Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3322/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum və ölüm akt qeydlərinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçının vəkil olan nümayəndəsi X22 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X7 doğum akt qeydində ata qrafasında Abdulla adının Abduləli adına, həmçinin X8 ölüm akt qeydində Məşədəmir adının Dəmir adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 07.04.1954-cü il tarixli 79 nömrəli doğum akt qeydinə və Cavabdeh xx.xx.2023cü il tarixli 3-16-5/8-70-O-5xx-xx/2023 nömrəli arayışına əsasən X11 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Onun ata qrafasında X15 qeyd edilmişdir.
2. xx.xx.1975-ci il tarixli nikah akt qeydinə və nikahın bağlanması haqqında xx.xx.1975-ci il tarixli İ-ЖГ323805 nömrəli şəhadətnaməyə əsasən X11 ilə X26 xx.xx.1975ci il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra ərə Məmmədəliyev, arvada isə Məmmədəliyeva soyadı verilmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-M-2085/2023 nömrəli arayışında X3 xx.xx.1985-ci il tarixdə öldüyü qeyd edilmişdir.
4. Ölüm haqqında Н-ЖГ 343241 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.1982-ci il tarixdə ölmüşdür.
5. Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyi Gəncə şəhər Çoxsahəli Kommunal Təsərrüfatı X20 şəhəri Texniki İnventarlaşdırma Bürosunun verdiyi xx.xx.1993cü il tarixli A/588 saylı arayışda Texniki İnventarlaşdırma Bürosunun məlumatlarına əsasən Şota Rustavelli küçəsi, 59-59a saylı fərdi yaşayış evinin X8 adına olduğu qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********17 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustavelli küçəsi, 59 saylı fərdi yaşayış evi Kirovabad şəhər Stalin adına kolxozun xx.xx.1956-cı il tarixli 205 saylı arayışına əsasən X8 adına olmuşdur. Gəncə şəhər Nizami rayon İHB-nın xx.xx.1995-ci il tarixli 68 saylı sərəncamına əsasən mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililər qanunlaşdırılmışdır. Fərdi yaşayış evi bölünməmişdir. Bu mülk dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-M-4518/2023, 3-16-5/8-70-M- 4520/2023 və 3-16-5/8-70-M-4522/2023 nömrəli arayışlarına əsasən X17, X12 və X16 doğum akt qeydlərində ata qrafasında X13 qeyd edilmişdir.
8. İddiaçı mərhum ərinin doğum və mərhum qaynatasının ölüm akt qeydlərinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-855/23 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, düzəliş etmək üçün lazımi sənədlər təqdim edə bilmədiyinə görə Cavabdeh tərəfindən sənədlərinə düzəliş etmək mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin: - xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-6043/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən D.Məmmədəliyevin ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktubla Q.Məmmədəliyevin doğum akt qeydi məhkəməyə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-7382/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Məşədəmir Məmmədəliyevin ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin, Məşədəmir Məmmədəliyev ilə Tamara Məmmədovanın övladının doğumu haqqında akt qeydindəki məlumata əsasən onların nikahı 1944-cü ildə qeydə alınmışdır. Qeydiyyat şöbələrinin və Xidmətin arxivlərində vətəndaşlıq vəziyyəti aktlarının nüsxələri 1947-ci ildən saxlanıldığından həmin akt qeydinin istənilməsi ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilə bilər. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 doğum qeydində ata qrafasında ata adının “Abduləli”, həmçinin X8 ölüm qeydində düzəliş edilərək adının “Dəmir” kimi qeyd edilməsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qaynatası X8 adına xx.xx.1956-cı il tarixdə Stalin adına kolxozunun arayışına əsasən verilmişdir. X8 oğlu - onun mərhum əri X11 vəfat etmişdir. Mərhum ərinin doğum şəhadətnaməsində atasının adı X5 göstərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış arayışda isə evə dair sənədlərdə mərhum qaynatasının ata adı Abdulla deyil, Abduləli kimi göstərilmişdir. Həmçinin mərhum qaynatasının ölüm şəhadətnaməsində isə mərhum qaynatasının adı Məşədəmir, ata adı həmçinin Abduləli oğlu kimi göstərilmişdir. Hazırda qeyd olunan nöqsanlara görə mərhum qaynatasından mərhum ərinə və ona münasibətdə evə dair vərəsəlik işinin aparılmasında və Daşınmaz Əmlakın Dövlət Reyestri orqanının 3 saylı Ərazi İdarəsi tərəfindən mərhum qaynatasının adına və notariat orqanı tərəfindən vərəsəlik işinin aparılması mümkün olmur. Bu baxımdan ölüm şəhadətnaməsində və mərhum ərinin doğum şəhadətnaməsində Məşədəmir (Məşədi Dəmir) Abduləli oğlunun və mərhum əri X7 doğum şəhadətnaməsində ata qarafasında göstərilən X10 və DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışda göstərilən X8 ilə X3 eyni şəxs olması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehə doğum və ölüm qeydində düzəliş edilməsi barədə müraciət edilsə də cavabdeh imtina ərizəsində göstərir ki, onun tərəfindən lazımi sənədlər təqdim edilməmişdir. Lakin cavabdeh imtinasında hansı sənədlərin təmin edilməsini göstərməyərək qeyri-müəyyən formada əsassız olaraq qeydlərdə düzəliş edilməsindən imtina etmişdir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunan tələblə Gəncə Şəhər Məhkəməsinə müraciət etsə də məhkəmə tərəfindən qəbul edilmiş qərardadda ilk öncə Gəncə İnzibati Məhkəməsinə hazırki ərizə ilə müraciət etməyi ona tövsiyyə edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
21. İddiaçı məhkəmə iclasında vəkil olan nümayəndəsi X24 ilə təmsil olunmuş, cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirakı zamanı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəkləri təqdirdə, bunun üzrlü hesab olunmasını xahiş etmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. İddiaçının vəkil olan nümayəndəsi X24 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7 doğum akt qeydində ata qrafasında Abdulla adının Abduləli adına, həmçinin X8 ölüm akt qeydində Məşədəmir adının Dəmir adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçının vəkil olan nümayəndəsi X24 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 07.04.1954-cü il tarixli 79 nömrəli doğum akt qeydi; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-O-5xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-O-5xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-16- 5/8-70-M-2085/2023 nömrəli arayışları; - xx.xx.1975-ci il tarixli nikah akt qeydi və nikahın bağlanması haqqında xx.xx.1975-ci il tarixli İ-ЖГ323805 nömrəli şəhadətnamə; - Ölüm haqqında Н-ЖГ 343241 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********17 nömrəli məktubu; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-M-4518/2023, 3-16-5/8-70-M- 4520/2023 və 3-16-5/8-70-M-4522/2023 nömrəli arayışları; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-855/23 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13- 6043/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-7382/2023 nömrəli məktubları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
28. İş materiallarından müəyyən olur ki, İddiaçı mərhum əri X7 doğum və mərhum qaynatası X8 ölüm akt qeydlərinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-855/23 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, düzəliş etmək üçün lazımi sənədlər təqdim edə bilmədiyinə görə Cavabdeh tərəfindən sənədlərinə düzəliş etmək mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
29. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
30. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
32. İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının mərhum əri xx.xx.1954-cü il tarixdə doğulmuş X7 doğum akt qeydində onun ata qrafasında X15 (yəni baba adı “Abdulla” kimi) qeyd edilsə də, Qəhrəman Məmmədəliyevin bacı-qardaşları olan şəxslərin - X17, X12 və X16 doğum akt qeydlərində ata qrafasında X13 (yəni baba adı “Abduləli” kimi) qeyd edilmişdir.
33. Bu da X7 doğum akt qeydində onun ata qrafasında baba adına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir.
34. Eyni zamanda, Qəhrəman Məmmədəliyevin atasının adı bütün sənədlərdə “Dəmir” kimi qeyd edilməsinə baxmayaraq, həmin şəxsin ölüm akt qeydində adı “Məşədəmir” kimi yazılmaqla, qeyri-dəqiqliyə yol verilmişdir.
35. Yəni, İddiaçı mərhum ərinin doğum akt qeydində ata adı X5, iddiaçının mərhum qaynatasının ölüm akt qeydində isə X1 qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının mərhum qaynatasının adı X4 qeyd edilmişdir.
36. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı mərhum ərinin doğum akt qeydində və mərum qaynatasının ölüm akt qeydində səhvə yol verilmiş, ad və ata adı barəsində məlumatlar düzgün qeyd edilməmişdir.
37. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.
38. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X7 doğum akt qeydində ata qrafasında X9 düzəliş edilərək X4, X8 ölüm akt qeydində adının X2 düzəliş edilərək X4 qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X7 doğum akt qeydində ata qrafasında Abdulla adının Abduləli adına, həmçinin X8 ölüm akt qeydində Məşədəmir adının Dəmir adına düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva