müsabiqənin qalibi X4 olduğundan ona xx.xx.2023-cü il tarixli HTM seriyalı 002473 nömrəli şəhadətnamə verilməklə, sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı onunla xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Digər müsabiqələrdə isə iddiaçı iştirak etməmiş və Cavabdeh mülkiyyətində olan 24.69 ha, 1.94 ha, 1.98 ha, 1.90 ha, 5.0 ha, 2.0 ha, 5.5 ha torpaq sahələrinin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqələrdə digər şəxslər qalib olmaqla, onlarla icarəsi müqaviləsi bağlanmışdır.
41. Göründüyü kimi, hazırda Cavabdeh mülkiyyətində əkin üçün kənd təsərrüfatı təyinatlı ehtiyat fond torpaq sahələri olmadığından iddiaçıya bu məqsədlə torpaq sahəsinin icarəyə verilməsi (hərraca çıxarılması) mümkün deyildir.
42. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva