Məhkəmə qərarları › İş №2-1(114)-333/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-333/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-333/2024 16.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan qanuna zidd olan, X2 məxsus ***-**-** transformator məntəqəsini şəmkir bələdiyyəsinin məktubunda göstərdiyi yerə və yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanda yerləşən **********74-10301 reyestr nömrəli daşınmaz əmlak – 0,10 ha yaşayış məntəqlərinin torpaq sahəsi və ümumi sahəsi 134,7 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakın yaxınlığında bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 35/10 kV-luq “Şəmkir-2” y/s-dan çıxan 10 kV-luq “6-cı Şəhər” h/x-dən qidalanan Şəmkir Elektrik şəbəkəsinin balansında olan ******* inventar nömrəli 630 kVa transformator məntəqəsi yerləşir. İddiaçı qeyd olunan transformator məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı müxtəlif tarixlərdə müxtəlif dövlət orqanlarına – Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Şəmkir şəhəri Şəmkir bələdiyyəsinə, Şəmkir Rayon İcra Hakimiyyətinə, Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, X4 Təchizat Satış İdarəsinə müraciət etmiş, müsbət cavab almamışdır. Nümayəndə cavabdeh "xxxx" ASC-nin X3 Təchizatı və Satış İdarəsinin X1rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan qanuna zidd olan, X2 məxsus ***-**-** transformator məntəqəsini şəmkir bələdiyyəsinin məktubunda göstərdiyi yerə və yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin (hakim Emin Axundov) xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1927/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəmkir şəhəri, Şəmkir küçəsi, 189 nömrəli fərdi yaşayış evi ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan, X2 məxsus ***-**-** transformator məntəqəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarından ən azı 10 metr aralı olmaqla başqa sahəyə cavabdehin vəsaiti hesabına köçürülməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin X3 Təchizatı və Satış İdarəsinin Şəmkir Elektrik Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-487/2023 nömrəli qərardadla qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1927/2022 saylı qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İş xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyata alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində "xxxx" ASC-nin qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3425/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfin hüquqi marağı ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin yaxınlığında yerləşən transformator məntəqəsininin köçürülməsinə nail olmaqdan ibarətdir Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, iddiaçı hüquqi marağına uyğun olaraq mülkiyyətin müdafiəsinə dair iddia qaldırmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi qeyd olunan mübahisə mülki xarakterli olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Belə olan halda hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, hüquqi marağına uyğun olaraq mülkiyyətin müdafiəsinə dair iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan qanuna zidd olan, X2 məxsus ***-**-** transformator məntəqəsini şəmkir bələdiyyəsinin məktubunda göstərdiyi yerə və yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar