Məhkəmə qərarları › İş №2-1(114)-332/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-332/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-332/2022 10.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 vəkili X6, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" ASC, Göygöl rayon Quşqara bələdiyyəsi və Göygöl rayon Qızılca bələdiyyəsi) torpaq sahəsinə dair çıxarış verilməsi və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 15.03.2006-cı ildə Daşınmaz Əmlakın AN- 1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X1 aldıqları Göygöl (Xanlar) rayon Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən daş sexinə aid 1000,0 kvm torpaq sahəsinə dair İddiaçı2 adına çıxarış verilməsi və 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 15.03.2006-cı ildə Daşınmaz Əmlakın AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X1 Göygöl (Xanlar) rayon Gəncə Daşkəsən yolunun sağ tərəfində 1000,0 kv.m torpaq sahəsində yerləşən daş sexini 50000 (əlli min) manata İddiaçı2 adına almışlar, həmin tarixdən qara mərmər yönümlü daş istehsalı ilə məşğul olmuşlar. Daha sonra fəaliyyətlərini genişləndirmək məqsədilə 07.07.2006-cı il tarixdə Göygöl rayon Quşqara bələdiyyəsinin 16 saylı qərarı ilə bələdiyyə ərazisindən 1.70 ha torpaq sahəsini alqı-satqı yolu ilə dəyərini ödəməklə almışlar. İddiaçı2 Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən daş sexinə aid 1000,0 kvm torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 iddiaçılar siyahısından çıxarılmışdır. Eyni zamanda məhkəmənin 01.12.2021-ci il tarixli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsi və 10.01.2022-ci il tarixli qərardadı ilə Göygöl rayon Qızılca bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili X8 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli ərazidə yalnız 1 daş sexi var, həmin sex 0,10 ha torpaq sahəsinin üzərində yerləşir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə ümumiyyətlə məhkəmə mübahisəsi olmamışdır. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə göndərilmiş 16.03.2021-ci il tarixli, **********18 nömrəli etirazda qeyd edilmişdir ki, X3 məxsus olan (30.09.2004-cü il tarixli, 78 reyestr nömrəli qeydiyyat vəsiqəsi) Qızılca nümayəndəliyi, Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1000 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi (Daş sexi) Göygöl rayon dövlət notariat kontorunun 15.03.2006-cı il tarixli, 4Ə/1-155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 satılmışdır. Xanlar rayon Quşqara Bələdiyyəsinin 07.07.2006-cı il tarixli, 16 nömrəli qərarına əsasən, İddiaçı2 daş sexinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.7 ha torpaq sahəsi (əmlak kompleksinin (daş sexinin) yerləşdiyi torpaq sahəsi) ayrılmışdır. Qeyd edilən sənədlərə əsasən, İddiaçı2 05.09.2006-cı il tarixli, **********69 reyestr nömrəli çıxarış verilmişdir. Həmin 1.70 ha torpaq sahəsi və 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə (Daş sexi) üzərində İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (vahid əmlak kimi) 23.04.2008-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli qərarına, X5 yekunları barədə 01.05.2012-ci il tarixli, 36/02 saylı protokola, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01.05.2012-ci il tarixli müqaviləyə və Göygöl rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15.05.2011-ci il tarixli, 7E-2-1496 reyestr nömrəli hərracın yekunları barədə şəhadətnaməyə əsasən sözügedən əmlak kompleksinə dair X4 25.02.2012-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.02.2013-cü il tarixli, 2(005)-531/2013 saylı qətnaməsinə əsasən Xanlar rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1.7 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan (Daş sexi) əmlak kompleksinə dair X7 ilə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01.05.2012-ci il tarixli müqaviə etibarsız hesab edilmiş, əmlakın yenidən açıq hərraca çıxarılması qət edilmişdir. Qeyd olunan qətnaməyə, açıq hərracın yekunları barədə 19.11.2015-ci il tarixli, 46/01 nömrəli protokola, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19.11.2015-ci il tarixli müqaviləyə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" ASC-nin adına 20.08.2016-cı tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Tələbin iddiaçının 15.03.2006-cı ildə Daşınmaz Əmlakın AN-1 № ******* saylı alqısatqı müqaviləsinə əsasən X1 aldığını iddia etdiyi Göygöl (Xanlar) rayon Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən daş sexinə aid 1000,0 kvm torpaq sahəsinə dair onun adına çıxarış verilməsi hissəsi ilə bağlı məhkəmə aşağıda qeyd olunan qənaətə gəlir. İş materiallarına əlavə olunmuş Xanlar rayon Dövlət Notariat kontorunda 15.03.2006- cı il tarixdə təsdiq olunmuş 4ə-1-155 nömrəli işin materiallarından müəyyən olunur ki, həmin müqavilə ilə tərəflər arasında 1000,0 kv.m torpaq sahəsində yerləşən yalnız daş sexi alıcıya satılmışdır. Həmin müqavilədə həmçinin müəyyən olunmuşdur ki, sözügedən daş sexi satıcıya Xanlar rayon DTİ və MHQİ-nin 30.09.2004-cü il tarixli 233 nömrəli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. Qeyd olunan qeydiyyat vəsiqəsi ilə isə keçmiş mülkiyyətçi X2 yalnız daş sexi üzərində hüquqları 09 nömrəli reyestr kitabında 78 nömrəli qeydiyyata alınmışdır. Bu hal onu deməyə əsas verir ki, sözügedən 1000,0 kv.m torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ qeydə alınmadığından həmin sahə istənilən şəxsin iradəsindən asılı olmayaraq alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Eyni zamanda müqavilənin özündə də torpaq sahəsinin satılması qeyd edilməmişdir. Odur ki, hazırda iddiaçının sözügedən torpaq sahəsinin öz adına qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən;

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Tələbin ikinci, yəni 1,70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi hissəinə gəlincə, məhkəmə qeyd edir ki, iş materialları ilə həmin torpaq sahəsinin ******* nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alındığı, 29.04.2008-ci il tarixdə ******* nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. Bundan sonra həmin əmlak Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 04.03.2011-ci il tarixli, 2(043)-166/2011 nömrəli icra vərəqəsinə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli, 2(066)- 177/2015 nömrəli qərardadına, Göygöl rayon İQ-nun 21.10.2014-cü il tarixli, 368/13 nömrəli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən 19 noyabr 2015ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC tərəfindən əldə edilmiş və sonuncunun adına 20.08.2016-cı il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Belə olan halda iddiaçının artıq həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini tələb etmək hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə

Q ə r a r a a l d ı :

İddiaçı İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarış verilməsi və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar