Məhkəmə qərarları › İş №2-1(114)-331/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-331/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-331/2021 26.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X1 Sevil Mirvət qızı, X12, X9 və Gəncə rayon Mənzil İstismar Hissəsi) üçüncü şəxslər X1 Sevil Mirvət qızı, X12, X5 qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X4, X7, X10, X5 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 ünvanından qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə balans saxlayıcı Gəncə rayon Mənzil İstismar Hissəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 ona orderlə verilmişdir. Üçüncü şəxsləri tanımır, onlarla qohumluq əlaqəsi yoxdur. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş üçüncü şəxs X11 izahatında bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, X24 ərazisi, ev 5 ünvanında qeydiyyatdadır. Həmin yaşayış sahəsi mərhum qaynanası X13 adına qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 120-124641-1220 nömrəli məktubla məhkəməyə müraciət edərək məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin və üçüncü şəxs Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndələrinin, üçüncü şəxslər X1 Sevil Mirvət qızı, X12, X9 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarında olan: xx.xx.1979-cu il tarixli 531 nömrəli orderə əsasən Gəncə şəhəri, DOS-6 ünvanında yerləşən, sahəsi 25,6 kv.m olan 5 nömrəli ev İddiaçı verilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən üçüncü şəxslər X1 Sevil Mirvət qızı, X12, X2 şəhəri, DOS-6, ev 5 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1538 nömrəli arayışına əsasən X1 Sevil Mirvət qızı, X12, X2 şəhəri, DOS-6, ev 5 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Gəncə şəhəri Texniki inventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, DOS-6 küçəsində yerləşən, sahəsi 32,9 kv.m olan 2 yaşayış otağından ibarət ev 5 Kəpəz Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 16 nömrəli qərarı əsasında X13 adına qeydiyyata alınmışdır. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 5 nömrəli Xidmət sahəsinin xx.xx.2021-ci il tarixli 38 nömrəli arayışına əsasən X3 şəhəri, Kəpəz rayonu, DOS-6 qəsəbə, X23 binası, mənzil 5 ünvanında yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 **********87 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS- 6, ev 5 ünvanı ilə Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6 YPK, ev 5 ünvanları fərqli ünvanlar olduğu müəyyən edilmişdir. Arxiv sənədlərinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 X13 adına qeydiyyata alınmış, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6 YPK, ev 5 ünvanı üzərində isə hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 ünvanı ilə Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6 X24, ev 5 ünvanları fərqli ünvanlardır. Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.1979-cu il tarixli 531 nömrəli orderlə iddiaçıya, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6 X24 ərazisi, ev 5 ünvanında yerləşən yaşayış sahəsi isə Kəpəz Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 16 nömrəli qərarı əsasında X15 verilmişdir. Lakin 1993-cü ildə həmin yaşayış sahəsinə dair X13 mülkiyyət hüquqları qeydiyyata alınarkən buraxılmış texniki səhv nəticəsində dövlət reyestrində daşınmaz əmlakın ünvanı “Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6 X24, ev 5” əvəzinə “Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5” kimi qeyd olunmuşdur. Bu səbəbdən də X13 ailə üzvləri - X1 Sevil Mirvət qızı, X12, X2 şəhəri, Kəpəz rayonu, DOS-6, ev 5 ünvanında qeydiyyata alınmışlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, ona məxsus və üçüncü şəxslərin qeydiyyatda olduqları yaşayış sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində buraxılmış səhv aradan qaldırılmış olsun. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X1 Sevil Mirvət qızı, X12, X9 və Gəncə rayon Mənzil İstismar Hissəsi) üçüncü şəxslər X1 Sevil Mirvət qızı, X12, X5 qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar