Məhkəmə qərarları › İş №2-1(114)-332/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-332/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-332/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı X5 cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır.

2. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 277 nömrəli arayışında göstərilmişdir ki, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması barədə Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı arxivdə mühafizə olunur.

3. Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi qərara alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 13, mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. X1 şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, həmin orqnın xx.xx.2022-ci il tarixli **********15 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə göstərilən mənzilə dair X2 adına xx.xx.2012-ci il tarixli **********85-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. Ona görə də eyni ünvana dair təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq, ərizənin icrası mümkün olmamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli arayışında qeyd olunur ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində X2 adına tam mülkiyyət hüququ ilə 17 aprel 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Cavabdeh başçısı tərəfindən verilmiş 07 mart 2012-ci il tarixli 31 nömrəli order, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı və Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatının 02 fevral 2012-ci il tarixli 5 saylı 2 nömrəli forma üzrə arayışı.

7. Məhkəmənin sorğusuna Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-cü il tarixli 23 nömrəli cavab məktubunda göstərilmişdir ki, Gədəbəy şəhəri, Lenin küçəsi, 10 hal-hazırda M.Quliyev küçəsi adlanır. ünvan 2 ünvanında yerləşən mənzil əvvəllər Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansında olmuşdur. Həmin ünvanlar eyni mənzilə aiddir.

8. Məhkəmənin sorğusuna Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli 06 nömrəli cavab məktubunda göstərilmişdir ki, Kombinatın balansında olmuş ünvan 5 ünvanında yerləşən mənzilə dair şəxsi hesabdan çıxarışın (özəlləşdirildiyi vaxtadək olan) və həmin mənzilə dair Kombinatda mövcud olan sənədlərin olması barədə faktın məhkəməyə təqdim olunması mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 22 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1990-cı il tarixli 248 nömrəli Gədəbəy rayon X12 İcraiyyə Komitəsinin qərarının verilməsinə əsas olmuş müvafiq sənədlər Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahasında aşkar olunmamışdır.

10. Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 56 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon X3 İcraiyyə Komitəsinin rayon kommunal təsərrüfatı şöbəsi tərəfindən tikilmiş yaşayış evinin qəsəbə sakinlərinə bölünməsi haqqında 15 iyul 1970-ci il tarixli 13 nömrəli protokolun qərarında X4 adına ev verilməsi qeyd olunmuşdur. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderin və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X4 adına olmuş keçmiş ünvan 6 ünvandakı kommunal mənzil rayon XDS İcraiyyə Komitəsinin 248 saylı 01 noyabr 1990-cı il tarixli qərarı ilə kommunal mənzilinin bütün üzvülərinin razılığı ilə onun adına yazılmış, kommunal müəssisəsinin müdirinə tapşırılmışdır ki, mənzilin adına sənədləşdirilməsi təmin edilsin. O, tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib gəlmiş, ailə üzvləri ilə mübahisəli mənzildə qeydiyyatda durub, bu gün də qeydiyyatdadır. O, bu yaxınlarda mənzili adına rəsmiləşdirmək istəmiş, ancaq ona bildirmişlər ki, mənzilə dair xx.xx.2012-ci il tarixdə iş üzrə üçüncü şəxsin adına çıxarış verilmişdir. Mənzil 3-cü şəxsin adına özəlləşdirilərkən İcra hakimiyyətinin başçısının sərəncamı ilə mənzil özəlləşdirilərkən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alınmamış, həm də Gədəbəy rayon XDS-nin icraiyyə komitəsinin 01 noyabr 1990-cı il tarixli, 248 saylı qərarı qüvvədə olmuşdur.

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

14. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiadan “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi” hissəsinin xaric edilməsi və Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderi və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ilə (hakim Emin Axundov) iddiaçı X7 buraxılmış prosessul müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-307/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

20. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

21. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

22. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

24. Belə ki, iddiaçı əvvəlki icraat zamanı mmüddətin bərpa edilməsi barədə ərizəsində sərəncamından mövcudluğundan xx.xx.2022-ci il tarixdə xəbərdar olduğunu göstərmişdir. Müvafiq iddia xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

25. Apellyasiya məhkəməsinin qərardadında (4/5, sonuncu abzas) ifadə edilən hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirilən sərəncam barədə Cavabdeh hüquqşünası tərəfindən şifahi qaydada məlumatlandırılması onun mübahisələndirilən aktdan məlumatlı olması hesab edilmir.

26. Məhkəmə mübahisələndirilən sərəncamın cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada təqdim (elan) edilməsinə dair işdə hər hansı sənəd, sübut olmamasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

31. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

32. İddiaçının nümayəndəsi X8 və üçüncü şəxs X9 məhkəmə prosesində iştirak etmiş, cavabdehin nümayəndəsi isə iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

33. İddiaçının nümayəndəsi X8 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

34. Üçüncü şəxs X6 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, onun rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

35. Yekun məhkəmə qərarının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

36. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı; - Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********15 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-ü il tarixli 23 nömrəli və xx.xx.2024-cü il tarixli 06 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-5566/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 22 nömrəli və xx.xx.2024-cü il tarixli 56 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

37. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

38. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gədəbəy rayon XDS İKnin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzil bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır. Daha sonra Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən sözügedən mənzilə dair X2 adına xx.xx.2012-ci il tarixli **********85-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir.

39. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

40. Belə ki, Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzil bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır.

41. Məhkəmə əvvəlcə qeyd edir ki, mübahisə predmeti olan Gədəbəy şəhəri, Lenin küçəsi, 10 ünvanında yerləşən mənzilin iddiaçı X10 verilməsinə dair inzibati aktın - Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarının qüvvədə olmasına baxmayaraq, Cavabdeh başçısı ünvan 1 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X2 adına yeni order verilməsi barədə 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncam qəbul etmiş və həmin sərəncam əsasında X2 adına yeni order verilmişdir.

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

43. Digər tərəfdən, mübahisəli evə dair X2 adına yeni order verilməsi barədə Cavabdeh başçısının 32 nömrəli sərəncamı 12 mart 2012-ci il tarixdə qəbul edilmişdir ki, bunun özü də mənzil qanunvericiliyinin pozulmasına və sərəncamın qanunsuzluğuna dəlalət edir.

44. Belə ki, həmin sərəncam qəbul olunan zaman qüvvədə olan mənzil qanunvericiliyində orderin verilməsi nəzərdə tutulmamışdır, yalnız mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən müvafiq icra hakimiyyəti orqanı ilə kirayəçi arasında sosial kirayə müqaviləsi bağlana bilərdi.

45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.

46. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə: Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.

47. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının xx.xx.2009-cu il tarixdən sonra order verilməsi üçün sərəncam vermək (inzibati akt qəbul etmək) səlahiyyətləri nəzərdə tutulmamışdır.

48. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

50. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli 32 nömrəli sərəncam qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edilmədiyindən, iddiaçı X7 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməlidir.

51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar