Məhkəmə qərarları › İş №2-1(114)-3297/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3297/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3297/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı üçüncü şəxslər X11, X12, X13, X16, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-511/2013 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X32 və X3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq boşaldılması və cavabdeh X1 ailə üzvləri və digər şəxslərlə birlikdə evdən çıxarılması tələblərinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X14 xx.xx.2006-cı il tarixli Baş kredit müqaviləsi üzrə 30000 (otuz min) manat əsas kredit borcu, 5323,19 (beş min üç yüz iyirmi üç manat on doqquz əpik) manat faiz borcu və 3000 (üç min) manat dəbbə pulu, cəmi 38323,19 (otuz səkkiz min üç üz iyirmi üç manat on doqquz qəpik) manat və xx.xx.2007-ci il tarixli Baş kredit müqaviləsi üzrə 298,73 (beş min iki yüz doxsan səkkiz manat yetmiş üç qəpik) manat əsas kredit borcu, 5645 (beş nin altı yüz qırx beş) manat faiz borcu və 800 (səkkiz yüz) manat dəbbə pulu, cəmi 11743,73 (on bir min yeddi yüz qırx üç manat yetmiş üç qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən X1 mülkiyyətində olan Şəmkir şəhəri, R.Rəhimov küçəsində istifadədə olan 0,0706 ha torpaq sahəsində yerləşən, 4 yaşayış otağından ibarət 105,2 kv.m yaşayış sahəsi olan 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracdan satılması, ev satıldıqdan sonra 1 ay müddətində evdə olan əmlak boşaldılması və X15 ailə üzvləri və mənzildə yaşayan digər şəxslərlə birlikdə evdən çıxarılması, satışdan əldə olunmuş pul hesabına xx.xx.2006cı il tarixli Baş kredit müqaviləsi üzrə 38323,19 (otuz səkkiz min üç yüz iyirmi üç manat on doqquz qəpik) manat və xx.xx.2007-ci il tarixli Baş kredit müqaviləsi üzrə 11743,73 (on bir min yeddi yüz qırx üç manat yetmiş üç qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

2. X3 məxsus ünvan 1 ünvanında yerləşən ev xx.xx.2014-cü il tarixdə keçirilmiş hərracda İpoteka saxlayan İddiaçı ASC əldə etmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3947/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdən İddiaçı ASC-nin mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1957-ci il təvəllüdlü X11, xx.xx.1956-cı il təvəllüdlü X12, xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.1926-cı il təvəllüdlü X18, xx.xx.1960cı il təvəllüdlü X25, xx.xx.1979-cu il təvəllüdlü X37, xx.xx.1964-cü il təvəllüdlü X29, xx.xx.1989-cu il təvəllüdlü Qanuni nümayəndə4, xx.xx.2014-cü il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.1985-ci il təvəllüdlü X26, xx.xx.1988-ci il təvəllüdlü X30, xx.xx.2014-cü il təvəllüdlü X31, xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X2 şəhəri, R.Rəhimov küçəsi, ev 49 ünvanında qeydiyyatdadırlar.

5. İddiaçı ASC-nin üçüncü şəxslər X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə müraciətinə müraciət etmiş, şöbənin xx.xx.2024-cü il tarixli 3-13-110/2-12223/2024 nömrəli cavab məktubu ilə müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. II. Məhkəmədə icraat

6. İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X32 və X3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq boşaldılması və cavabdeh X1 ailə üzvləri və digər şəxslərlə birlikdə evdən çıxarılması tələblərinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X14 xx.xx.2006-cı il tarixli Baş kredit müqaviləsi üzrə 30000 (otuz min) manat əsas kredit borcu, 5323,19 (beş min üç yüz iyirmi üç manat on doqquz əpik) manat faiz borcu və 3000 (üç min) manat dəbbə pulu, cəmi 38323,19 (otuz səkkiz min üç üz iyirmi üç manat on doqquz qəpik) manat və xx.xx.2007-ci il tarixli Baş kredit müqaviləsi üzrə 298,73 (beş min iki yüz doxsan səkkiz manat yetmiş üç qəpik) manat əsas kredit borcu, 5645 (beş nin altı yüz qırx beş) manat faiz borcu və 800 (səkkiz yüz) manat dəbbə pulu, cəmi 11743,73 (on bir min yeddi yüz qırx üç manat yetmiş üç qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən X1 mülkiyyətində olan Şəmkir şəhəri, R.Rəhimov küçəsində istifadədə olan 0,0706 ha torpaq sahəsində yerləşən, 4 yaşayış otağından ibarət 105,2 kv.m yaşayış sahəsi olan 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracdan satılması, ev satıldıqdan sonra 1 ay müddətində evdə olan əmlak boşaldılması və X15 ailə üzvləri və mənzildə yaşayan digər şəxslərlə birlikdə evdən çıxarılması, satışdan əldə olunmuş pul hesabına xx.xx.2006-cı il tarixli Baş kredit müqaviləsi üzrə 38323,19 (otuz səkkiz min üç yüz iyirmi üç manat on doqquz qəpik) manat və xx.xx.2007-ci il tarixli Baş kredit müqaviləsi üzrə 11743,73 (on bir min yeddi yüz qırx üç manat yetmiş üç qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdən İddiaçı ASC-nin mülkiyyətindədir. Həmin evdə X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X38 qeydiyyatdadırlar. Bu səbəbdən iddiaçı Bank öz mülkiyyət hüququnu tam realizə edə, sərəncam hüququnu həyata keçirə bilmir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III.İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

10. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

11. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X38 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli 3-13-110/2-20760/2024 nömrəli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-511/2013 nömrəli qətnaməsi; - xx.xx.2014-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə dair 288 nömrəli protokol; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3947/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-110/2-12223/2024 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-yə məxsusdur. İddiaçı sözügedən mənzili Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-511/2013 nömrəli qətnaməsinin icrası ilə əlaqədar keçirilmiş hərrac nəticəsində əldə etmişdir. Həmin qətnamə ilə mənzildə yaşayan şəxslərin bir ay ərzində mənzili tərk edib boşaltmaları qət edilmiş və icra nəticəsində ev boşaldılaraq İddiaçı ASC-yə təhvil verilmişdir. Üçüncü şəxslər xx.xx.1957-ci il təvəllüdlü X11, xx.xx.1956-cı il təvəllüdlü X12, xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.1926cı il təvəllüdlü X18, xx.xx.1960-cı il təvəllüdlü X25, xx.xx.1979-cu il təvəllüdlü X37, xx.xx.1964-cü il təvəllüdlü X29, xx.xx.1989-cu il təvəllüdlü Qanuni nümayəndə4, xx.xx.2014-cü il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.1985-ci il təvəllüdlü X26, xx.xx.1988-ci il təvəllüdlü X30, xx.xx.2014-cü il təvəllüdlü X31, xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X38 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh isə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini bildirərək bundan imtina etmişdir.

25. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatlarının formal olmasına və bu halın onun mülkiyyət hüququnun icrasının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

27. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. Göründüyü kimi, üçüncü şəxslər X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.

30. Məhkəmə onu da qeyd edir ki, iş üzrə üçüncü şəxslərdən - xx.xx.2014-cü il təvəllüdlü X31 azyaşlıdır və ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

31. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

32. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

33. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva Şifahi məhkəmə baxışı iclasının protokolu

İş № 2-1(114)-3297/2024 28 oktaybr 2024-cü il Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsi Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X49 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı üçüncü şəxslər X11, X12, X13, X18, X25, X37, X29, Qanuni nümayəndə4, Qanuni nümayəndə1, X26, X30, X31, X17 və X21 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclası saat 10:40-da açılır. Sədrlik edən məhkəmə iclasını açır və məhkəmədə baxılmalı olan işi elan edir. Sədrlik edən məhkəmə iclas katibinə məruzə üçün söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə tərəflərə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçının nümayəndəsi X8 göndərilmiş sms-xəbərdarlıq da ona çatdırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli 3-13-110/2-20760/2024 nömrəli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Sədrlik edən işdəki sənədləri nəzərdən keçirib, tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün müşavirədən iclas zalına qayıtmayacağını elan edib, məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən müşavirə otağına gedir. İclas saat 10:45-də qurtarır. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi.

Sədrlik edən Gülşən Əliyeva

Katib Elvin Kərimov

AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ AZ 2012, Gəncə şəhəri, H.Əliyev pr., 105. Tel: (+99422) 265-11-18; Fax: (+99422) ***-**-** www.ganjaadministrativecourt.gov.az Elektron ünvan

2-1(114)-3297/2024 xx.xx.2024-cü il

"xxxx" Açıq Səhmdar Cəmiyyətinə Ünvan: Bakı şəhəri, 28 May küçəsi, 33

Surəti: Cavabdehnə Ünvan: Şəmkir şəhəri, Həzi Aslanov, 110

Surəti: X5 X6 X7 X9 X19 X27 X22 Qanuni nümayəndə4 Qanuni nümayəndə1 X20 X23 X24 X10 X28 Ünvan: Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 39

Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3297/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı məlumat üçün üçün Sizə göndərilir.

Qoşma: qərarın surəti - 09 vərəqədə.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar