Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-33/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X11 və X12) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X11, X12, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışların, torpaqların alqı-satqısına dair 30 aprel 2007-ci il tarixli aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üçüncü şəxs qismində işdə iştiraklarına xitam verilməsini, Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş və məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 23 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş iddia müddəti bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yerləşdiyi ərazinin bir qismi 3-cü şəxslər tərəfindən zəbt edilərək orada yaşamaqları ilə yanaşı, özlərinə məxsus xırda və iri buynuzlu heyvanların saxlanması üçün ferma inşa etmişlər. Liseyin yerləşdiyi 20967.5 kv.m olan torpaq sahəsinə dair 02 may 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilmişdir. Həmin sənədə əsasən sözügedən torpaq sahəsinin balans saxlayıcı, hüquq subyekti kimi İddiaçı qeyd edilmişdir. Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən cavabdehlərin (hazırkı iş üzrə 3-cü şəxslərin) faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək 20377 invertar nömrəli texniki pasporta əsasən Təhsil Nazirliyi F.Səfərov adına İddiaçı adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin koordinatları ilə tutuşdurularaq və məlum olmuşdur ki, sənəd üzrə Peşə Liseyinin istifadəsində olan 20967.5 kv.m torpaq sahəsinin 0,17 ha hissəsi cavabdeh tərəfindən hasara alınaraq 1 ədəd qeyri-yaşayış binası tikilmişdir. 30 yanvar 2007-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışa əsasən X7 uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Suvarma sistemləri idarəsinin həyəti, şimaldan 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla cəmi 792 kv.m torpaq sahəsinin X7 və X3 qərara alınmışdır. Bələdiyyə öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahələri ilə bağlı qərar vermişdir ki, həmin qərar qanunsuzdur, çünki, dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam vermək səlahiyyəti dövlətə məxsusdur. Bələdiyyənin sözü gedən aktları maraqlarına toxunduğu üçün iddia ilə məhkəməyə müraciət etmək etmişlər. İşin şifahi məhkəmə baxışı iclası 17 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Cavabdeh 30 yanvar 2007-ci il tarixli 06 saylı iclasının protokulundan çıxarışın surətindən görünür ki, Bərdə rayon Mollalı kənd sakini X4 ərizəsi nəzərə alınaraq uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Suvarma sistemləri idarəsinin həyəti, şimaldan 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33 x 24 m, cəmi 792 kvm ölçüdə həyətyanı torpaq sahəsi X1 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X5 Bərdə bələdiyyə orqanına xx.xx.2007-ci ildə torpaq sahəsinin alınması barədə müraciətinə iclasda baxılmış və Bərdə bələdiyyəsinin ərazisində 792 kv.m həyətyanı məqsədilə torpaq sahəsinin satılması barədə 30 yanvar 2007-ci il tarixli 06 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X13 tərəfindən 360 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 yanvar 2007-ci il tarixli 06 saylı iclasının protokulundan çıxarışın surətindən görünür ki, Bərdə şəhər sakini X6 ərizəsi nəzərə alınaraq uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Quliyev Muradxana məxsus həyət, şimaldan 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33 x 24 m, cəmi 792 kv.m ölçüdə həyətyanı torpaq sahəsi X2 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X6 Bərdə bələdiyyə orqanına xx.xx.2007-ci ildə torpaq sahəsinin alınması barədə müraciətinə iclasda baxılmış və Bərdə bələdiyyəsinin ərazisində 792 kv.m həyətyanı məqsədilə torpaq sahəsinin satılması barədə 30 yanvar 2007-ci il tarixli 06 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X11 tərəfindən 360 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarı ilə Molallı kənd sakini X9 həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan 792 kv.m torpaq sahəsinə tərtib olunmuş sənədlərə dair rəyin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirərkən, müəyyən etmişlər ki, ərazi Bərdə bələdiyyəsinin mülkiyyətində olan sahədir. Satılan 792 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə satılmışdır. DTXK-in Bərdə rayon şöbəsi tərəfindən satılan torpaq sahəsinə 1 : 10000 miqyasında sxem tərtib olunmuşdur. Torpağı alan X9 torpağın dəyərini 30 yanvar 2007-ci il tarixli 115320 saylı ödəniş qəbzi ilə Bərdə bələdiyyəsinin büdcəsinə nəğd olaraq 360 manat ödəmişdir DTXK-si Bərdə rayon şöbəsi Bərdə bələdiyyəsinin fondundan fərdi yaşayış evi tikmək üçün 792 kv.m torpaq sahəsinin satılmasına etiraz etmir və torpaq ayırma sənədlərinin mövcud qanunvericiliyə uyğun hazırlandığından həmin sənədlərinin əsasında vətəndaşa hüquqi sənədlərin verilməsini məqsədə müvafiq hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-136/2021 nömrəli qətanməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına İddiaçı cavabdehlər X18, X12 və X14 qarşı torpaqdan istifadə etmənin qadağan olunması, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilən fermanın cavabdehin vəsaiti hesabına sökülməsi iddia tələbi təmin edilməmişdir. "xxxx" MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 15 dekabr 2020-ci il tarixli, 615 nömrəli mütəxəssis rəyindən də görünür ki, 20377 invertar nömrəli **********54-12101 reyestr nömrəli Texniki pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına İddiaçı adına qeydiyyata alınmış 20967,5 kv.m torpaq sahəsinin koordinatları ilə tutuşdurulmuş və məlum olmuşdur ki, sənəd üzrə Peşə Liseyinin istifadəsində olan 20967,5 kvm torpaq sahəsinin 0.17 ha hissəsi cavabdeh tərəfindən hasara alınaraq 1 ədəd qeyri-yaşayış binası tikmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-2032/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5318 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasında mövcud 06 may 2018-ci il **********54-12101 texniki pasporta əsasən İddiaçınə ayrılmış 20967 kv.m torpaq sahəsinin koordinatları ilə Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə X8 ayrılmış 792 kv.m sahəsinə, keçmiş DT və XK-si tərəfindən tərtib edilmiş kadastr planında qeyd edilmiş torpaq sahəsinin koordinatları bütövlüklə üst-üstə düşür. TEKUİS məlumat bazasında mövcud 06 may 2018-ci il tarixli, **********54- texniki pasporta əsasən İddiaçınə ayrılmış 20967.5 kv.m torpaq sahəsinin koordinatları ilə Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə X7 ayrılmış 792 kv.m torpaq sahəsinə, keçmiş DT və XK-si tərəfindən tərtib edilmiş kadastr planında qeyd edilmiş torpaq sahəsinin koordinatları bütövlüklə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, X11 və X9 Bərdə rayon bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli, 06 saylı qərarı ilə satılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20377 invertar nömrəli **********54-12101 reyestr nömrəli Texniki pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına İddiaçı adına qeydiyyata alınmış 20967,5 kv.m torpaq sahəsi vardır. Bərdə Bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarı ilə X8 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33 x 24 m, cəmi 792 kvm ölçüdə həyətyanı torpaq sahəsi, X7 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33 x 24 m, cəmi 792 kvm ölçüdə həyətyanı torpqa sahəsi satılmışdır. Belə ki, mütəxəssis və ekspert rəylərindən görünür ki, 06 may 2018-ci il texniki pasporta əsasən İddiaçınə ayrılmış 20967 kv.m torpaq sahəsinin koordinatları ilə Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə X8 ayrılmış 792 kv.m sahəsi və Cavabdeh 30 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə X7 ayrılmış 792 kv.m torpaq sahəsinin koordinatları bütövlüklə üst-üstə düşür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 6.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Göründüyü kimi bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaq sahələrinə dair qərar qəbul etmək səlahiyyətində olduqları halda, hazırkı iş üzrə Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üçüncü şəxslərə verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarlarını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq üçüncü şəxslər X7 və X2 barədə qərar qəbul edərək, iddiaçının xüsusi mülkiyyətin toxunulmazlılıq hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati akt- Bərdə Bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarı ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul iş üzrə cavabdehdən alınaraq SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarı ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul cavabdeh Azərbaycan Respublikası Cavabdeh alınaraq SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-33/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-33/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver