Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-33/2020 10.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Şəmkir bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı torpaq sahəsinin ona satılması və qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 saylı ünvanda yerləşən, onun mülkiyyətinə verilmiş 0.0633 ha sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan, üzərində ona məxsus tikililərin olduğu 0.074 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 saylı ünvanda yerləşən, onun mülkiyyətinə verilmiş 0.0633 ha sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan, üzərində ona məxsus tikililərin olduğu 0.074 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, tələb etdiyi 0.074 ha torpaq sahəsinin 692 kv.m-nin X1 dair Şəmkir bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 17 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 saylı ünvanda yerləşən mərhum valideynlərinə məxsus olan fərdi yaşayış evi və yardımçı tikililəri vərəsəlik qaydasında adına rəsmilşdirərkən cavabdehə müraciət edərək həmin tikililərin yerləşdiyi cəmisi 0,14 hektaradək olan həyətyanı torpaq sahəsinin heç kimin mülkiyyətində olmamasına görə ona alğı-satqı edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri müraciətinə müsbət yanaşaraq həmin torpaq sahəsinin ona satılması üçün lazımi sənədləşmələrin aparılacağına söz vermişlər. Cavabdehin nümayəndələrinin evlərinə gəlib torpağa dair ölçmə işlərini apararkən o evdə olmamış, onlar da lazımi ölçmə işlərini aparmalarını və həmin torpaq sahəsinin ona satılmasına dair ərizə və digər mahiyyətini bilmədiyi sənədlərə ona imza etdirmişlər. Nəticədə Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış, fərdi yaşayış evinin layihəsi və icra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 147 saylı sərəncamı əsasında onun adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış tərtib edilmişdir. Ancaq, həmin ünvanda yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin hamısı deyil, yalnız 0,0633 hektar hissəsinə və həmin sahədə yerləşən tikililərə dair ona mülkiyyət hüququnun verilmiş olmasını sənədləri alandan sonra bilmiş və cavabdehə müraciət edərək nəyə görə həmin ünvanda yerləşən ailələrinin daimi istifadəsində olmuş cəmi 0,14 hektar həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərin hamısına ona mülkiyyət hüququnun verilməməsini soruşduqda, bir dəfəyə 0,14 hektarın ona satılmasının mümkün olmamasını, sonrakı zamanda yenidən alğı-satqı edilə biləcəyinə vəd vermişdir. Cavabdehin hazırkı rəhbərliyi isə əvvəlki rəhbərin verdiyi vədə əməl etməkdən imtina etmişdir. Müvafiq sənədlər əsasında onun mülkiyyətinə verilmiş 0,0633 hektardan əlavə həmin sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan 0,074 hektar torpaq sahəsi və üzərindəki tikililər ona məxsus olmasına görə həmin tikililər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsi ona satılmadan mümkünsüzdür. Ona görə həmin tələblə cavabdehə etdiyi yazılı müraciətinə cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli cavab məktublarında tələbinin təmin edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Hesab edir ki, ərizəsində şərh etdiyi əsaslara görə həmin torpaq sahəsini satın almaqda onun başqa vətəndaşlara nisbətdə üstünlük hüququnun olmasına, həm də həmin torpaq sahəsi üzərindəki tikililərin ona məxsus olmasına görə həmin 0,074 hektar torpaq sahəsi ona satılmalıdır. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və vəkili X4 əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, iddiaçının adına sənədləşdirilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə verilən, ünvan 2 ünvanında yerləşən mülk ona miras qalmışdır və həmin əmlakın yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən ona satılmış və o, həmin evin yerləşdiyi 0,0633 ha torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırkı tələbi həmin torpaq sahəsinə bitişik olan və ata-babalarının daimi istifadəsində olan 0,074 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin torpaq sahəsinin X1 dair bələdiyyə qərarının ləğv edilməsidir. Hesab edirlər ki, həmin torpaq sahəsi də iddiaçıya satılmalı olduğundan üçüncü şəxsə satılması əsassız və qanunsuz olmuşdur və bu səbəbdən Şəmkir bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 17 saylı qərarı ləğv edilməlidir. Əvvəlki məhkəmə iclasında Şəmkir Bələdiyyəsinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ilə üçüncü şəxs X8 qohumdur. Belə ki, üçüncü şəxs V.Həsənov iddiaçının mərhum qardaşı Kamil Həsənovun oğludur. Hazırkı mübahisəli ərazi üzrə, yəni ünvan 3 ünvanında yerləşən mülk iddiaçıya qanun üzrə vərsəlik şəhadətnaməsi əsasında verilmiş və həmin əmlakın yerləşdiyi 0,0633 ha torpaq sahəsi İddiaçı salımışdır. Həmin mülkdən kənarda 0,074 ha torpaq sahəsi bələdiyyə mülkiyyət olmuş və həmin sahənin üzərində qanunsuz, özbaşına tikili, yəni heç bir hüquqmüəyyənedici sənəd olmadan həmin torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmişdir. Sonradan 0,074 ha torpaq sahəsi qanunda nəzərdə tutulan qaydada üçüncü şəxsə satılmışdır. Hesab edirik ki, qərar qanunidir və ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçının evi yerləşən torpaq sahəsi iddiaçıya satılmışdır. Məhkəmə, iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarında olan; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0.0640 ha olan torpaq sahəsi Şəmkir bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0633 ha olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0.0692 ha olan torpaq sahəsi X5 adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -xx.xx.1997-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, xx.xx.1994-cü il tarixdəölmüş X3 vərəsəsi oğlu İddiaçı ünvan 5 ünvanında yerləşən ev şəhadətnamə ilə vərəsəlik qaydasında verilmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır.Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılmasıüçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsindəşəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasıüçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı Olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Bu baxımdan məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamə» əsasında verilmiş Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 nömrəli ünvanda yerləşən 1930ci ildə tikilmiş yaşayış evi və digər əlavə tikilinin yerləşdiyi 640 kv.m torpaq sahəsi Şəmkir bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona satılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi, 52 nömrəli ünvanda yerləşən 740 kv.m torpaq sahəsinin 692 kv.m hissəsiisə bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli, 17 nömrəli qərarla həmin ünvanda qeydiyyatda olan vətəndaş X6 həyətyanı məqsədilə satılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi X5 adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda mübahisələndirilən 740 kv.m torpaq sahəsinin onun ailəsinin sahibliyində və istifadəsində olmasını, torpaq sahəsi üzərində ona məxsus tikililərin olmasını əsas gətirərək X2 sahənin ona məxsus olmasını iddia edərək, üçüncü şəxsə torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin müvafiq qərarını mübahisələndirmiş və həmin torpaq sahəsinin də ona satılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı tərəfindən həmin torpaq sahəsinin və ya üzərində olan tikilinin ona və ya onun ailə üzvlərinə məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmiş, qeyd olunan sənədlərin mövcud olmaması faktı iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatla da təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı bələdiyyənin xx.xx.2019-cu il tarixli, 17 saylı qərarı ilə X2 sahənin əslində ona məxsus olmasını iddia etsə də, bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmışşəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkləşüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdəöz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci vəüçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bu baxımdan iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun yoxlamaq üçün, üçüncüşəxsin mülkiyyətində olan torpaq sahəsinin ilk növbədə bu torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması, iddiaçının həmin torpaq sahəsi və orada olan tikililələr dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olub-olmaması araşdırılmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, V.Həsənova satılmış Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0.0692 ha olan torpaq sahəsi Şəmkir bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 6.1-ci maddəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqaviləəsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsaslan və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən (Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər), dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqaviləəsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqaviləəsasında həyata keçirilir...(1). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (2). Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı sahibliyində və istifadəsində olduğunu iddia etdiyi 0,74 ha torpaq sahəsinə, yaxud ləğvini tələb etdiyi qərarda göstərilən torpaq sahəsinə əşya hüququnun olduğunu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Bu səbəbdən də o, hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. Belə olan halda üçüncü şəxsə verilmiş sahənin və ya orada olan tikilinin ona məxsus olmasını iddia etməklə bağlı iddiaçının subyektiv hüququ istisna olunur və məhkəmə hazırkı mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın qərarın ləğv edilməsi hissəsini mümkünsüz hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddianın bələdiyyə qərarının ləğv edilməsinə dair hissəsi mümkün sayılmadığından və mübahisəli torpaq sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olduğundan iddia tələbinin bələdiyyəyənin mülkiyyətində olan 0,74 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissəsi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3 maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Şəmkir bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı torpaq sahəsinin ona satılması və qərarın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-33/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-33/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver