Məhkəmə qərarları › İş №2-1(114)-3311/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3311/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3311/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X6 Cavabdehnə qarşı protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 17 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışda X6 nəticələrinin qeyri-məqbul olması qeyd edilmişdir. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 17 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışda X6 nəticələrinin qeyri-məqbul olması qeyd edilmişdir. İddiaçının qanuni nümayəndəsinin cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək övladı X6 təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyyə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təşkil etdiyi orta ümumtəhsil müəssələrinə rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etmiş oğlu X6 xx.xx.2024-cü il tarixdə verdiyi imtahan nəticələrinə dair protokolun dəyişdirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu tədris ilinin 1-ci sinif Rus bölməsində təhsil alması üçün keçirilən müsahibə nəticəsinə görə oğlu 1-ci sinif Rus bölməsinə qəbul olunmamış, oğlunun təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyyə olunmuşdur. O, müsahibənin nəticəsindən narazı qaldığı üçün apellyasiya müraciəti etmiş,müraciətinə apellyasiya komissiyası tərəfindən baxılaraq əvvəlki müsahibə nəticəsi qüvvədə saxlanılmışdır. Hesab edir ki, oğlu verilən suallara mahiyyəti üzrə doğru-düzgün cavab vermişdir. Oğlunun həm birinci müsahibədə, həmdə apellyasiya komissiyasında verdiyi cavabların doğru olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilib rəy alınmalı, rəyin nəticəsindən asılı olaraq oğlum 1-ci sinif Rus bölməsinə qəbul edilməlidir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək, onun əsl iddiaçı X9 ilə, habelə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini cavabdehin 329-31/3-2-25F nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 17 may 2024-cü il tarixli 2 nömrəli protokolun ləğvi və X6 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsinin məqbul hesab edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçının məqsədi Cavabdeh 329-31/3-2-25F nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 17 may 2024-cü il tarixli 2 nömrəli protokolun (qərarın) ləğvi məqsədini güdür. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən inzibati aktdan şikayət instansiyasına şikayət vermişdir.Eyni zamanda mübahisələndirilən inzibati aktda həmçinin şikayət instansiyası tərəfindən qəbul edilən inzibati aktda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışı və inzibati aktın hansı əlamətlərə malik olması açıqlanmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Plenum belə nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2024cü il tarixli müsahibənin nəticələri barədə rəyi iddiaçı üçün hüquqi nəticələr yaratdığından inzibati akt kimi qiymətləndirilməlidir. Hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır. Belə ki, o, tədris rus dilində aparılan birinci siniflərə qəbul edilməsi üçün həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə yenidən müsahibəyə buraxılması imkanı əldə etməklə, hüquqi marağına çata, yəni rus dilində təhsil almaq imkanı əldə edə bilər. İddianın mahiyyətinə gəldikdə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -7.2-ci maddəsinə əsasən vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. -7.3-cü maddəsinə əsasən tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. -14.5.2-ci maddəsinə əsasən ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. -19.1-ci maddəsinə əsasən ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. -19.14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.1-ci maddəsinə əsasən Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; -1.0.3-cü maddəsinə əsasən ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; -6.2-ci maddəsinə əsasən vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. -6.3-cü maddəsinə əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. -6.4-cü maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. -13.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. -22.2.2-ci maddəsinə əsasən təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək ümumi təhsil sahəsində təhsilalanların hüquqlarından biridir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndində qeyd olunmuşdur ki, həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4-cü, 6.5-ci, 9.2ci, 12.9-cu (tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə), 12.10-cu, 13.5-ci, 13.8-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü (təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla), 27.3-cü maddələrində və 28.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur İstinad edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Hər nə qədər ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-176 nömrəli xx.xx.2022ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimatın: 1.1-ci maddəsinə əsasən bu Təlimat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyir. 2.1-ci maddəsinə əsasən müsahibə prosesi İşçi qrupu tərəfindən müəyyən edilmiş 12 rayon üzrə 5 mərkəzdə əyani formada Komissiya üzvlərinin uşaqla müvafiq dil üzrə şifahi ünsiyyət qurması və sual-cavabı şəklində həyata keçirilir. Müsahibə zamanı uşağın valideyinlərinin (qanuni nümayəndəsinin) müsahibə prosesində iştirakına şərait yaradılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi Komissiyanın müvafiq qaydada protokollaşdırılmış rəyi əsasında həyata keçirilir. Rəydə uşağın müvafiq dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi mənfi və ya müsbət olmaqla qeyd olunur. Komissiyanın rəyinin əks olunduğu protokol bütün üzvlər tərəfindən imzalanır və Komissiya sədri tərəfindən təsdiq olunur. 2.6-cı maddəsinə əsasən komissiya sədri tərəfindən aşağıda qeyd edilən işlərin icrası təmin edilməlidir: 2.6.1-ci maddəsinə əsasən uşaqların rus dili üzrə dinləmə-anlama və nitq bacarıqlarının qiymətləndirilməsinin mövcud təlimatın tələblərinə uyğun aparılması; 2.6.2-ci maddəsinə əsasən müsahibə prosesində valideyinlərin iştirakının təmin edilməsi; 2.6.3-cü maddəsinə əsasən müsahibə prosesində uşaq seçilmiş təlim dilini bilmədiyi və ya həmin dildə ünsiyyət qurmaqda çətinlik çəkdiyi halda valideynə (digər qanuni nümayəndəyə) təlim dilini dəyişdirməyin zəruriliyinin izah edilməsi; 2.6.4-cü maddəsinə əsasən müsahibənin keçirilməsi ilə bağlı işin təşkili, o cümlədən sistemdə olan növbəliyə əsasən uşaqların Komissiya (və yaxud komissiyalar) tərəfindən qəbul edilməsi; 2.6.5-ci maddəsinə əsasən müsahibə nəticəsinin yazılı şəkildə protokollaşdırılaraq iş gününün sonunda İdarənin İnformasiya təminatı sektorunda təqdim olunmasının təmin edilməsi; 2.6.6-cı maddəsinə əsasən ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi. Şərh olunan normativ hüquqi aktların tələblərindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsin tərəfindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyən təlimat qəbul edilmiş, həmin təlimat əsasında təhsil almaq istəyən şəxslərin müvafiq dil üzrə şifahi ünsiyyət qurması və müsahibənin sualcavab şəklində həyata keçirilməsi, müsahibə zamanı uşağın valideynlərin (və ya digər qanuni nümayəndəsinin) müsahibədə iştirakının təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş inzibati icraat materiallarına əlavə edilmiş X6 müsahibə vaxtının video görüntüləri olan diskə baxış keçirilərkən X9 ilə rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə aparılmış, müsahibə zamanı X9 işçi qrupu tərəfindən “dinlədiyi anlama”, “ünsiyyət qurma”, “öz fikrini sadə formada bildirə bilmə”, “söz və ya söz birləşmələrin tələffüzü”, “özü və ailəsi haqqında qısa məlumat vermə” meyarları üzrə mənfi qiymətləndirilmişdir. X1 üzünün ifadəsindən, həmçinin nitqindən həyəcanlı olduğu, suallara həyəcanla cavab verdiyi görünür. Bununla belə, komissiya üzvləri tərəfindən verilən suallardan yarıdan çoxuna rus dilində tam aydın cavab vermişdir. Belə ki, iş materiallarında mövcud olan müsahibənin vidogörüntüsünə baxış zamanı müəyyən edilir ki, X9 rus dilində tam başa düşə bilir və dərk edir. Belə ki, komissiya üzvi rus dilində X2 X9 rus dilində qarşlıqlı salam vermişdir.Daha sonra müsahibənin video görüntüsündən aşağdakı hal müəyyən edilir. 1) - Komissiya üzvi- rus dilində “salam” - X9 rus dilində “ salam” - Komissiya üzvi- rus dilində cavabı “ necəsən” - X9- rus dilində cavabı “ yaxşıyam” - Komissiya üzvi- rus dilində “ neçə yaşın varın” - X9- rus dilində cavabı “ 5 yaşım var” - Komissiya üzvi- rus dilində “ anan nə işləyir” - X9 rus dilində” anam polis işləyir” Daha sonra komissiya üzvi X3 verir ki, polis nə işlə məşğul olur. X9 həyəcan keçirdərək suala cavab verə bilmir və video görüntüdən X6 həyəcanlandığı aydın görünür. Komissiya üzvi X6 həyəcan keçirdiyini görsədə cavabdeh tərəfindən iddiaçının müsahibə prosesində psixoloqun iştirakını təmin etməmişdir. Daha sonra növbəti suallar verilməyə başlamış. - Komissiya üzvi- rus dilində “ böyüyəndə kim olmaq istəyirsən” - X9 rus dilində “ polis olmaq istəyirəm” - - Komissiya üzvi- rus dilində “ əgər qızıl balıq tutsaydın ondan nə istəyərdin ? - - X9 rus dilində “ it istəyərdim” - Komissiya üzvi- rus dilində “ məktəbə niyə getmək istəyirsən” -- - X9 rus dilində həyəcan keçirsədə sonra “oxumaq” cavabını verir. - Komissiya üzvi- rus dilində “ ananı sevirsən” - - X9 rus dilində” bəli sevirəm” - Komissiya üzvi- rus dilində “hansı meyvəni sevirsən” - - - X9 rus dilində” bananı” - - Komissiya üzvi- rus dilində “ hava necədir” - - X9 rus dilində” hava yaydır” - Komissiya üzvi- rus dilində “ hava günəşlidir yoxsa yağışlı” - - X9 rus dilində” hava günəşlidir” - Komissiya üzvi- rus dilində “ əgər hava yağışlı olarsa biz özümüzlə nə götürməliyik” -- - X9 rus dilində” çətir” - - Komissiya üzvi- rus dilində “ əgər çətir götürməsək yağışlı havada nə baş verər” - X9 həyəcanlanaraq suala tam cavab verə bilmir, lakin yenə də rus dilində qeyd edir ki, evdə çətir var onu götürməliyik. - Komissiya üzvi- rus dilində “ kimlə dostluq edirsən” - -- - X9 rus dilində “ anamla” - Komissiya üzvi- rus dilində “ anan yaxşıdır” -- -- - X9 rus dilində” bəli” İmtahanın son dəqiqəsində X9 həyəcanlanmış , lakin yenə də komissiya üzvinin “anan sənə nə alır” sualına “ dondurma və şokalad” deyərək cavab vermişdir, lakin X6 rus dilində tam başa düşməsi, anlaması, fikirini çatdırması, sualların böyük bir qisminə cavab verməsi komissiya üzvləri tərəfindən nəzər alınmamışdır. X4 həyəcan keçirdən zaman komissiya sədri psixoloqun iştirakını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-176 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimatın 2.6.6-cı maddəsinə əsasən ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlər görməli idi. Məhkəmə qeyd edir ki, vidoegörüntüdən isə X6 həyəcan keçirdən zaman psixoloq ilə təmin edilməsi və psixoloq tərəfindən X9 ilə söhbət aparılması görünmür.Təlimatdan göründüyü kimi, ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi komissiya sədrinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə göstərilənləri, o cümlədən azyaşlı X6 əvvəllər rus bölməsi üzrə bağçaya getməsi, müsahibə zamanı sualların böyük bir qisminə( yuxarıda sual cavab qeyd edilib) cavab verməsini, rus dilində sualları tam başa düşməsini və suallara cavab verməsini, həyəcan keçirdən zaman videogörüntüdə psixoloqun X9 ilə söhbət aparması əks olunmadığından inzibati orqanın iddiaçıya qarşı mövqeyi ilə razılaşmır və bu baxımdan iddiaçının təhsil almaq istədiyi rus dili üzrə şifahi biliklərinin qiymətləndirilməsinin nəticəsinin məqbul sayılmasını məqsədəuyğun sayır. Məhkəmə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olsa da, nəzərə almaq lazımdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-462/2024 saylı, 14 may tarixli Qərardadın da qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, formalaşmış hüquq nəzəriyyəsində bu səlahiyyətlə bağlı yanaşmalardan biri ondan ibarətdir ki, əgər qanun inzibati orqana hər hansı bir hərəkəti etməyi məcbur etmirsə, demək burada söhbət diskresion səlahiyyətlərdən gedəcəkdir. İnzibati orqan tərəfindən diskresion səlahiyyətlərə əsaslanmaqla qərar qəbul edilməsi hələ iddia tələbinin uğurlu olmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. İnzibati prosessual qanunvericilik bununla belə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü nəzərdə tutmuşdur. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını mütləq şəkildə yoxlamalıdır. “İnzibati icraat haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda cavabdeh orqan tərəfindən məhkəməyə etiraz daxil olmamışdır, iddiaya dair heç bir münasibət bildirməmişlər. Məhkəmənin sərəncamı ilə apellyasiya komissiyasına iddiaçının etdiyi müraciət üzrə toplanmış materiallar və müsahibənin videogörüntüsü tələb edilsədə, apellyasiya komissiyasının videogörüntüsü təqdim edilməmişdir. Hətta əgər apellyasiya komissiyası zamanı videogörüntü mövcud olmayıbsa belə apellyasiya komissiyasında videogörüntü olmaması barədə məlumat verməmişlər, yalnız protoklu və birinci müsahibənin videogörüntüsü məhkəməyə təqdim edilmişdir, lakin iddiaçı izahatında və iddia ərizəsində qeyd etmişdir ki, apellyasiya komissiyasında keçirilən müsahibə zamanı da videoçəkiliş aparılıb. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq və Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-462/2024 saylı, 14 may tarixli Qərardadın da qeyd etdiyi kimi inzibati orqan tərəfindən orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmaması yoxlanılaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi halda, inzibati aktı qəbul edən zaman diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmamış diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirməmişdir. Eyni zamanda İPM-nin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, Cavabdeh 329-31/3-2-25F nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 17 may 2024-cü il tarixli 2 nömrəli protokolu ləğvi edilməli və müsahibə nəticəsi məqbul hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh 329-31/3-2-25F nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 17 may 2024-cü il tarixli 2 nömrəli protokolu ləğvi edilsin və X6 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsi məqbul hesab edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar