Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3303/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil, Cavabdeh rəisi vəzifəsini icra edən X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1957-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydinə əsasən şəhadətnamənin təkrar verilməsi, xx.xx.1991-ci il tarixli, 10 nömrəli nikah haqqında akt qeydində doğum tarixinə xx.xx.1965-ci il tarixdən xx.xx.1957-ci il tarixə düzəliş edilməsi və doğum yerinin Mir-Bəşir rayonu, Sarıcalı kəndi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-M-15-389/2023 nömrəli məktubunda bildirmişdir ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.4. maddəsinə əsasən qəbula gəlmiş (müraciət etmiş) vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. İddiaçı Cavabdehnə Tərtər rayon Qaynaq kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1982-ci il tarixli 37 nömrəli doğum haqqında akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə əlaqədar müraciət edərkən şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün şəxsiyyətinizin müəyyən olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Məhkəmənin müvafiq qərarı olduqda qeydiyyat şöbəsi tərəfindən müraciətinizə təkrar baxılacaqdır. Bundan başqa bildirilmişdir ki, ərizə ilə əlaqədar Tərtər rayon Seydimli kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1957-ci il tarixli 55 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən soyadı "Muradova", adı "Suraya", ata adın "Ədil” kimi qeyd olunduğu müəyyən edilmişdir. Tərtər rayon Səhləbad kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 10 nömrəli nikah haqqında ak qeydi nəzərdən keçirilərkən soyadı "Muradova", adı "Suraya", ata adı "Ədil” kimi qeyd olunduğu müəyyən edilmişdir. X1 Tərtər rayon Səhləbad kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1994-cü il tarixi 21 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən ana haqqında məlumat qrafasında ananın soyadı "Muradova", adı "Sürəyya", ata adı "Ədil" , X6 Tərtər rayon Səhləbad kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1998-ci il tarixli 38 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən ana haqqında məlumat qrafasında ananın soyadı "Muradova", adı "Süraya", ata adı "Ədil" kimi qeyd olunduğu müəyyən edilmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirilmişdir ki, doğum, nikah və övladların doğum haqqında akt qeydində ada düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə vətəndaşın daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edilə bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1957-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydinə əsasən şəhadətnamənin təkrar verilməsi, xx.xx.1991-ci il tarixli, 10 nömrəli nikah haqqında akt qeydində doğum tarixinə xx.xx.1965ci il tarixdən xx.xx.1957-ci il tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbin həcmini artıraraq nikahın bağlanması akt qeydində doğum yerinin Mir-Bəşir rayonu, Sarıcalı kəndi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə, Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, atası X17, anası X9 olmuşdur. Tərtər rayonunda anadan olan zaman ona xx.xx.1957-ci il tarxidə, 55 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bu barədə Cavabdehndə məlumatlar əks olunmuşdur. Bundan sonra xx.xx.1981-ci il tarixdə, Bərdə RPŞ tərəfindən XVİ-JQ 616694 nömrəli SSRİ nümunəli pasport verilmiş, həmin pasportda isə təvəllüdü 1959-cu il təvəllüd kimi göstərilmişdir. 1989-cu il tarixdə X15 ilə Cavabdehndə nigahları olmuşdur. Birgə nigahdan 2 övladı olub: 1994-cü il təvəllüdlü X11 və qızı 1998-ci təvəllüdü X12. İddiaçı yeni şəxsiyyət vəsiqəsi alınması məqsədilə ilkin olaraq doğum haqqında üçün şəhadətnamənin çıxarılması və digər onun adına olan sənədlərdə düzəliş edilməsi Bərdə rayon Qeydiyat şöbəsinə və həmçinin Tərtər rayon Qeydiyat şöbəsinə müraciət etmiş, lakin hər iki qurum tərəfindən şəxsiyyət vəsiqəsi olmadığına və indiyə qədər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almadığını bildirərək doğum haqqında şəhadətnamənin verilməsi imtina edilmişdir və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhz buna görə iddiaçı məhkəməyə müraciə etməyə məcbur qalmışdır. Belə ki, hər bir vətəndaşa ehtiyac olduğu kimi məndən şəxsiyyət vəsiqəsi almaq zərurəti yaranmışdır. Buna görə də, Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1957-cu il tarixli, 55 saylı doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni doğum akt qeydinində ad, soyadın və ata adının olduğu kimi, İddiaçı kimi göstərilməsi və doğum tarixinin xx.xx.1957-ci il göstərilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi və Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli, 10 saylı Nigah haqqında akt qeydində doğum tarixinə xx.xx.1965-ci il tarixə, xx.xx.1957-ci il düzəliş edilərək nigah haqqında şəhadətnamə verilməlidir. İddiaçı hesab edir ki, tələbi haqldır, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Tərtər rayonun Sarıcalı kəndində anadan olsa da, atası Bərdə rayonunda işləyirdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilib araşdırılan akt qeydlərin uyğunsuzluqlar vardır. Bu səbəbdən də müraciətin təmin olunmasından imtina edilmişdir. İşdəki sənədlərə görə: Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 488012 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1957-ci il tarixdə 55 nömrə ilə qeydiyyat aparılmış, ata qrafası boş qoyulmuş, ana qrafasında X9 yazılmışdır. xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 55 nömrəli doğum akt qeydindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Mir-Bəşir rayonun Sarıcalı kəndində anadan olmuş, ata qrafası boş qalmış, ana qrafasında X9 qeyd olunmuşdur. xx.xx.1981-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 616694 nömrəli pasportun qeydiyyat kartasındakı qeydlərə əsasən İddiaçı 1959-cu ildə Bərdə rayonu, Gərənə kəndində anadan olmuş, valideynləri X17, anası X7r. xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 10 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən Bərdə rayonu, Hacalı kəndində anadan olmuş xx.xx.1965-ci il təvəllüdlü X16 ilə Bərdə rayonu, Gərənə kəndində anadan olmuş xx.xx.1965-ci il təvəllüdlü İddiaçı nikahları qeydə alınmışdır. İ-ИЕ seriyalı, 266699 nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən X17 ilə X4 nikahları xx.xx.1962-ci il tarixdə 35 nömrə ilə vətəndaş vəziyyəti aktları kitabında qeyd aparılmış, nikahdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. XVİİ-ЖГ seriyalı, 412322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X5 atası X13, anası X8r. XXİ-ЖГ seriyalı, 348567 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1998-ci il təvəllüdlü X6 atası X15, anası İddiaçıdır. X3 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-6213/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı adına Bərdə və Tərtər rayon qeydiyyat şöbələri tərəfindən doğumun qeydə alınmadığı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Tələbin xx.xx.1957-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydinə əsasən şəhadətnamənin təkrar verilməsi hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Mirbəşir rayonun Sarıcalı kəndində anadan olmuş, bu barədə X3 xx.xx.1957-ci il tarixdə 55 nömrəli qeyd edilmişdir. Hazırda iddiaçı tərəf həmin şəhadətnamənin ona təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur və sonuncu tərəfindən həmin sənəd təqdim edilmədiyindən cavabdeh orqan ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə hüquqi marağı şəxsiyyət vəsiqəsi almaqdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin: -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 dövlət qeydiyyatı Qaydası"nın: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər 1.14. X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyat tərtib olunmuş şəxslərin özlərinə verilir. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə X3 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, X3 reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası X3 arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Tələbin “xx.xx.1991-ci il tarixli, 10 nömrəli nikah haqqında akt qeydində doğum tarixinə xx.xx.1965-ci il tarixdən xx.xx.1957-ci il tarixə düzəliş edilməsi və doğum yerinin Mir-Bəşir rayonu, Sarıcalı kəndi kimi qeyd olunması” hissəsinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X3 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X3 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. X3 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası X3 arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Mirbəşir rayonun Sarıcalı kəndində anadan olsa da, iddiaçı ilə X16 barəsində xx.xx.1991ci il tarixdə tərtib edilmiş 10 nömrəli nikahın bağlanması haqqında akt qeydində iddiaçının doğum yeri Bərdə rayonu, Hacalı kəndi, doğum tarixi xx.xx.1965-ci il gpstərilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə şəhadətnamənin təkrar verilməsi, xx.xx.1991-ci il tarixli, 10 nömrəli nikah haqqında akt qeydində doğum tarixinə və doğum yerinə düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1957-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 10 nömrəli nikahın bağlanması haqqında akt qeydində İddiaçı doğum tarixinin xx.xx.1957-ci il; doğum yerinin Mir-Bəşir rayonu, Sarıcalı kəndi kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3303/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3303/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver