Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-329/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik təyin edilməsitələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı İİ dərəcə əlillik təyinatına dair xx.xx.2008-ci ildən 15 iyun 2022-ci il tarixədək olan qərarlarını qanunsuz hesab edərək həmin qərarların ləğv edilməsini, cavabdehin üzərinə İddiaçı canlı (əyani) müayinəsinin keçirilməsinin təmin edilməklə sağlamlıq vəziyyətinin qiymətləndirərək ona müddətsiz İ dərəcə əlillik təyin edilməsini və onun İ dərəcə əlilliyinin xx.xx.2008-ci ildən hesab edilməsinə dair yeni qərar qəbul etməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 1 ay müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, İddiaçı xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 85 faiz pozulması barədə qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş,iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaçıya orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə müddətsiz əlillik təyin olunduğunu bildirmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubu nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının ona müddətsiz İ dərəcə əlillik təyin edilməsindən ibarətdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktub ilə müəyyən edilir ki, iddiaçının tələbi üzrə İddiaçı xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 85 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin İddiaçı İİ dərəcə əlillik təyinatına dair xx.xx.2008-ci ildən 15 iyun 2022-ci il tarixədək olan qərarlarını qanunsuz hesab edərək həmin qərarların ləğv edilməsini, cavabdehin üzərinə İddiaçı canlı (əyani) müayinəsinin keçirilməsinin təmin edilməklə sağlamlıq vəziyyətinin qiymətləndirərək ona müddətsiz İ dərəcə əlillik təyin edilməsini və onun İ dərəcə əlilliyinin xx.xx.2008-ci ildən hesab edilməsinə dair yeni qərar qəbul etməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-329/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-329/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver